Ana səhifə »  Siyasət »  Milli Məclisin növbəti iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbəti iclası keçirilib

İclasda Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul olunub

Sahibə Qafarova: Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərlə xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi

Noyabrın 13-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan xalqı 30 ildən bəri həsrətlə gözlədiyi böyük Qələbənin sevincini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb, işğalçı Ermənistan təslim olmağa məcbur edilib və ölkəmizin ərazi bütövlüyü təmin olunub. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarıb və onu qalib xalqa çevirib. Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə itkilər verdik.

İclasda Milli Məclisin Sədrinin təklifi ilə döyüş meydanında, dinc şəhər və kəndlərimizdə şəhid olmuş insanlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sədr Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyib.

Sonra Spiker bildirib ki, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada qürurla dalğalanır, tezliklə Kəlbəcərdə, Ağdamda, Laçında və digər torpaqlarımızda da yüksələcəkdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. Sədr Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığının dillərdə dastan olacağına əminliyini bildirib. Qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərlə xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

O vurğulayıb ki, bu tarixi günlərin bizim üçün ən mühüm nəticələrindən biri də xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və bütövləşməsi oldu. Azərbaycan xalqının birliyinin rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Çətin sınaq qarşısında Azərbaycan xalqının yenilməz gücə çevrildiyini hər kəs görüb, yəqin etdi. Bu birliyin, bu qüvvətin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi.

Spiker xatırladıb ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub: “Bu bəyanatın Azərbaycan Respublikası üçün çox böyük tarixi əhəmiyyəti var. Belə ki, bəyanatın müddəalarına əsasən 2020-ci il dekabrın 1-dək Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılacaq, Kəlbəcər, Ağdam və Laçın rayonları isə qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaqdır. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlərimiz doğma yurdlarına dönə biləcəklər. Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpası da milli maraqlarımızın təmin edilməsi baxımından vacib məsələdir”.

Sədr bir məqamı da xüsusi qeyd edib ki, bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq: “Biz bu gün hamımız Yerevanda baş verənləri müşahidə edirik. Bir tərəfdən şəhərin küçələrində kütlə azğınlıq edir, hərc-mərclik hökm sürür, digər tərəfdən isə iqtidar müxalifətin bütün liderlərini həbs edir, müxalif deputatların mandatdan məhrum edilməsi barədə söhbətlər gəzir və s. Diqqət yetirin, bütün bu rüsvayçı hadisələr Qərbin bəzi dairələrinin demokratik dövlət kimi qələmə verməyə çalışdığı bir ölkədə baş verir. Ancaq nə Qərb dövlətlərinin rəhbərləri, nə də onların dırnaqarası informasiya vasitələri bu qanunsuz əməllərə münasibət bildirmir, susmağı üstün tuturlar. Güman edirəm, hər şey aydındır. Hər kəs öz simasını göstərir. Doğrudan da, möhtərəm Prezidentimizin dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar əvvəl güzgüdə özlərinə baxsınlar.

Bu müharibədə dünya bir həqiqəti də gördü ki, erməni vandalları işğal altında saxladıqları şəhər və kəndlərimizi viran qoyub, tarixi-mədəni abidələrimizi yerlə-yeksan edib, milli sərvətlərimizi talan ediblər”.

Sahibə Qafarova diqqətə çatdırıb ki, həmin ərazilərdə infrastruktur tam sıradan çıxarılıb. Ancaq biz əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün dağıdılmış yaşayış məntəqələrini bərpa edəcək və Qarabağ sakinləri ata-baba yurdlarında yenidən qurub yaradacaqlar. Biz bilirik ki, müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər böyük təzyiqlərə məruz qalsa da, geri çəkilməyib, Ordumuzun zəfər yürüşünü qələbə ilə başa çatdırmağa nail olub. Bu isə düşmən üzərində böyük Qələbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nə qədər böyük rol oynadığını bir daha təsdiq edir.

Spiker deyib ki, möhtərəm Prezidentimiz xalqa müraciətində bu məsələyə toxunub: “Demək olar ki, hər gün Ondan dayanmağı tələb edirdilər. Amma möhtərəm Prezidentimizin dediyi kimi, “...biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq...

Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Sədr vurğulayıb ki, biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç vaxt unutmayacağıq.

