Minsk qrupu Fransada qürub edir
24.11.2021 [10:05]
Separatçılara “qucaq açan” rəsmi Paris beynəlxalq hüququ pozur
Soltan Məmmədov: Baş verən xoşagəlməz hadisə bir daha Fransanın qərəzli mövqeyini və öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir
Qüdrət Həsənquliyev: Azərbaycan özünü ifşa etmiş bir ölkəni Minsk qrupundan kənarlaşdırmalıdır
Fransa Senatında senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunmuş tədbirin keçirilməsi ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, məlumatda, bu “tədbirə” bəzi erməni separatçılarının da qatıldığı vurğulanır.
İllərdir, özünü “vasitəçi” qiyafəsində təqdim edən, əslində isə birtərəfli mövqe tutan Fransa bu addımı ilə növbəti dəfə qərəzli olduğunu nümayiş etdirir. 2020-ci il Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə işğal altındakı torpaqlarımızın, o cümlədən tarixi Azərbaycan torpağı olan Qarabağın azad olunmasını şərtləndirib. Fransa isə bu addımı ilə ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirir, beynəlxalq hüququn normalarını pozur. Fransanın Ermənistana bu aşırı sevgisi ciddi suallar doğurur. Bəlkə də fransızların məşhur atalar sözü bu suala ən dəqiq cavab kimi götürülə bilər: “Hər ağılsıza heyran olacaq bir ağılsız tapılar”...
Məsələ ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, erməni separatçılarının nümayəndələrinin Fransa senatında respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri səviyyəsində qəbul edilməsi, Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və ikili standartların təzahürüdür. Millət vəkili qeyd edib ki, yerli hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdığı addımlar Fransa qanunvericiliyinə ziddir: “ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın parlamentinin hər iki palatası qərəzli və beynəlxalq hüquqa zidd qətnamələr qəbul edib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənəd” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb. ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət etməlidir. Fransanın bəzi dövlət qurumları bu cür qərəzli addımlar atmaqdansa, Fransa səfirinin işğaldan azad olunmuş Ağdama dünənki (srağagünkü - red.) səfəri zamanı gördüyü dağıntılarla əlaqədar təəssüratlarını öyrənsəydilər, daha düzgün olardı”.
Millət vəkili onu da vurğulayıb ki, baş verən xoşagəlməz hadisə bir daha Fransanın qərəzli mövqeyini və Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir.
BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də Fransanın hər zaman müsəlmanlara, xüsusilə də türklərə qarşı riyakar siyasəti ilə fərqləndiyini bildirib. Millət vəkili qeyd edib ki, Fransadan soruşmaq lazımdır ki, digər ölkələrdəki separatçıları niyə qəbul etmirsiniz: “Separatizmə dəstək olmağın adı nədir? Ləyaqət davası edən dövlət niyə ləyaqətsiz çıxış edir? Onların riyakar mənəviyyatsız siyasəti müharibədə canların getməsinə səbəb oldu. Azərbaycan özünü ifşa etmiş bir ölkəni Minsk qrupundan kənarlaşdırmalıdır”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

