Ana səhifə »  Siyasət »  Prezidentə yazırlar: Sizin Ali Baş Komandanı olduğunuz Ordumuz xalqımıza heç vaxt unudulmayacaq tarixi anlar və böyük qürur hissi yaşatdı
A+   Yenilə  A-
Prezidentə yazırlar: Sizin Ali Baş Komandanı olduğunuz Ordumuz xalqımıza heç vaxt unudulmayacaq tarixi anlar və böyük qürur hissi yaşatdı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi qələbə Azərbaycan vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza böyük sevinc və qürur hissi yaşadır. Onlar dövlətimizin başçısına ünvanladıqları məktublarda bu hisslərə görə sonsuz minnətdarlıqlarını ifadə edirlər.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Almaniyanın Ştutqart şəhərindən Cəfər Süleymanov yazır: “Hörmətli cənab Prezident, Sizə bu Qələbəni yaşaya bilməyimiz üçün verdiyiniz şücaətli, möhtəşəm iradə və mübarizəyə görə təşəkkür edirəm. Şuşa bizim gözümüz, Şuşa bizim canımızdır. Siz bizi yenidən diriltdiniz, Siz bizə ikinci həyat verdiniz. Sizin rəhbərliyiniz altında gözəl və şərəfli günlər bizi gözləyir. Bir millət olaraq sona qədər Sizin arxanızdayıq. Allah Sizi, Ordumuzu və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!”
Türkiyənin İstanbul şəhərindən Pəri Çəndirova: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizə uğurlu siyasətiniz və Azərbaycan xalqı olaraq bizlərə yaşatdığınız Qələbə sevinclərinə görə təşəkkür edirəm. 8 noyabr tarixində Şuşanın geri alınması xəbəri ilə bizə qürur hissi bəxş etdiniz. Hər zaman böyük bir maraq və həyəcan hissi ilə Sizi izləyirik. Xaricdə yaşayan vətəndaş olaraq, ilk növbədə, öz adımdan və çevrəmdə olan soydaşlarımızın adından Sizə təşəkkür edir və Sizi dəstəkləyirik. Dünya azərbaycanlıları olaraq apardığınız siyasətdə Sizə uğurlar arzu edir, ölkəmiz, xalqımız üçün daha böyük nailiyyətlər əldə etmənizi diləyirik. Qələbə hər zaman bizimlə olsun!”.
Litvanın Vilnüs şəhərindən Tamerlan Qarayev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, icazə verin, Şuşanın azad olunması münasibətilə Sizə minnətdarlıq hisslərimi bildirim, Sizi səmimi qəlbdən təbrik edim və ən xoş arzularımı çatdırım. Şuşanın azad olunması sevincini xalqımıza yaşatdığınıza görə Sizə sonsuz təşəkkürümüzü bildiririk”.
Moskvadan Fazil Qurbanov yazır: “Hörmətli cənab Prezident, Rusiyadakı Azərbaycan diasporunun çoxmilyonlu üzvləri və şəxsən öz adımdan Sizi, bütün Azərbaycan xalqını, igid Ordumuzu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə təbrik edirəm. Biz azərbaycanlılar, hər zaman Vətənimizin - Azərbaycanın yanındayıq və yürütdüyünüz siyasəti tam dəstəklədiyimizi bildiririk. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan xalqının müqəddəs borcudur. Artıq həmin zaman yetişdi - 2020-ci il noyabrın 8-i əbədi olaraq Azərbaycanın tarixinə düşdü. Bu, əzəmətli qələbəmizin günüdür. Adınız böyük Azərbaycan xalqının tarixinə əbədi olaraq qızıl hərflərlə yazılacaq. Yaşasın Azərbaycan Respublikasının xalqı və ordusu! Qarabağ Azərbaycandır!”.
Gürcüstanın Marneuli şəhərindən Həcər Yusibova: “Əziz İlham baba, mənim adım Həcərdir. 10 yaşım var. Biz hamımız Sizi çox sevirik. Mən qəhrəman Azərbaycan əsgərləri üçün az da olsa, pul yardımı göndərirəm. Erməniləri də dediyiniz kimi, qovduq. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”.