O, bir məsələni də diqqətə çatdırıb ki, möhtərəm Prezidentimizin bir il əvvəl Soçi şəhərində “Valday” beynəlxalq diskussiya klubunun iclasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi Azərbaycanın qələbəsinin rəmzinə çevrildi.

Bu gün yüz minlərin, milyonların dilindən eşidilən bu milli şüar artıq reallığa çevrilib.

Milli Məclisin Sədrinin çıxışı alqışlarla qarşılanıb.

Daha sonra Sahibə Qafarova  bildirib ki, 6 ay bundan əvvəl şuşalı gənc qız Əsra Məmmədli bu salonda çıxış etmişdi: “O zaman Şuşa şəhəri işğal altında idi və gənc qızımızın çıxışı da o vaxtın ovqatına uyğun idi. Onun çıxışı yadımdadı ki, hamımızı duyğulandırdı və böyük təsir bağışladı. Mən bu gün yenə də Əsra Məmmədlini bu zala dəvət etmək istəyirəm. Düşünürəm ki, onun nə hiss etdiklərini dinləmək maraqlı olar”.

İclasda çıxış edən şuşalı qız Əsra Məmmədli bildirib ki, bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdi ki, Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. Artıq işğala son qoyuldu. Azərbaycan əsgəri, Azərbaycan xalqı qanı və canı bahasına öz torpağına sahib çıxdı. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan Ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim ailəmiz babalarımın evinə qayıdır!

Əsra Məmmədlinin çıxışı alqışlarla qarşılanıb.

Sonra Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin Böyük Qələbə münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.

Daha sonra Sədrin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin mətninin hazırlanması üçün Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin başçılığı ilə komissiya yaradılıb. Komissiyaya Milli Məclisin deputatları Nizami Cəfərov, Tural Gəncəliyev, Nigar Arpadarai və Erkin Qədirli daxil edilib.

İclasda Mili Məclis Sədrinin müavini Adil Əliyev, deputatlar - Əhliman Əmiraslanov, Ziyafət Əsgərov, Hicran Hüseynova, Eldar İbrahimov, Səməd Seyidov, Şahin İsmayılov, Siyavuş Novruzov, Tahir Mirkişili, Məlahət İbrahimqızı, Razi Nurullayev, Fəzail Ağamalı, Cavid Osmanov, Jalə Əliyeva, Zahid Oruc, Nəsib Məhəməliyev, Anar İsgəndərov, Vahid Əhmədov, Eldəniz Səlimov, İsa Həbibbəyli, Fazil Mustafa, Azay Quliyev, Musa Qasımlı, Sabir Rüstəmxanlı, Etibar Əliyev, Elman Nəsirov və Qüdrət Həsənquliyev xalqımızın qazandığı Böyük Qələbə münasibətilə ürək sözlərini bildiriblər. Qeyd ediblər ki, bu Qələbə daxili həmrəyliyimizin, milli birliyimizin və Ali Baş komandanımızın dediyi kimi, yumruq kimi birləşməyimizin parlaq nəticəsi oldu. 44 gün davam edən müharibədə Prezident İlham Əliyev Azərbaycanın haqqını ən yüksək səviyyədə qorudu və qəbul etdirdi. Prezidentin xarici ölkələrin televiziya kanallarına verdiyi müsahibələr isə bu işin avanqardı oldu. Bildirilib ki, bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və Dünya hərb tarixinə yeniliklər gətirmiş müharibə kimi düşəcək.

Sonra Milli Məclisin deputatı Nigar Arpadarai  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin mətnini oxuyub.

Müraciət alqışlarla qarşılanıb və səsə qoyularaq təsdiqlənib. Bununla da Milli Məclisin iclası başa çatıb.

Nardar BAYRAMLI

 
  • Oxunub:  3900  |  
  • Tarix:  13-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

