Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi hərbi cinayətdir
26.02.2021 [09:05]
Ekspertlərin fikrincə, Ermənistan bu addımı ilə müvafiq beynəlxalq konvensiyaların tələblərini pozur
44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Eyni zamanda, dünya ictimaiyyəti erməni vandalizmi ilə daha yaxından tanış oldu. 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər müharibədə məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Belə ki, təcavüzkar ölkə ötən dövr ərzində işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də Azərbaycana verilməyib. Bu isə beynəlxalq konvensiyalara ziddir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində kütləvi şəkildə minalama həyata keçirib. Hətta qeyri-hərbi təyinatlı ərazilərin belə ermənilər tərəfindən minalandığını deyən E.Məmmədovun fikrincə, bu, beynəlxalq qanunlara ziddir. Millət vəkili vurğulayıb ki, 1999-cu ildə qəbul olunmuş beynəlxalq konvensiyaya görə, piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsi qadağan edilib: “2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanatı imzalayan, Azərbaycanın işğal altındakı 3 rayonunu da döyüşsüz təslim edən Ermənistan əldə olunmuş razılığı pozur. Ermənistanın bu davranışları beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən müharibə cinayətidir. Bütün bunlar bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir. Fikrimcə, dünya birliyi minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə qarşı etirazını bildirməlidir”.
Milli Məclisin deputatı Azər Badamov da 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablandığını diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, Azərbaycan bu sənədə uyğun olaraq hərbi əməliyyatları dayandırıb, növbəti mərhələlərin dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Qarşı tərəf isə öz cinayətkar əməllərindən əl çəkmək istəmir: “Ermənistanın işğaldan azad olunmuş Azərbaycan torpaqlarında minalanmış ərazilərin xəritəsini təqdim etməməsi beynəlxalq hüquq normalarının pozulmasıdır. Ermənistan bununla hərbi cinayətə yol verir. Vurğulayım ki, həmin regionda minalanmış ərazilərin əhatə dairəsi çox genişdir və hətta hərbi təyinatı olmayan torpaqlar belə minalanıb. Məhz minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi işğaldan azad olunmuş ərazilərimizdə hərbi və mülki insanların minaya düşməsinə və sağlamlıqlarını itirməsinə səbəb olur. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcəklər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