İsveçin Vesteros şəhərindən Əlif Cahangirov: “Salam, cənab Prezident, Sizə İsveçdən yazıram. Biz çox xoşbəxtik, biz çox qürurluyuq, biz çox şanslıyıq. Biz ona görə xoşbəxtik ki, əzəli və müqəddəs torpaqlarımızı, Qarabağımızı düşməndən azad edirik, Şuşamız artıq bizdədir və biz bu tarixi günlərə sevinc göz yaşı tökərək şahidlik edirik. Biz ona görə qürurluyuq ki, bu tarixi anları bizə yaşadan şanlı Ordumuz, cəsur əsgərlərimiz, igidlərimiz var! Biz ona görə şanslıyıq ki, bizim kimliyimizi, qürurumuzu, xalqımızın iradəsini dünyaya sübut edən, başımızı uca, alnımızı açıq edən Sizin kimi rəhbərimiz var. Cənab Prezident, mən ailəmiz adından Sizə təşəkkür etməyi özümə borc bilirəm. Biz həmişə yanınızdayıq və hər zaman əmrinizdəyik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!”.
Aşqabad şəhərindən Zəkiyə Hacızadə yazır: “Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Heydər oğlu, bu məktubu Sizə Türkmənistandan yazıram. Mən Aşqabad şəhərində yaşayıram, 6-cı sinifdə oxuyuram. Adım Zəkiyədir. Biz hər gün televiziya qarşısında əyləşib, Sizin çıxışlarınızı gözləyirik. Siz hər dəfə Azərbaycanın yeni-yeni ərazilərinin işğaldan azad olunduğunu elan edirsiniz. Bu xəbərlər bizi çox sevindirir. Lakin Şuşanın azad edilməsi xəbəri hamımıza xüsusi sevinc bəxş etdi. Biz Sizinlə və igid əsgərlərimizlə qürur duyuruq. Tezliklə bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Yaşasın Azərbaycan!”.
Bakı şəhər sakini Rafail Musayev: “Hörmətli cənab Prezident, biz Azərbaycan vətəndaşları olaraq əldə etdiyimiz qələbələrdən fərəh, sevinc və qürur hissləri keçiririk. Onilliklərlə gözlədiyimiz günlər nəhayət ki, gəlib çatdı. Cənab Ali Baş Komandan, inanırıq ki, Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı tamamilə azad edəcək və üçrəngli bayrağımız həmin torpaqlarımızda dalğalanacaq. Möhtərəm Prezident, hər zaman Sizinləyik. Sizi əmin etmək istəyirik ki, göstəriş verdiyiniz halda hamımız bir nəfər kimi cəbhəyə yollanaraq işğal altındakı digər bölgələrimizi də düşməndən təmizləməyə hər an hazırıq. Allah Sizi və rəşadətli Ordumuzu qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Biləsuvardan Elçin Rəhimov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin düzgün və uğurlu siyasətiniz nəticəsində Qarabağ uğrunda gedən döyüşlərdə əzəli torpaqlarımızın işğaldan azad olunmasına sevinir və hədsiz qürur hissi keçiririk. Biz məcburi köçkünlər 30 ilə yaxındır ki, gözlədiyimiz bu haqq işinizi dəstəkləyir və Azərbaycan vətəndaşı olaraq hər zaman yanınızda olduğumuzu bildiririk. Xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır. Hazırda milyonlarla vətəndaşımızın hər bir qarış Vətən torpağı üçün döyüşməyə, lazım gələrsə, canından belə keçməyə hazır olduğunu bilməyinizi istəyirik. Tanrı Sizi, Ordumuzu və bütün Azərbaycan xalqını qorusun!”.
Paytaxt sakini Elmira Həsənova: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, ilk növbədə, bizə bu sevinci - Şuşa Qələbəsini yaşatdığınız üçün Sizə və Şanlı Ordumuza öz minnətdarlığımızı bildiririk. Sizin kimi güclü bir Liderimiz olduğu üçün Azərbaycan xalqı çox şanslıdır. Sizinlə və Ordumuzla qürur duyuruq. Son nəfəsimizə qədər Vətənin xidmətində və Sizin yanınızdayıq. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin və ön cəbhədə Vətəni müdafiə edən igidlərimizi qorusun! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.
Gəncə şəhərindən Xalsa Nəsibova: “Hörmətli cənab Prezident, Şuşa ilə bağlı xəbəriniz bir daha yenilməzliyimizin təntənəsi oldu. Siz qürurumuzu, məğrurluğumuzu, vüqarımızı və şərəfimizi özümüzə qaytardınız. Siz qızıl hərflərlə silinməz bir tarix yazdınız. Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan xalqına ən böyük hədiyyə etdiniz. Var olun, cənab Prezident! Allah Sizi və komandanlıq etdiyiniz Ordumuzu qorusun!”.
