Şərtləri Azərbaycan diktə edir
19.11.2021 [10:39]
Ermənistan delimitasiyaya hazırlaşır
Əsl reallıq bir daha Ermənistan cəmiyyətinə nümayiş etdirildi
Son hərbi təxribatlarının da fiaskoya uğraması rəsmi İrəvanı “yola gətirib”. Belə ki, artıq hansısa hərbi yardımlardan ümidi üzülən, Azərbaycanın “dəmir yumruğuna” tab gətirməyən Ermənistan rəhbərliyi sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı mövqeyində korrektələr edir. Baş nazir Paşinyan sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın təkliflərini qəbul etdiklərini bildirib. Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyası üzrə 3 təklif irəli sürüb: “Bunların üçü də bizim üçün qəbulediləndir. Mənim noyabrın 17-də verdiyim bəyanatdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbulediləndir”.
Ermənistan baş nazirinin bu fikirləri bir daha onu göstərir ki, qarşı tərəf reallığı anlamağa başlayıb. 2020-ci il 10 noyabr kapitulyasiyasına imza atmaqla Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycanın qələbə qazandığını etiraf edən bu dövlət indiki mərhələdə ölkəmizin ərazi bütövlüyünü tanımalıdır. Ekspertlərin də fikrincə, başqa yol qalmayıb.
Milli Məclisin deputatı Elşad Mirbəşir “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, son dövrlərdə xüsusilə intensivləşən erməni təxribatları bu ölkənin siyasi rəhbərliyinin davranış variantlarının olmadığını göstərirdi. Ermənistanın özünün ağır məğlub durumunu dərk etdiyini bildirən millət vəkilinin fikrincə, onlar yekun sülh sənədinə imza atmaqdan da məhz bu səbəbdən yayınırlar: “İmzalanacaq yekun sənəd Ermənistanın ağır məğlub durumunu özündə ifadə etməlidir. Bunun başqa təcrübəsi yoxdur. Digər tərəfdən, baş nazir Paşinyan reallıqları görür və dərk edir. İndiki halda Azərbaycanın irəli sürdüyü şərtlərdən boyun qaçırmaq mümkünsüzdür. Paşinyan bunu geniş ictimaiyyətə açıqlamaqdan çəkinir. Müvafiq olaraq bundan sonra imzalanacaq sülh sənədi də 10 noyabr bəyanatı kimi bizim üçün qələbə, Ermənistan üçün kapitulyasiya sənədi olacaq. Ermənistandakı daxili siyasi vəziyyət isə onsuz da pisdir. Paşinyan dərk edir ki, bu faktın açıqlanması onun vəzifəsini itirmsəsinə qədər yol aça bilər”.
E.Mirbəşir onu da qeyd edib ki, özünün məğlub durumunu qismən də olsa dəyişməyə, daha doğrusu, kompensasiya etməyə, masa arxasına tam məğlub durumda getməmək üçün Ermənistan bu təxribatlardan istifadə etməyə çalışır. Bu isə mümkün deyil. Azərbaycanın qalib mövqeyini dəyişəcək heç bir güc mövcud deyil.
Politoloq İlqar Vəlizadə də Paşinyanın vəziyyəti anladığını düşünür. Ermənistanın ətrafındakı reallıqların nədən xəbər verdiyinin tam şəkildə ortada olduğunu diqqətə çatdıran İ.Vəlizadə vurğulayıb ki, ölkənin siyasi rəhbərliyi bu reallıqlarla barışmaq məcburiyyətindədir, bunu isə cəmiyyətə izah etməyin yollarını tapa bilmir: “Bunun da səbəbi daxili siyasi proseslərdən qaynaqlanır. Müxalifət hazırk? hakimiyyətə müxtəflif təzyiqlər göstərir. Paşinyan bu səbəbdən həqiqətləri insanlara deməyə ehtiyat edir. Bu da orada ikili hal yaradıb”.
İ.Vəlizadə qeyd edib ki, son hadisələr, Azərbaycanın Ermənistan üzərindəki yeni qələbəsi Paşinyan üçün əsl fürsətə çevrilə bilər. O, Azərbaycanın növbəti qələbəsindən istifadə edərək cəmiyyətə reallıqları sübut edə bilər. “Erməni baş nazir bu şərtləri qəbul etməyə məcbur olduqlarını deyə bilər. Fikrimcə, sülh sazişi ilə bağlı danışıqlar da bu məqamlara söykənir”, - deyən politoloq prosesdə iştirak edən digər “oyunçular”ın da təsirlərini istisna etməyib. Erməni tərəfi bu günlər ərzində Rusiyaya tez- tez müraciətlər etməklə öz mövqeyini tam müəyyənləşdirməyə çalışır: “Yəqin ki, lazımi cavablar alınıb. Digər tərəfdən, müraciətlərin heç bir faydası yoxdur. Ermənistan mövcud reallığı qəbul edib bu vəziyyətdən çıxmalıdır. Verilən açıqlamalar da bunu göstərir. Bütün bunlarla yanaşı isə, yaxın zamanda sülhün imzalanmasını da gözləmirəm. Ermənistanın qarşıdakı dövrdə də müəyyən maneələrlə sülh sazişini alver predmetinə çevirməyə çalışacağı istisna edilmir”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

