/ / Siyasi əməllərinə görə məhkum olunanların da əfv edilməsi dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir
Siyasi əməllərinə görə məhkum olunanların da əfv edilməsi dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir
20.03.2021 [09:22]
Azərbaycanda məhkum olunmuş şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq ənənə halını alıb. 2003-cü ildən bu günə qədər Prezident tərəfindən 36 əfv Sərəncamı imzalanıb ki, bu da hər il ən azı iki əfv sərəncamının imzalanması deməkdir. Bu humanitar akt sayəsində indiyədək ümumilikdə minlərlə məhkum vətəndaşımız bu və ya digər səviyyədə əfv aktının əhatə dairəsinə düşüb və azadlığına qovuşub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu diqqətə çatdırıb ki, martın 18-də imzalanan Sərəncam 625 məhkuma şamil edilib. Yəni, bu əfv Sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir. Nəzərə almaq lazımdır ki, əfv edilənlərin böyük əksəriyyətinin, yəni, 475 məhkumun cəzasının çəkilməmiş hissəsinə xitam verilib və onlar birbaşa azadlığa çıxıblar. İkinci ən mühüm məsələ ondan ibarətdir ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəzlənib. Bu, özlüyündə ayrıca bir humanist addımdır. Digər məsələlərə gəldikdə isə, əfv olunan məhkumların sırasında 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər şəxsin, İslam Partiyasının sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı saxlanılmış 3 nəfərin də adının olması xüsusi qeyd edilməlidir. Onların hər birinin törətdiyi cinayət əməlləri qanunla sübuta yetirilmiş hal sayılmaqla cəza tədbirləri görülsə də, indi əfv edilmələri yenə də cinayət törədənlərə qarşı dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Deputatın sözlərinə görə, məhkumların əfv edilməsində məqsəd təkcə dövlətin humanizm siyasətini nümayiş etdirmək deyil, eyni zamanda, məhkumların törətdikləri əməllərindən peşman olmaları və onlara verilən şansın düzgün qiymətləndirilməsidir. Azadlıq çox qiymətli nemətdir və hər hansı səbəbə və yaxud hər hansı emosional davranışa görə qanunu pozmaq yolverilməzdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20