22 İyun 14:43
BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub
22 İyun 14:42
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara xidmət göstərəcək özəl klinikalar açıqlanıb - SİYAHI
22 İyun 14:29
Milli Məclisin deputatı AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib
22 İyun 14:28
Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb
22 İyun 14:26
Vilayət Eyvazov: Azərbaycanın və Pakistanın Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur
22 İyun 14:16
Naxçıvan Muxtar Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
22 İyun 14:15
BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi
22 İyun 13:59
Vətən müharibəsində yaralanmış 33 qazi yüksək texnologiyalı protezlərlə təmin olunub
22 İyun 13:38
Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 İyun 13:29
Kamaləddin Qafarov: Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb
22 İyun 13:20
Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də
22 İyun 13:10
Deputat: Sosial şəbəkələr canlı ictimai müzakirələr baxımından demokratiya və azadlığın təşviqi istiqamətində mükəmməl vasitədir
22 İyun 12:56
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
22 İyun 12:47
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olur
22 İyun 12:42
“Avro-2020”: Çexiya millisi İngiltərə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşacaq
22 İyun 12:37
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 27 il ötür
22 İyun 12:19
Asiya İnkişaf Bankı Azərbaycan sığorta bazarındakı proseslərlə yaxından maraqlanır
22 İyun 12:06
Misir ICESCO-nun Baş Konfransına ev sahibliyi edəcək
22 İyun 11:58
Sədaqət Vəliyeva: COVİD-19 pandemiyasından yeganə xilas yolu vaksinasiyadır
22 İyun 11:46
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb
22 İyun 11:31
Prezidenti İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
22 İyun 11:30
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu
22 İyun 11:15
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir
22 İyun 11:13
XİN: Azərbaycan tərəfi UNESCO missiyasını qəbul etməyə hazırdır
22 İyun 10:47
Azərbaycanda şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu və ya immunitet sənədi tələb olunacaq
22 İyun 10:46
Azərbaycanlı deputat: Mingəçevir su anbarını bombalamağa, yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağıran erməni nümayəndənin çıxışı ikrah hissi doğurur
22 İyun 10:31
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib
22 İyun 10:21
İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə verilir
22 İyun 10:00
Nigar Arpadarai: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
22 İyun 09:57
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb
22 İyun 09:47
Turizm cənnəti – Antalya
22 İyun 09:06
Bütün cəhdlərə baxmayaraq, revanşistlər iflasa uğradılar
22 İyun 09:03
Gündüz Bayramov: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
22 İyun 09:01
Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
22 İyun 09:00
Sabir Hacıyev: Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi
22 İyun 08:59
Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır
22 İyun 08:58
Qabil Hüseynli: Azərbaycan-Türkiyə müttəfiqliyi regionun gələcək inkişafı üçün geniş imkanlar yaradır
22 İyun 08:53
Abutalıb Səmədov: Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır
22 İyun 08:51
Radikal müxalifət xalqa və dövlətə xəyanət yolu tutub
22 İyun 08:49
Ermənistanda seçki baş tutsa da, siyasi qarşıdurma səngimir
22 İyun 08:48
“Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”
22 İyun 08:43
Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir
21 İyun 21:39
Rəcəb Tayyib Ərdoğan: Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram
21 İyun 21:36
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün səmərəli müzakirələr məkanı oldu
21 İyun 21:32
ÜST dünyada COVID-19-la bağlı vəziyyəti qiymətləndirib
21 İyun 21:27
Rafael Hüseynov Avropa Şurasını sağlam inkişaf yoluna çıxmaq üçün ikili standartlardan qurtulmağa çağırıb
21 İyun 21:25
Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır
21 İyun 20:08
Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb
21 İyun 20:06
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb
21 İyun 20:04
Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq
21 İyun 20:01
“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib
21 İyun 19:59
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir
21 İyun 19:57
Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb
21 İyun 19:52
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə dair fotoalbom nəşr edilib
21 İyun 19:50
Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
21 İyun 19:49
MEDİA ilə “Aljazeera” Media İnstitutu arasında ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
21 İyun 19:47
Anar Məmmədov: Ermənilər tərəfindən basdırılmış minalar yüz minlərlə insanın doğma torpaqlarına qaytarılmasına ciddi maneə yaradır
21 İyun 18:14
Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib
21 İyun 17:32
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib
21 İyun 17:31
Sinoptiklərdən xəbərdarlıq: Paytaxda havanın temperaturu 42°-yə yüksələcək
21 İyun 17:21
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib
21 İyun 17:19
Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
21 İyun 17:16
İqtisadiyyat naziri: İcbari tibbi sığorta sisteminin tətbiqi sosial-iqtisadi inkişaf üçün yeni mərhələdir
21 İyun 17:15
Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək
21 İyun 16:57
ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb
21 İyun 16:45
YAP Nəsimi rayon təşkilatının hesabat konfransı keçirilib
21 İyun 16:33
Türkiyə Futbol Federasiyası: Təşəkkürlər, qardaş Azərbaycan
21 İyun 16:31
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb
21 İyun 16:16
Xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
21 İyun 16:16
Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +25