/ / Hikmət Babaoğlu: Azərbaycan Prezidentinin istənilən beynəlxalq tribunadan ölkəmizin maraqlarını müdafiə etməsi ənənə halını alıb
Hikmət Babaoğlu: Azərbaycan Prezidentinin istənilən beynəlxalq tribunadan ölkəmizin maraqlarını müdafiə etməsi ənənə halını alıb
04.12.2020 [09:17]
“Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır. Bu, hər şeydən öncə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji xarici siyasət kursu və milli maraqlarla öz tərəfdaşlarının maraqlarını uzlaşdırma bacarığı ilə əlaqədardır”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın fəal və təşəbbüskar xarici siyasəti onun beynəlxalq münasibətlərdə nüfuzunu müəyyən etməklə yanaşı, həm də iştirakçılığını təmin edir: “Nəticədə hazırda Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlara sədrlik edir. Bunların sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı da var. Biz hər iki təşkilatın 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanı dəstəklədiyinin şahidi olduq. Hətta Qoşulmama Hərəkatına üzv olan bəzi ölkələrin dəstəyi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bizim lehimizə olmayan qərar qəbul etməsinin belə qarşısını aldı. Türk Şurasının göstərdiyi dəstək isə müəyyən mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana mümkün dəstək verəbilmə ehtimalını əngəllədi. Çünki Türk Şurasına üzv olan iki ölkə həm də KTMT-nin üzvləridir”.
“Hazırda isə dünyada paralel müharibə, yaxud səssiz müharibə də getməkdədir. Bu, COVID-19 pandemiyasına qarşı müharibədir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi ümümbəşəri təhdid yaradan bu pandemiyaya qarşı mübarizədə səfərbərliyi təmin etmək üçün ilk təşəbbüslə çıxış edərək məsələni BMT-nin gündəminə gətirdi və bu təşəbbüs yüksək qiymətləndirildi. Məğlub edilmiş Ermənistandan başqa BMT-yə üzv olan dövlətlərin əksəriyyəti bu təşəbbüsü dəstəklədilər və dünyanın ən böyük beynəlxalq təşkilatında bununla bağlı xüsusi sessiya çağırıldı. Dekabrın 3 və 4-də isə BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə növbəti tədbirin baş tutması və Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderlərinin, BMT rəsmilərinin və ekspertlərin COVID-19 pandemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə etmələri mühüm əhəmiyyətə malikdir. Bu, əvvəlki sessiyada müzakirə olunan pandemiyaya qarşı mübarizə və hazırlanacaq peyvəndlərin hamı üçün əlçatanlığının təmin olunması məsələsindən sonra indiki real vəziyyətin müzakirə olunmasıdır. Bu, Azərbaycan Prezidentinin təşəbbüs və təkliflərinin BMT-tərəfindən dəstəklənməsi və Onun nüfuzunun qəbul edilməsi deməkdir. Artıq sessiyanın gündəmi və çıxışların ardıcıllığı da müəyyənləşdirilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində 1-ci sıra 5-ci yerdə çıxış edib və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, bu Xüsusi Sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək. Bundan başqa, 155 iştirakçı ölkə arasında Prezident İlham Əliyevin dövlət başçısı kimi 7-ci sırada çıxış etməsi, heç şübhəsiz ki, Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsidir. Eyni zamanda, bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir”, -deyə Hikmət Babaoğlu əlavə edib.
Millət vəkili deyib ki, bütün bunlarla yanaşı, istənilən beynəlxalq tribunadan Azərbaycan Prezidentinin ölkəmizin maraqlarını müdafiə etməsi və artıq məğlub edilmiş işğalçı Ermənistanda hökm sürən despotizmi, diktaturanı, faşizmi dilə gətirməsi və onu ifşa etməsi də artıq ənənə halını alıb ki, bu da həqiqətlərin dünyaya çatdırılmasında özünəməxsus rol oynayır: “Ən mühüm məsələlərdən bir də odur ki, bəhs olunan sessiyada Azərbaycan Prezidenti qalib dövlətin Müzəffər Ali Baş Komandanı kimi çıxış edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni icra etmiş dövlət və beynəlxalq hüquqda presedent yaratmış Lider kimi Öz sözlərini deyib. Bu isə yeni dünya nizamında Azərbaycanın yerini və rolunu təyin edən ən əsas faktorlardan biridir”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

