Radikal müxalifətin növbəti xəyanəti
18.06.2021 [08:50]
AXCP və “Müsavat” Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatına qoşulmamaqla bir daha antimilli mövqedə olduqlarını nümayiş etdirdilər
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində iyunun 15-də Şuşa şəhərində oldu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən müttəfiqlik haqqında Bəyannamə imzalandı. Heç şübhəsiz, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Ekspertlərin vurğuladıqları kimi, Bəyannamədə əksini tapan bütün müddəalar iki qardaş ölkə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Çünki sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunub. Xüsusilə də, Bəyannamədə hərbi sahədə əməkdaşlıq və Zəngəzur dəhlizi ilə bağlı konkret müddəalar əksini tapıb. Beləliklə, iki qardaş ölkə bu Bəyannaməni imzalamaqla təhlükəsizlik məsələlərində də bir-birinə qətiyyətli dəstək nümayiş etdirirlər. Məhz bu səbəbdəndir ki, Azərbaycan cəmiyyəti Şuşa Bəyannaməsinin imzalanmasını tarixi hadisə kimi dəyərləndirir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatı xüsusi vurğulanmalıdır. Qeyd edək ki, siyasi partiyalar birgə bəyanatda müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Bu məqamda bir məsələni təəssüf hissi ilə vurğulamaq yerinə düşər. Belə ki, Şuşa Bəyannaməsinin milli və dövlət maraqlarına tam cavab verməsinə rəğmən, AXCP və “Müsavat” Partiyası yenə də siyasi partiyaların birgə bəyanatına qoşulmayıblar. Bu fakt onların bir daha antimilli mövqedə olduqlarının, Azərbaycanla Türkiyəyə qarşı fəaliyyət göstərən xarici ermənipərəst mərkəzlərdən aldıqları sifarişləri yerinə yetirdiklərinin göstəricisidir. Xatırladaq ki, ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman da hər iki partiya ölkədə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandana və ordumuza dəstək xarakteri daşıyan birgə bəyanatına qoşulmamışdı. Həmin vaxt AXCP və “Müsavat” cəmiyyətimizdə ciddi qınaq obyektinə çevrilmişdilər. Onların Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatına qoşulmaması isə bir daha bu iki partiyanın antimilli, xəyanətkar mövqedə olduğunu nümayiş etdirir. Yəni bu partiyalar üçün Vətən, milli maraqlar anlayışı mövcud deyil.
Yəqin ki, onlar Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi kimi tarixi sənədin imzalanmasından dərin məyusluq keçirirlər. Çünki bu sənəd dövlətimizin regionda mövqelərini daha da gücləndirir, Azərbaycanın qarşısında yeni strateji perspektivlər açır. Bir sözlə, görünən odur ki, AXCP ilə “Müsavat” xaricdəki ermənipərəst dairələrin diktəsi ilə hərəkət edirlər. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı və cəmiyyəti onların milli maraqlara zidd mövqeyini ikrah hissi ilə qarşılayır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

