Elşad Musayev: Siyasi dialoqun davam etdirilməsi mühüm əhəmiyyətə malikdir
26.12.2020 [09:02]
“Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan dövlətinin qarşısında böyük işlər dayanır. Heç kimə sirr deyil ki, artıq bu istiqamətdə ciddi işlərə başlanılıb. İşğaldan azad olunan ərazilərimizin minalardan təmizlənməsi prosesi davam edir, buna paralel olaraq infrastrukturun yenidən qurulması, yolların, kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Bundan başqa mühüm məsələlər sırasında şəhid ailələrinə və yaralananlara dövlətimizin və xalqımızın qayğısını qeyd etmək lazımdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə fərqlənən hərbçilərimiz təltif edildi, həmçinin şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsi üçün müxtəlif addımlar atıldı. Heç şübhəsiz, bu istiqamətdə görülən işlər gələcəkdə də davam etdiriləcək”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, bu istiqamətdə görülən işlər və cəmiyyətimizin qarşısında duran digər məsələlərdə xalqımızın üzərinə böyük məsuliyyət düşür, eyni zamanda, siyasi təşkilatların birlik və həmrəylik göstərməsinə ehtiyac var.
Siyasi dialoq mühitinə də toxunan E.Musayev deyib ki, gələcək proseslərdə dövlətimizin və xalqımızın mövqeyinin daha da möhkəmləndirilməsi üçün siyasi dialoqun davam etdirilməsi mühüm əhəmiyyətə malikdir: “Çünki Azərbaycanı istəməyən qüvvələr tərəfindən bəzi xarici ölkələrin qanunverici orqanları səviyyəsində bizə qarşı böyük təxribatlar olur. Bu təzyiqlərin qarşısında qətiyyətlə və əzmlə dayanmaq üçün dialoq mühiti qorunub saxlanılmalıdır. Siyasi təşkilatlar da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və bundan sonra da ümummilli məsələlərdə dövlət başçısının yürütdüyü siyasətə dəstək verməlidirlər”.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 21:50
Dünya
11 Avqust 21:30
Dünya
11 Avqust 20:57
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52

