İşğaldan azad edilmiş ərazilərin bərpasında innovativ texnologiyalardan geniş istifadə olunur
09.06.2021 [09:38]
Prezident İlham Əliyev: Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan hazırda Böyük Qayıdış ərəfəsindədir. Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və uğurla təmin etmək üçün işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini də şəxsi nəzarətində saxlayır. Prezident İlham Əliyev postmüharibə mərhələsində Onun iştirakı ilə keçirilən əksər tədbirlərdə Qarabağ bölgəsində başlanan və yaxud nəzərdə tutulan bərpa işlərinə diqqət çəkir. Müharibə başa çatandan sonra dövlət başçımız dəfələrlə mədəniyyət paytaxtımız sayılan Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərlərə gedərək başlanan layihələrin icrası ilə bağlı Özünün xeyir-duasını və dəyərli tövsiyələrini verib.
Müharibədən sonra Qarabağ bölgəsində genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir. Güclü dövlət olan Azərbaycan üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək səviyyədə bərpa etmək əzmindədir və buna qadirdir. Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif məsələləri əhatə edir. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin geniş spektrinə diqqət çəkərək vurğulayıb: “İndi təsəvvür edin ki, biz üç hava limanı inşa edirik. Biz 100 kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları. Hesablamaq çox çətindir. Ona görə biz hər il üçün müəyyən büdcə ayırdıq. 2,2 milyard manatlıq büdcə son rəqəm deyil. Əgər biz görsək ki, bu ilə bu çatmır, biz əlavə edərik. Çünki bu gün bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur. Çünki əsas infrastruktur layihələri artıq gerçəkləşib. Ölkə qarşısında duran çox ciddi inşaat layihələri də yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik”.
Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası planlı və mərhələli şəkildə həyata keçirilir. Ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir ki, bu da təbiidir. İlkin mərhələdə zəruri infrastrukturun qurulması həm insanların doğma yurd yerlərinə qayıtmalarını təmin etmək, həm də işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatını qurmaq baxımından zəruridir.
Həyata keçirilən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini işğaldan azad edilmiş ərazilərdə müasir elektrik enerjisi şəbəkəsinin qurulması təşkil edir. Vurğulamaq yerinə düşər ki, bəhs olunan ərazilər bərpa olunan enerji mənbələri ilə zəngindir və onların hamısından istifadə olunacaq. Hazırda bu istiqamətdə bir neçə layihə reallaşdırılır. Bir qədər bundan əvvəl Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası dövlətimizin başçısının iştirakı ilə istifadəyə verildi. Qısa müddətdə Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı tam təmin edilib. Hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir.
İntensiv şəkildə reallaşdırılan bərpa işlərində digər mühüm bir istiqamət yol-nəqliyyat infrastukturunun qurulması ilə bağlıdır. Burada da işlər kompleks şəkildə görülür. Belə ki, bu istiqamətdə reallaşdırılan layihələr avtomobil, dəmir yolu və hava nəqliyyatını əhatə edir. Prezident İlham Əliyev müharibədən sonrakı mərhələdə işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində çoxlu sayda yol layihələrinin təməlqoyma mərasimlərinə qatılıb.
İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində beynəlxalq səviyyəli üç hava limanının inşasının da sosial-iqtisadi önəmi kifayət qədər böyükdür. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla davam etdirilir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Zəngilanda yeni hava limanının təməli qoyulub. Daha bir hava limanının isə Laçın rayonunun ərazisində inşası nəzərdə tutulub.
Müharibənin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpasına başlanılması da əlamətdar hadisədir. Bu istiqamətdə ilk pilot layihənin icrasına Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində start verilib. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Prezident İlham Əliyev Zəngilanda beynəlxalq hava limanının təməlqoyma mərasimindəki çıxışında Ağalı kəndində ən müasir texnologiyaların tətbiq olunacağını diqqətə çatdıraraq vurğulayıb: “Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilibdir”.
Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyevə Ağdam şəhərinin bərpasının müasir yanaşmalar əsasında hazırlanan Baş Planı təqdim olunub və dövlət başçımızın iştirakı ilə şəhərdə ilk yaşayış binasının təməli qoyulub. Beləliklə, mənfur düşmənin xarabalığa çevirdiyi Ağdamın yeni növrağı başlayıb. Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümyəndələri ilə görüşündəki çıxışında əminliyini ifadə edərək bildirib ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. Bütövlükdə, dövlətimizin başçısının vurğuladığı kimi: “Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq”.
İşğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri yaxından iştirak edirlər
Azərbaycana dost olan ölkələr 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan respublikamıza güclü mənəvi-siyasi dəstək verdilər. Azərbaycan dost ölkələrin dəstəyini yüksək dəyərləndirir. Dost ölkələrin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb olunmaları bunu bir daha təsdiqləyir.
İşğaldan azad olunan ərazilərin bərpası və zəruri infrastrukturun yaradılması ilə bağlı ilk müqavilələr də dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq, dost ölkələrin təmsilçiləri ilə imzalanıb. Bu sırada qardaş Türkiyənin şirkətləri öndə gəlir. “Mən deyə bilərəm ki, Türkiyədən olan şirkətlər artıq bizim layihələrimizdə yer alıblar. Bizim üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib”, - deyə dövlətimizin başçısı bildirib.
Türkiyənin şirkətləri, həmçinin Zəngilan rayonunun Ağalı kəndində təməli qoyulan ilk “Ağıllı kənd” layihəsində yer alırlar. Qardaş ölkənin şirkətləri pilot layihə çərçivəsində özlərinin innovativ tətbiqlərini reallaşdıracaqlar. Bu, bərpaedilən enerji qurğusu olan “Arximed” sistemidir.
İşğaldan azad olunmuş ərazilərin bərpası proqramı çərçivəsində, həmçinin “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qoşulub. Videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək. “Huayvei-Azərbaycan” şirkəti də ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa layihələrinə qoşulub. Şirkət Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə edəcək. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısaltmaq imkanına malikdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54

