Siyasi dialoq prosesi milli həmrəyliyi gücləndirən mühüm amildir
11.09.2021 [10:08]
Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Bu Zəfər, eyni zamanda, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Əlbəttə, möhtəşəm qələbəmiz son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, tarixi Zəfərin qazanılmasında xalqımızın milli həmrəylik, eləcə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin respublikamızın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli mövqeyinə birmənalı dəstək göstərməsinin mühüm rolu var.
Siyasi birlik Azərbaycanın milli gücünü artıran strateji faktor kimi...
Xüsusi vurğulamaq gərəkdir ki, respublikamızda fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri milli həmrəyliyin bariz nümunəsidir. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Vətən müharibəsi zamanı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni yalanlarının ifşa olunması və bütövlükdə, milli maraqların qorunması istiqamətində də fəallıq nümayiş etdiriblər. Yeni mərhələdə də siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətə malikdir.
Çoxşaxəli islahatlar və yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi münasibətlərin sağlam zəmində inkişafına etibarlı zəmin yaradır
Əlbəttə, bu pozitiv tendensiya ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun və mütərəqqi islahatların real nəticəsidir. Xüsusilə də, iqtidar tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi siyasi sistemdə plüralizmin güclənməsini, yeni siyasi konfiqurasiyanın formalaşmasını və ümummilli həmrəyliyin möhkəmlənməsini şərtləndirib. Bu kontekstdə Azərbaycanda fəaliyyət göstərən əksər partiya sədrləri ilə görüşlər keçirilməsi siyasi proqressə aparan mühüm və zəruri təşəbbüs kimi xüsusi əhəmiyyətə malikdir. Bütövlükdə, siyasi qüvvələrlə dialoq prosesi siyasi sistemin inkişafına əlavə təkan və töhfə olaraq böyük önəm daşıyır. Təbii ki, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Yeri gəlmişkən, sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirdiyi görüşdə səsləndirilən fikirlər də bu reallıqların bariz nümunəsi və təsdiqidir. Görüşdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkədə milli həmrəylik və sağlam siyasi münasibətlərə köklənmiş siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurların bundan sonra da davam etdiriləcəyini qeyd edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev diqqətə çatdırıb ki, Azərbaycanda çoxpartiyalılığın inkişafına yönəlmiş addımlar ali siyasi iradənin təzahürüdür və iqtidar hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan edib.
Qeyd etdiyimiz kimi, artıq ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, əksər partiyalar taleyüklü məsələlərlə bağlı aparılan müzakirələrdə və ümummilli mənafeyə hədəflənən addımların atılmasında fəallıq göstərərək proseslərə öz töhfələrini verməyə çalışırlar. Bu isə Azərbaycanın milli gücünü artıran mühüm strateji faktorlardan biri kimi çıxış edir, ölkəmizin demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45