Gəncənin daha bir sakini Elnur İsmayılov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, zamanı dəyişmək, hadisələrə yön vermək, illərdir ürəyimizdə düyünlənib qalan Qələbə ümidini reallaşdırmaq və insanlara təqdim etmək Sizin Azərbaycan xalqına ən gözəl hədiyyənizdir. Bu hədiyyə mədəniyyət işçiləri üçün “Oskar” mükafatı, tələbələr üçün fərqlənmə diplomu, müəllimlər üçün gələcəyə yatırılan biliyin çiçək açması, elm adamları üçün “Nobel” mükafatı, jurnalistlər üçün alınması mümkün olmayan müsahibədən daha ali, daha dəyərlidir. Şanlı Ordumuz zəhmətinin şirin bəhrəsini görür və öz hədiyyəsini qəbul edir. Qələbə xəbərlərini gözləmək, onu eşitmək, hər gün Bayrağımızla söhbətləşmək o qədər gözəldir ki, cənab Prezident! Allah Sizi var eləsin! Siz bu gün ölkəmiz üçün aşılması çətin olan divarları öz qətiyyətli mövqeyiniz və dəmir iradəniz sayəsində məhv edirsiniz. Bütün bunlar isə xalqın işıqlı gələcəyinə zəmanətdir. Qarabağ Azərbaycandır!”.
Mingəçevir şəhərindən Nərmin Qurbanlı: “Əziz İlham baba, mən Sizinlə fəxr edirəm və Sizi Şuşanın alınması münasibətilə təbrik edirəm. Allah Sizi və Müzəffər Ordumuzu qorusun! İlham baba, bütün dualarımız Sizinlədir. Erməniləri iti qovan kimi qovuruq. Allah Sizi və müzəffər Ordumuzu qorusun. Qarabağ Azərbaycandır!”.
Zaqataladan Həsən Ömərov: “Çox hörmətli cənab Prezident, Sizin zəfər yolunda inamlı addımlarınız nəticəsində Azərbaycan Respublikasının incisi olan Şuşa şəhəri düşməndən azad edildi. Bu münasibətlə Sizi təbrik edirik. Bizim dövlətimiz güclü, şanlı Ordumuz yenilməzdir. Yaşasın Azərbaycan!”.
Zaqatalanın daha bir sakini Nəbi Kərimov: “Müzəffər Ali Baş Komandan, Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Sizi təbrik edirəm. Xalqımızı bu gözəl xəbərlə bir daha sevindirdiniz. Yaşasın Azərbaycan və onun Müzəffər Ali Baş Komandanı! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Lənkərandan Əli Tahirov: “Hörmətli cənab Prezident, mən Lənkəran rayonu, Boladi kəndi N.Axundov adına 1nömrəli tam orta məktəbin üçüncü sinfində oxuyuram. Atam zabitdir və hal-hazırda cəbhədə döyüşür, mənfur düşmənə layiqli cavablarını verir. Şuşanın işğaldan azad olması məni də hədsiz dərəcədə sevindirir və bu münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Şuşanın azad olmasında atam da iştirak etdiyi üçün onunla fəxr edirəm. Sizə və atama inanıram. Sizin çıxışlarınızda dediyiniz bir ifadə çox xoşuma gəlir: “Biz bir dəmir yumruq kimi birləşmişik”. Mən də böyüyəndə atam kimi hərbçi olacağam və Sizin kimi Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda çalışacağam”.
Ağdaşdan Şöhlə Abbasova: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə şəhər və kəndlərimizin gündən-günə abadlaşması, yollarımızın yenidən qurulması, xarici və daxili siyasətiniz, Ordumuzun möhkəmlənməsi üçün gördüyünüz işlər bizi fərəhləndirir, Sizinlə fəxr edirik. Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasındadır. Cənab Prezident, Sizin rəhbərliyinizlə ordumuzun qazandığı qələbə 30 ildir ki, xalqımızın ürəyində məskən salmış Qarabağ yarasını sağaltdı, şəhidlərimizin ruhunu şad etdi. Qarabağın ürəyi olan Şuşanın alınması xəbərini verərkən Sizdə olan vüqarı, şücaəti, əzəməti, eləcə də qəlbinizin dərinliyində olan kövrəkliyi hiss etdik. Əziz balam, Sizi, ailənizi, Ordumuzu və xalqımızı Qələbə və 9 noyabr - Bayraq Günü münasibətilə təbrik edir, bağrıma basaraq öpürəm. Atalar demişkən: “Ot kökü üstündə bitər”. Müstəqilliyimizin banisi olan Ulu Öndərimiz Heydər Əliyevə xalqın sevgisini bildirən “Xalq Heydər, Heydər xalqım deyəcək!” şüarı dillər əzbəri olduğu kimi, indi də Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız məqsədyönlü mübarizəyə görə “Azərbaycan-İlham, Qarabağ Azərbaycandır!” şüarı dillər əzbəridir. Tanrı Sizi, Ordumuzu və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!”.
