/ / Adil Əliyev: Şəhidlərimizin bizə əmanət olan ailələrinin qayğılarının həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir
Adil Əliyev: Şəhidlərimizin bizə əmanət olan ailələrinin qayğılarının həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir
09.01.2021 [10:12]
Vətən müharibəsi rəşadətli ordumuzun qələbəsi ilə başa çatdıqdan sonra dövlətimizin qarşısında bir neçə prioritet istiqamətlər müəyyən edildi. Bunlardan biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması sahəsində görüləcək işlərlə bağlıdır. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən lazımi vəsait ayrılıb və tezliklə işğaldan azad edilmiş Vətən torpaqları ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək. Digər önəmli məsələ isə vaxtilə doğma el-obalarını tərk etməyə məcbur qalmış köçkün və qaçqın vətəndaşlarımızın yenidən öz dədə-baba yurdlarına qayıtmasıdır. Həmin insanlar bu tarixi anı 30 ilə yaxındır həsrətlə gözləyirdilər. İnanırıq ki, dövlətimizin diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri, o cümlədən yeni binaların inşası, yolların bərpası, digər infrastrukturun qurulması qısa müddət ərzində yekunlaşacaq. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın apardığı işğalçılıq siyasəti, vandal və barbar əməlləri nəticəsində ərazilərimizdəki tarixi, mədəni abidələr vəhşicəsinə talan edilib və dağıdılıb, yaşayış evləri xarabalığa çevrilib, yollar yararsız hala salınıb, təbiətə ciddi ziyan vurulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri KİV-lərə açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
Sədr müavini deyib: “Digər əsas prioritet istiqamət isə ərazilərimizin işğaldan azad edilməsində şücaət göstərmiş, şanlı tariximizin ən parlaq səhifələrini yazmış şəhidlərimizin bizə əmanəti olan ailələrinin qayğılarının həll edilməsidir. 44 günlük müharibə zamanı hər bir Azərbaycan hərbçisinin öz məsuliyyətini dərk edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi təqdirəlayiqdir. Bu gün şəhid ailələrinin qayğılarının aradan qaldırılması, onların problemlərinin həlli başda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, hər bir azərbaycanlının ən ümdə məsələsinə çevrilib. Bu istiqamətdə artıq zəruri tədbirlər həyata keçirilir. Şəhid ailələrinin təminatlarının artırılması ilə əlaqədar təyin edilmiş ödənişlər 500 manata çatdırılıb. Eyni zamanda, şəhid ailələrinin mənzil qayğılarının həll edilməsi istiqamətində mühüm addımlar atılır. Bununla əlaqədar məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsi nəzərdə tutulub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillərin aidiyyəti üzrə istifadə edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. Ümumilikdə, ölkə başçısının 2020-ci ilin yekunlarına həsr edilmiş konfransında da bildirdiyi kimi, bu vaxta qədər 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Bundan əlavə 1500 şəhid ailəsi üçün də qısa müddətdə evlərin verilməsi nəzərdə tutulub. Bununla da, dövlət həm məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçürülməsini təmin edəcək, həmçinin də şəhid ailələrinin mənzil problemi birdəfəlik həll olunacaq”.
Adil Əliyev bildirib ki, mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də yerli icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə işləyəcək şöbələrin yaradılmasıdır. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə edilmiş dəyişiklik nəticəsində yeni yaradılmış struktur bölmələrin birbaşa təyinatı şəhid ailələri və qazilərimizlə işin təşkil edilməsidir. Bu isə öz növbəsində onların çətinliklərinin qısa müddət ərzində həllinə şərait yaradacaq.
“Biz Vətən müharibəsində qazandığımız şanlı qələbəmizi torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların bizə əmanət qoyduğu ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunmalıdır”, - deyə parlament sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

