Türkiyə İranın məkrli planlarını əldə edib
15.10.2021 [10:51]
İran casus şəbəkəsinin fəaliyyəti araşdırılır
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) polislə birlikdə ölkənin şərqindəki Van əyalətində əməliyyat keçirib. Əməliyyat zamanı səkkiz nəfər, o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb. Bildirilir ki, qrup üzvləri keçmiş İran hərbçisini qaçaqmalçılıq yolu ilə İrana aparmaq istəyərkən ələ keçirilib.
Türkiyə xüsusi xidmət orqanlarının bu əməliyyatı regiondakı məlum “İran problemi”nin artıq pik həddə çatmasından xəbər verir. Belə ki, regionda İranın “casus şəbəkələri” saxlaması birmənalı qarşılana bilməz. Eyni zamanda, Türkiyə MİT-nin bu əməliyyatının məhz indiki dövrə təsadüf etməsi də bir sıra suallar yaradır. Qonşularına, konkret olaraq, Azərbaycana və Türkiyəyə qarşı əsassız bəyanatlar, hətta təhdidlər səsləndirən rəsmi Tehranın casuslarının ifşa edilməsinin arxasında siyasi mahiyyət varmı? Ekspertlərin fikrincə, MİT-in sözügedən əməliyyatı keçirməsi İrana mühüm mesajdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyevin fikrincə, son dövrlərdə İran da daxil olmaqla, bəzi dövlətlər müəyyən casusların və ya qruplaşmaların fərqli strukturlarda yerləşməsi istiqamətində addımlar atıb. Bu, gələcəkdə həm də nəzarət qrupunun yaradılmasına xidmət göstərir. Millət vəkili qeyd edib ki, Türkiyə MİT-nin apardığı əməliyyat isə əvvəlcədən hazırlanıb: “Sözügedən casus şəbəkəsinin ifşası, sadəcə bu günə təsadüf etdi. Qeyd edim ki, hadisə Türkiyə ilə İran arasında bu istiqamətdə ilk “toqquşma” deyil. İstər İraqda, istər Suriyada, istərsə də digər regionlarda Türkiyənin apardığı kəşfiyyat işlərində bu tip məlumatlar yer almaqdadır. Görünür ki, vəziyyət ciddiləşib və son nəticə olaraq böyük bir casus şəbəkəsinin zərərsizləşdirilməsi həyata keçirilib”.
A.Nağıyev onu da qeyd edib ki, bu məsələ yalnız “kəşfiyyat” məsələsi olmaya da bilər. Yəni, bu əməliyyatın “siyasi səbəbləri”nin mövcudluğu da istisna edilmir: “İranın son davranışları bu məsələnin siyasi səbəbi ola bilər. Çünki xüsusi xidmət orqanları da koordinasiyalı işləyir. Lakin məsələyə yalnız birtərəfli yanaşma düzgün deyil. Hər bir halda zərərsizləşdirilən şəbəkənin fəaliyyəti araşdırılacaq”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə baş verənlərin İranın son vaxtlar nümayiş etdirdiyi davranışdan qaynaqlandığını düşünür. ADP sədri həmin casusların uzun müddət nəzarət altında olduğuna əminliyini ifadə edib: “Bu şəbəkənin üzərində yəqin ki, nəzarət mexanizmi çoxdan mövcud olub. Adətən, dövlətlər bu cür şəbəkələri müəyyən xüsusi hallarda ifşa edirlər. İranın açıq-aydın anti-Türkiyə, anti-Azərbaycan siyasəti aparması, Ermənistanı dəstəkləməsi bu şəbəkənin ifşasını zəruriləşdirib. Bu, İranın anti-Türk siyasətinə cavabdır. Yəqin ki, yaxın zamanda Türkiyə-İran münasibətlərinin daha da gərginləşəcəyinin şahidi olacağıq. Çünki həmin şəbəkənin hansı fəaliyyətlə məşğul olması üzə çıxacaq və Türkiyə də lazımi məqamda bu faktlardan istifadə edəcək”.
ADP sədrinin sözlərinə görə, II Qarabağ müharibəsi bir sıra qlobal nəticələr yaradıb. Bu nəticələr Türk birliyinin yaranması və İslam dünyasının bir araya gəlməsidir. Bu nəticələrin reallaşmasına əsas maneə isə İrandır. “Cənubi Azərbaycan İranın tərkibindədir. O cümlədən, üzü Firdovsidən bu yana İran hər zaman Türk birliyinə qarşı düşmənçilik sərgiləyib. Eləcə də, İranın şiə xilafəti yaratmaq istəyi İslam dünyasını parçalayır. Bu gün İslam ölkələrinin hər birində gedən müharibədə İran “tərəf” kimi çıxış edir. Bu ölkə İslam dünyasının parçalanmasında müstəsna rol oynayır, öz maraqları üçün ikinci bir “İslam dünyası” yaratmaq istəyir. Beləliklə, dini də parçalayır, İslam dünyasını da zəiflədir. Türkiyə keçirdiyi əməliyyatla həm də mesaj verir. Türk kəşfiyyatı dünyanın ən öndə gedən kəşfiyyatıdır”, deyən S.Cəlaloğlu bildirib ki, Türkiyənin əlində İranın və digər ölkələrin Türk dünyasına qarşı planları ilə bağlı məlumatlar var: “Yəqin ki, Türkiyə bu addımı ilə həmin planlara qarşı lazımi tədbirlərin görüləcəyini bildirir”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55

