Əfqanıstanlı diplomatlar üçün “Xarici Siyasət Proqramı” başlayıb
09.06.2021 [09:28]
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə ADA Universitetində əfqanıstanlı diplomatlar üçün nəzərdə tutulmuş “Xarici Siyasət Proqramı” başlayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iki həftə davam edəcək kursun keçirilməsində əsas məqsəd gənc diplomatlara fəaliyyət göstərdikləri sahələr üzrə nəzəri və praktiki biliklərin aşılanması, onlarda idarəçilik və liderlik qabiliyyətini yüksəltməklə ümumilikdə insan kapitalının inkişaf etdirilməsindən ibarətdir.
Kurs dövründə iştirakçılar ADA Universitetinin peşəkar professor-müəllim heyəti, eləcə də dövlət və hökumət qurumlarının təcrübəli mütəxəssislərindən beynəlxalq siyasət, diplomatik fəaliyyət, sosial-iqtisadi, enerji və digər məsələlər üzrə mühüm biliklər əldə edəcəklər. Diplomatlar, həmçinin 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin əldə etdiyi beynəlxalq siyasi və hərbi uğurları, terrorçuluqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi, həyata keçirilmiş iqtisadi inkişaf modeli və yoxsulluğun aradan qaldırılması, korrupsiya ilə mübarizə və səmərəli idarəçilik üzrə mühazirələrin dinləyiciləri olacaqlar. İştirakçılar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edəcəklər. Kursu müvəffəqiyyətlə bitirənlərə müvafiq sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, AIDA-nın ADA Universiteti ilə 2018-ci ildən birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı”nda indiyədək 20-dən artıq İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Beynəlxalq Frankofoniya Təşkilatına üzv olan Asiya və Afrika ölkələrindən 70-ə yaxın diplomat müxtəlif ixtisaslar üzrə biliklər əldə edib və hazırda öz ölkələrinin dayanıqlı inkişafında yaxından iştirak etməklə yanaşı, vətənləri ilə Azərbaycan arasında etibarlı körpü rolu oynayırlar.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

