/ / Ağdamın azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik müstəvidə davamıdır
Ağdamın azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik müstəvidə davamıdır
24.11.2020 [09:17]
Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi. Azərbaycan Ordusunun nəzarəti altına keçən şəhərin mərkəzində Azərbaycanın dövlət bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan tarixinə şanlı zəfər səhifələri yazıldı və erməni işğalı altında olan ərazilərimizin böyük bir hissəsi azad edildi. Ağdamın azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik müstəvidə davamı, xalq-iqtidar birliyinin məntiqi nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat deyib ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm qələbələr lap yaxın günlərdə Kəlbəcər, Laçın rayonlarının da azad edilməsi ilə başa çatacaq. Müzəffər Ordumuzun erməni işğalçıları üzərində şanlı döyüş qələbələri Ali Baş Komandanın ətrafında xalqın yumruq kimi sıx birləşməsi, əhalidə olan yüksək vətənpərvərlik ruhu, güclü iqtisadiyyat və qüdrətli ordu quruculuğu nəticəsində əldə olundu. Bu gün bütün dünya heyrətlə XXI əsrin hərbi standartlarına ən yüksək səviyyədə cavab verən Azərbaycan Ordusunun 44 gündə apardığı parlaq əks-həmlə əməliyyatlarından danışır.
Milli Məclisin deputatı vurğulayıb ki, qəhrəmanlıq dastanına çevrilmiş bu qələbələr hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını fərəhləndirir və qürur hissi yaradır. Azərbaycan Prezidentinin 20 noyabrda xalqa müraciətində söylədiyi kimi, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.
Deputat qeyd edib ki, 204 min əhalisi olan, işğal edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayon kimi Ağdam üçün yeni tarixi mərhələ - quruculuq mərhələsi başlayır. Qarşıda böyük vəzifələr dayanır. 27 illik işğal dövründə Qafqazın Xirosimasına çevrilən və böyük dağıntılara məruz qalmış Ağdam rayonu demək olar ki, tamamilə yeni şəhərsalma prinsipləri əsasında qurulacaq, Ağdam şəhəri və rayonun kəndləri yenidən tikiləcək. Rayon ərazisində böyük sosial obyektlər tikiləcək, abadlıq işləri aparılacaq və mühüm infrastruktur layihələri icra olunacaq, Bölgənin böyük təbii resursları, insanların təşəbbüskar və işgüzar olmaları bu rayonun tezliklə çiçəklənən və inkişaf edən bir rayona çevriləcəyindən soraq verir. İşğaldan azad edilmiş rayonlarda böyük qayıdışı təmin etmək və əhalinin yeni həyata başlaması üçün dövlətimiz bütün mümkün tədbirləri həyata keçirəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaq. Qarabağ Azərbaycandır!.
Xəbər lenti
Hamısına baxSosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19

