Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Ulu öndər Heydər Əliyevi düşünərkən..."

"Ulu öndər Heydər Əliyevi düşünərkən..."

21.04.2010 [09:14]

Akademik Zərifə Əliyeva adına məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş məktəblilərin inşa yazı müsabiqəsinin yekun turu keçirilib. Yekun turunun açılış mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərkən, hər il ölkənin ümumtəhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb. Bu il keçirilən müsabiqənin əvvəlki mərhələlərinin qalibi olan 96 məktəbli yekun turunda iştirak etmək imkanı qazanıb.
“Ulu öndər Heydər Əliyevi düşünərkən...” mövzusu üzrə inşa yazı müsabiqəsinin yekun turunda iştirakçılara üç saat vaxt verilib.
İnşa yazılar Təhsil Nazirliyinin müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndiriləcək, qaliblər mükafatlandırılacaqlar.
Nazir qeyd edib ki, mükafatlandırma mərasiminin mayda “Gülüstan” sarayında keçirilməsi nəzərdə tutulur.
Yekun turunun açılış mərasimində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, təhsil işçiləri, ayrı-ayrı qurumların nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 1383 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30