/ / EANA-nın seminarı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılması ilə başlayıb
EANA-nın seminarı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılması ilə başlayıb
12.06.2021 [09:36]
İyunun 11-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Post-COVID dövründə xəbər agentliklərinin işinin təşkili” mövzusuna həsr olunmuş onlayn seminarı keçirilib.
Seminarı açan EANA-nın baş katibi Aleksandr Giboi minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılmasını təklif edib.
Alyansın İdarə Heyətinin üzvü, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və yerli icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin faciəvi şəkildə həlak olmaları ilə bağlı EANA-nın rəhbərliyi və “Press Association”ın kollektivi adından AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova başsağlığı verib.
Klayv Marşal qeyd edib ki, dünyanın bir çox münaqişə zonalarında jurnalistlərin həyatları risk altındadır. Əfsuslar olsun ki, hətta sülh dövründə media işçiləri gözlənilməz ölümlə qarşılaşırlar. Məhərrəm İbrahimov və həmkarları da belə faciə ilə üzləşdilər. Onlar öz peşə vəzifələrini qəhrəmancasına yerinə yetirərək həyatlarını itirdilər.
“Press Association” agentliyinin baş icraçı direktoru həlak olan azərbaycanlı media işçilərinin ailələrinə səbir və dözüm diləyib.
Qeyd edək ki, AZƏRTAC azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması ilə əlaqədar EANA-ya müraciət ünvanlayıb və üzv ölkələrin informasiya agentliklərini jurnalist həmrəyliyi nümayiş etdirməyə, Ermənistan tərəfindən mina xəritələrinin verilməsi məsələsini daim gündəmdə saxlamağa çağırıb.
EANA-ya üzv olan informasiya agentliklərinin, o cümlədən AZƏRTAC-ın nümayəndələrinin iştirak etdiyi seminarda Portuqaliyanın LUSA xəbər agentliyinin nümayəndəsi Monika Qarsia və Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal post-COVID dövründə xəbər agentliklərinin işinin təşkilinə dair təcrübələrini bölüşüblər.
Seminarda iştirakçıların sualları cavablandırılıb.
Avropa Xəbər Agentlikləri Alyansı qitənin 32 aparıcı xəbər agentliyini birləşdirir. AZƏRTAC 2008-ci ildən Alyansın üzvüdür.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

