Bəlkə, dondurasınız?!
24.11.2021 [10:09]
Və ya Cəmil Həsənlinin “imtina mədəniyyəti”
Ağıl - şüur yer üzünün əşrəfi olan bəşər övladına - insana xas keyfiyyətdir. Amma şüurlu davranmaq heç də hər insana nəsib olmur. Xüsusilə də, inkarçılıq xəstəliyinə düçar olanlar qeyri-şüuri davranışları ilə “fərq yaradırlar”. Üstəlik, bu şəxslər özlərini elmi, ictimai, siyasi müstəvidə təsdiq etməyə çalışırlarsa, o zaman ara qarışır, məzhəb itir. Elə okeanın o tayında “elmi-siyasi lövbər salmış” Cəmil Həsənli kimi...
İnkarçılıq mərəzi və isterika vəziyyəti
Onun son zamanlar sosial şəbəkə hesablarında paylaşımları bu şəxsin isterika vəziyyətində olduğunu göstərir. Görünən odur ki, inkarçılıq bu insanın xüsusiyyətinə çevrilib - ölkədə, regionda baş verən bütün proseslərə - müsbət dəyişikliklərə öz tozlu-dumanlı və qara eynəyi arxasından baxır. “Facebook” və “youtube” platformalarında “alim-ekspert” qismində virtual şoular təşkil edən Həsənli indi də “imtina mədəniyyəti” yaratmağa çalışır. Söhbət C.Həsənlinin “Əməkdar müəllim” fəxri adından imtina etməsi barədə “anons”undan gedir.
İmtina edə-edə...
Əslində, burada təəccüblü heç nə yoxdur - imtina etmək onun, bir növ, xarakterinin tərkib hissəsidir. Bir zamanlar AXCP adlanan partiyanın (oxu: antimilli qruplaşmanın-N.Q.) “siyasi ulduz”una çevrilməyə çalışan C.Həsənlinin bir müddət sonra bu partiyadan uzaqlaşdırılması ilə “əqidədaş”larından imtina etməsi, onların ünvanına təhqiramiz ifadələr səsləndirməsi ictimai yaddaşdan silinməyib. Vaxt gəldi, C.Həsənli prezident seçkilərində qondarma “milli şura”nın sonradan oyuna daxil olan dublyor - namizədi qismində çıxış etdi, “dəyirmi masa”lar zamanı hansı siyasi mədəniyyət və siyasi əxlaq daşıyıcısı olduğuğu bir daha nümayiş etdirdi. Uğursuzluğa düçar olan Həsənli bir müddət sonra okeanın o tayına üz tutdu, elmi və siyasi arenada hansısa yeniliyə - dəyişikliyə imza ata bilmədiyindən daha bir imtina ilə gündəmə gəldi. Söhbət onun xarici görkəmindən imtinasından - sifətində “inqilabi dəyişiklik” etməklə - yeni “imic” yaratmasından gedir...
Bəlkə, ümumiyyətlə, “müəllim” sifətindən imtina edəsiniz?
İndi özünü cəmiyyətə qondarma “şuraçı”ların “siyasi ağsaqqal”ı qismində təqdim edən bu şəxsin, qeyd etdiyimiz kimi, “Əməkdar müəllim” fəxri adından imtina etməsi onun növbəti virtual teatr tamaşasıdır. Yaxşı olar ki, vaxtilə “dəyirmi masa”larda tez-tez pauza verərək amiranə formada “vaxtımı saxloon” deyən C.Həsənli indi “Əməkdar müəllim” fəxri adından imtina etməsin, onu sadəcə, dondursun. Və ya ümumiyyətlə, “müəllimlik”dən, “müəllim” sifətindən imtina etsin. Axı özünü siyasi arenada olduğu kimi, mənəviyyat və mədəniyyət işi olan elm - təhsildə də doğrultmayıb... Hər halda, yeni imtinalar olacaq, hətta prosesin özündən imtinaya qədər getməsi də istisna deyil...
P.S. Sosial şəbəkələrdə yazılan rəylərdə belə bir sual öz əksini tapıb: “C.Həsənli niyə vaxtilə deputat mandatından imtina etməyib, yaxud hazırda 3 min manatlıq deputat təqaüdündən imtina etmir?”. Maraqlı sualdır, cavabı da maraqlı olar. Təbii ki, C.Həsənli bu suala cavab verməkdən imtina etməsə...
Nurlan
Xəbər lenti
Hamısına baxDiaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28

