/ / Adil Əliyev: VI çağırış Milli Məclis cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir
Adil Əliyev: VI çağırış Milli Məclis cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir
11.03.2021 [09:22]
Martın 10-da VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından bir il keçir. 2018-ci ilin aprel ayında Prezident İlham Əliyev xalqımız tərəfindən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmiz üçün yeni inkişaf mərhələsi başladı. Prezidentin Administrasiyasında, Nazirlər Kabinetində aparılan islahatlar, eyni zamanda, yeni dövrün tələblərinə uyğun Milli Məclisin formalaşması ilə yekunlaşdı. Bu gün əminliklə deyə bilərik ki, VI çağırış Milli Məclis daha dinamik şəkildə fəaliyyət göstərir və istər lokal, istərsə də qlobal səviyyədə çox mühüm işlər görür. Belə ki, Milli Məclis deputatlarının Ermənistanın törətdiyi təxribatlar, mülki əhalimizi hücuma məruz qoyması, həqiqətlərimizin dünyaya çatdırılması ilə əlaqədar xarici ölkələrin parlamentlərinə göndərdiyi məktubları, mütəmadi təmasları Milli Məclisi beynəlxalq müstəvidə mühüm bir quruma çevirib. Başlanmış bu uğurlu siyasi xətt, ölkəmizi xarici ölkələrdə təmsil edən millət vəkilləri tərəfindən də layiqincə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclis sədrinin müavini Adil Əliyevin “VI çağırış Milli Məclis cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Mübaliğəsiz deyə bilərik ki, müasir Milli Məclis faktiki olaraq cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir. Milli Məclisin rəhbərliyinin də iqtidarla yanaşı, müxalifət və bitərəf millət vəkillərindən formalaşması siyasi plüralizmin inkişafının əsasını təşkil edir.
Ötən dövrdə müxalifət partiyalarının qeydiyyata alınması, iqtidar və müxalifət partiyaları arasında siyasi dialoq modeli ölkəmizdə siyasi iqlimin daha da stabilləşməsi ilə nəticələndi. Ölkə başçısı İlham Əliyevin dediyi kimi hakimiyyət tərəfindən atılan addımlar nəticəsində siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müsbət mənzərənin yaranması ilə nəticələndi. Yeni dialoq modeli, müxtəlif fikirlərin müzakirələr vasitəsilə həll edilməsi istiqamətində müəyyən edilmiş tendensiya cəmiyyət üçün ictimai faydalı olmağımızla şərtləndirilir. Vətən müharibəsi zamanı siyasi partiyaların birgə bəyanatı və Ali Baş Komandanın ətrafındakı sıx birliyi siyasi dialoqun Azərbaycan modelinin nə qədər uğurlu olmasının əyani göstəricisidir.
Eyni zamanda, siyasi partiyaların bir qisminin Yeni Azərbaycan Partiyasına qoşulması, YAP-ın yeni nizamnaməsinin qəbul edilməsi, Siyasi Şurasının ləğv edilərək yeni tərkibdə İdarə Heyətinin formalaşdırılması daha çevik qərarlar çıxarılmasını şərtləndirəcək.
Ölkə başçısının Yeni Azərbaycan Partiyasının iclası zamanı vətəndaşlarla işləməyin zəruriliyinə diqqət çəkməsi, xüsusilə də Partiyanın gördüyü işlərin daha da artırılacağının proqnozudur. Yeni formalaşdırılmış İdarə Heyətinin cəmiyyətdə kifayət qədər yüksək nüfuza malik olan, ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutan şəxslərdən formalaşması siyasi inkişafımızı kifayət qədər sürətli edəcəkdir. Bu dəyişikliyin yeganə məqsədi cəmiyyətə və dövlətə faydalı olmaqdır.
Bu gün qürurla deyə bilərik ki, ölkəmiz dünya miqyasında müstəqil şəkildə öz daxili, xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir. Ölkəmizin müstəqillik qazanmasından 30 ilə qədər vaxt keçsə də, biz ilk dəfə olaraq müstəqilliyimizin ildönümünü qalib ölkənin vətəndaşları olaraq qeyd edəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

