/ / Müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizin hərtərəfli inkişafına geniş hüquqi əsaslar yaradıb
Müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizin hərtərəfli inkişafına geniş hüquqi əsaslar yaradıb
12.11.2020 [09:23]
Son 25 ildə respublikamızda müasir dövlət quruculuğu prosesi məhz ölkə Konstitusiyası əsasında tənzimlənib
Hər bir ölkənin hüquqi və demokratik inkişafı baxımından Əsas Qanun kimi səciyyələndirilən Konstitusiya mühüm əhəmiyyət kəsb edir. 25 il bundan əvvəl respublikamızın həyatında mühüm hadisə baş verdi. Belə ki, 12 noyabr 1995-cı il tarixində müstəqil Azərbaycanın ilk Konstitusiyası (Əsas Qanunu) ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. Yeni Əsas Qanun hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmışdı. Əsas diqqət isə ölkəmizin reallıqlarına, milli maraqların yüksək səviyyədə qorunmasına və perspektiv inkişaf hədəflərinə yönəldilmişdi. Konstitusiyanın layihəsi hazırlanarkən o ideya əsas götürülmüşdü ki, Azərbaycanın zəngin ənənələri qorunmaqla müasir dövlət kimi inkişafına hüquqi əsaslar yaradılmalıdır. Əsas Qanunun qəbul edilməsi ilə ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin təməli qoyuldu.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə ən böyük xidmətlərindən biridir
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Məlum olduğu kimi, respublikamızda 1992-ci ildə qeyri-legitim yolla hakimiyyətə gələn AXC-Müsavat cütlüyü Azərbaycanı xaosa sürükləmişdi. Ölkə idarəolunmaz vəziyyətdə idi və XX yüzillikdə ikinci dəfə qazanılan müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Təbii ki, belə vəziyyətdə korporativ maraqlara başı qarışan AXC-Müsavat iqtidarı ölkənin yeni Konstitusiyasını qəbul edə bilmədi.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdı və verdiyi müdrik qərarlarla, atdığı qətiyyətli addımlarla qısa müddətdə respublikamızda sabitliyi bərqərar etdi, ölkənin potensialını inkişafa istiqamətləndirdi. Uzun illərin dövlət idarəçiliyi təcrübəsinə malik olan Heydər Əliyev yaxşı başa düşürdü ki, keçmiş sovet respublikasının Əsas Qanunu ilə müstəqil Azərbaycanın yeni reallıqlarını uzlaşdırmaq və inkişafı təmin etmək əsla mümkün deyil. Beləliklə, Onun təşəbbüsü ilə müstəqil respublikamızın ilk Konstitusiyasının layihəsinin hazırlanmasına başlanıldı. 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqləndi. Komissiya Ulu Öndərin Sədrliyi ilə fəaliyyət göstərirdi. Ulu Öndər müstəqil Azərbaycanın ilk Konstitusiyasının ən təkmil formada hazırlanmasını qarşıya məqsəd qoymuşdu.
Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya Konstitusiya layihəsinin hazırlandığı dövrdə bir neçə dəfə açıq müzakirələr keçirib. Müzakirələrdə Ulu Öndər müddəaların hər birinə şəxsən diqqət yetirib, mövqeyini bildirib və təkliflərini verib. Nəticədə, genişəhatəli bir qanun layihəsi ərsəyə gəlib. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə ən böyük xidmətlərindən biridir. Sənədi dəyərləndirən Heydər Əliyev deyirdi: “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Konstitusiya islahatları müasir çağırışlar və milli maraqlar əsasında həyata keçirilir
Müstəqil Azərbaycanın yeni Konstitusiyası respublikamızın müasir dövlət kimi hərtərəfli inkişafına geniş hüquqi əsaslar yaradıb. Konstitusiyamız həm struktur, həm də məzmun baxımından mükəmməl bir sənəddir. Son 25 ildə respublikamızda müstəqil dövlət quruculuğu prosesi məhz bu sənəd əsasında tənzimlənib.
Hazırda bütün dünyada demokratik dəyərlərin qorunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına böyük önəm verilir. Müasir dövlət quruculuğunu hədəfləyən və bu istiqamətdə inamlı addımlar atan Azərbaycanın Konstitusiyasında da ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb. Əsas Qanunumuza uyğun olaraq bu gün respublikamızda siyasi baxışlarından asılı olmayaraq bütün partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Eyni zamanda, ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. Yeri gəlmişkən qeyd edək ki, Konstitusiyamızın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri öz əksini tapıb.
Eyni zamanda, Konstitusiyamızın bir sıra müddəaları ölkəmizdə liberal iqtisadiyyatın inkişafına təminat verir, həmçinin cəmiyyətin sosial, mədəni həyatında tətbiq olunan əsas norma və prinsipləri özündə ehtiva edir. Konstitusiyamızda Azərbaycanın hər bir vətəndaşının layiqli həyat səviyyəsinin təmin olunmasına hesablanan sosial dövlət konsepsiyası öz əksini tapıb.
O da xüsusi olaraq vurğulanmalıdır ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu ildə keçirilən ümumxalq səsverməsi - referendumlar da bu prosesə xüsusi töhfələr bəxş edib. Belə ki, bəhs olunan ümumxalq səsvermələri qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb edib. Bununla yanaşı, 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər xüsusilə qeyd edilməlidir. Bu dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanda prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsinə, onun funksionallığının artırılmasına xidmət edən vitse-prezidentlik institutunun yaradılması, həmçinin seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin aradan qaldırılması, ölkəmizdə həyata keçirilən sosial məzmunlu siyasətin, eləcə də bu sahəyə aid islahatların dəstəklənməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edən mexanizmlərin təkmilləşdirilməsi, ayrı-ayrı vəzifəli şəxslərin və dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətinin artırılması kimi məsələlər referendum yolu ilə həyata keçirilən Konstitusiya islahatlarının başlıca istiqamətlərini təşkil etdi.
Beləliklə, sadalanan faktlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və milli inkişafımızın başlıca hüquqi - siyasi əsasıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

