Eldar İbrahimov: Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır
24.06.2021 [09:20]
“Azərbaycanla Pakistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın ölkəmizə səfəri və səfər zamanı keçirilən görüşlər, müzakirələr bunu bir daha təsdiqləyir”. Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olub. 1995-ci ildə Pakistan İslam Respublikasının Prezidenti Sərdar Taruq Əhməd Xan Leqarinin Azərbaycana səfəri olub. 1996-cı ildə isə Ümummilli Liderimiz Heydər Əliyevin Pakistana səfərində nümayəndə heyətinin tərkibində mən də iştirak etmişəm və bütün bu görüşlər artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında öz müsbət həllini tapması üçün iki ölkə arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın uğurla inkişaf etməsinə zəmin yaratdı.
Millət vəkilinin sözlərinə görə, qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Pakistanda bir sıra mühüm layihələr həyata keçirib, zəlzələdən zərər çəkmiş məktəblər təmir olunub, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilib. Azərbaycan və Pakistan çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bu ənənə bu gün də davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Bunun nəticəsidir ki, Pakistan indiyədək Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb, Ermənistanın suverenliyini tanımayıb. Pakistan ilə Azərbaycan arasındakı bu isti münasibətlər parlamentlərarası əlaqələr səviyyəsində, iqtisadi, humanitar, hərbi və digər sahələrdə uğurla davam etdirilir və bu da öz bəhrəsini verməkdədir.
“44 günlük Vətən müharibəsi zamanı Türkiyə kimi Pakistan da Azərbaycanın haqq işini dəstəkləyib, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında ölkəmizin ədalətli mövqeyinin müdafiəsində prinsipiallıq nümayiş etdirib. Həmçinin Azərbaycan da Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyib və bununla əlaqədar bəyanatlar verib. Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 21-də Pakistanın Quru Qoşunlarının komandanı Qamar Cavad Bacvanı qəbul edərkən bu məqamları vurğulayıb, Pakistanın ölkəmizin haqq işinə dəstəyini yüksək qiymətləndirib. Ümumiyyətlə, hesab edirəm ki, bu səfər Pakistanla Azərbaycan arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın davam etməsinin bariz nümunəsidir. Fikrimcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında məhz xalqımız üçün əziz və müqəddəs olan 15 İyun - Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, bərabərliyi, həmrəyliyi və müttəfiqliyini ən üst səviyəyə, dünya üçün nümunə, örnək ola biləcək bir məqama qaldırmaqla gələcəkdə Azərbaycanla Pakistan arasında da strateji müttəfiqlik və hərbi-siyasi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün belə bir Bəyannamənin imzalanmasına gətirib çıxaracaq və Azərbaycan-Türkiyə-Pakistan dostluğunu, qardaşlığını daha da möhkəmləndirəcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

