“Əl Hərir” portalı iordaniyalı alimin Azərbaycandakı tolerantlığa dair məqaləsini yayıb
21.04.2021 [09:00]
“Əl Hərir” informasiya portalı iordaniyalı alim Mərvan Sudanın “Azərbaycanda xristianlar və kilsə” sərlövhəli məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, dini mənsubiyyəti xristian olan, dini dözümlülük haqqında silsilə məqalə və kitabların müəllifi Mərvan Sudan Azərbaycandakı tolerantlığı bütün Şərq ölkələri üçün örnək adlandırıb. O yazıb: “İordaniyaya dost və qardaş ölkələr sırasında Azərbaycan həm qəlbimdə, həm də yazdığım kitablarda xüsusi yerə malikdir. Artıq 12 ildir ki, mən bu gözəl ölkədə baş verən proseslər barədə ərəb və rus dillərində xəbərləri yaxından izləyirəm. Heç vaxt şahidi olmadım ki, Azərbaycanda dini mənsubiyyətinə görə kimisə təqib etsinlər. Bunun səbəbi azərbaycanlıların başqa dinlərə və etnik qruplara dərin ehtiram ruhunda tərbiyə alması, bu keyfiyyətlərin xarakterik xüsusiyyət halına gəlməsidir. Mərhum Prezident Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi dünyaya örnək olacaq yüksək tolerantlıq və başqa dinlərə hörmət siyasəti Azərbaycanda dinindən və milliyyətindən asılı olmayaraq bütün insanların, ölkənin hər bir vətəndaşının azad və harmoniya şəraitində yaşamasına zəmin yaradıb. Məhz bunun nəticəsində Azərbaycan məğrur və ləyaqətli insanlar ölkəsidir, burada hər kəsin vicdan azadlığı, hüquqları təmin olunub”.
Bəzi insanların Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda Ermənistana qarşı ədalətli müharibəsinin dini mahiyyət daşıdığı fikirlərinə etiraz edən müəllif yazıb ki, bu cür iddialar Azərbaycana qarşı haqsız informasiya müharibəsinin tərkib hissəsidir. Əsas məqsəd isə diqqəti BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qərarları ilə təsbit olunmuş ermənilərin işğalçı mahiyyətini ört-basdır etməkdir. Əksinə, bütün beynəlxalq ictimaiyyət, o cümlədən ərəb mediası Ermənistanı dini azadlıqlara və qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağa məcbur etməlidir. “Lakin bu ümumbəşəri humanitar çağırışlar Ermənistana təsir etmir və ermənilər qədim alban kilsələrini öz adlarına çıxaraq beynəlxalq aləmdə guya dini hüquqlarının pozulması barədə yanlış təsəvvür formalaşdırmağa çalışır, hay-küy salırlar”, - deyə müəllif vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