Füzuli sakini Tapdıq Abdullayev: “Hörmətli Ali Baş Komandan, Siz Şuşanın yenidən bizə qayıtması xəbəri ilə bütün Azərbaycan xalqını sevindirdiniz. Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin sayənizdə yeni bir tarix yazılır. İnşallah, bütün torpaqlarımız işğaldan azad olunandan sonra Sizin başçılığınızla oralar cənnətə dönəcək. Möhtərəm cənab Prezident, bu qələbələr münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Tovuz sakini Dəmir Qurbanlı: “Möhtərəm cənab Prezident, hörmətli Ali Baş Komandan, əbədiyaşar müdrik rəhbərimiz, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyev siyasətinin davamçısı olaraq xalqımızın dəstəyi ilə 2003-cü ildən həyata keçirdiyiniz uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətinizin son 17 ildə gərgin və yenilməz fəaliyyətinizin nəticəsidir ki, bu gün dünyanın və regionun lider dövlətinə çevrilmiş Azərbaycan və onun qəhrəman Ordusu Sizin komandanlığınızla doğma Qarabağımızı, Şuşamızı işğaldan azad etməklə təkcə erməni faşizminin planlarını darmadağın etmədi, eyni zamanda, son 200 ildə ermənilərin tarixi himayədarlarının dəstəyi ilə “böyük Ermənistan yaratmaq” planlarını da darmadağın etdi. Bu Qələbə təkcə Ermənistan üzərində Qələbə deyil. Bu Qələbə ermənilərə himayədarlıq edən, onları silahlandıran, ruhlandıran beynəlxalq güc mərkəzləri, erməni lobbiləri üzərində Qələbədir. Cənab Ali Baş Komandan! Arzum budur ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın milli marşalı, dünyanın generalissimusu hərbi rütbəsi verilsin. İşğaldan azad edilən şəhərlərimizdə, rayonlarımızda və Bakı şəhərində generalissimus rütbəsində Sizin heykəliniz ucaldılsın. Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun qəhrəman Ordumuza! Qarabağ Azərbaycandır!”.
Zaqataladan Murtuz Əliyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizi Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə kollektivimiz adından ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram. Sizin Ali Baş Komandanı olduğunuz Ordumuz xalqımıza heç vaxt unudulmayacaq tarixi anlar və böyük qürur hissi yaşatdı. Artıq biz qalib xalqıq. Yaşasın şanlı Azərbaycan Ordusu!”.

 
  • Oxunub:  3630  |  
  • Tarix:  11-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

22 İyun 15:08
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
22 İyun 14:58
UNEC əməkdaşlarına dövlət mükafatları təqdim olunub
22 İyun 14:57
AzTU-nun təltif olunan əməkdaşlarına mükafatlar təqdim edilib
22 İyun 14:48
Kamal Cəfərov: Artıq ənənəvi media yerini sosial mediaya verib, ictimai gündəmi insanlar müəyyənləşdirirlər
22 İyun 14:43
BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub
22 İyun 14:42
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara xidmət göstərəcək özəl klinikalar açıqlanıb - SİYAHI
22 İyun 14:29
Milli Məclisin deputatı AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib
22 İyun 14:28
Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb
22 İyun 14:26
Vilayət Eyvazov: Azərbaycanın və Pakistanın Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur
22 İyun 14:16
Naxçıvan Muxtar Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
22 İyun 14:15
BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi
22 İyun 13:59
Vətən müharibəsində yaralanmış 33 qazi yüksək texnologiyalı protezlərlə təmin olunub
22 İyun 13:38
Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 İyun 13:29
Kamaləddin Qafarov: Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb
22 İyun 13:20
Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də
22 İyun 13:10
Deputat: Sosial şəbəkələr canlı ictimai müzakirələr baxımından demokratiya və azadlığın təşviqi istiqamətində mükəmməl vasitədir
22 İyun 12:56
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
22 İyun 12:47
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olur
22 İyun 12:42
“Avro-2020”: Çexiya millisi İngiltərə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşacaq
22 İyun 12:37
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 27 il ötür
22 İyun 12:19
Asiya İnkişaf Bankı Azərbaycan sığorta bazarındakı proseslərlə yaxından maraqlanır
22 İyun 12:06
Misir ICESCO-nun Baş Konfransına ev sahibliyi edəcək
22 İyun 11:58
Sədaqət Vəliyeva: COVİD-19 pandemiyasından yeganə xilas yolu vaksinasiyadır
22 İyun 11:46
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb
22 İyun 11:31
Prezidenti İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
22 İyun 11:30
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu
22 İyun 11:15
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir
22 İyun 11:13
XİN: Azərbaycan tərəfi UNESCO missiyasını qəbul etməyə hazırdır
22 İyun 10:47
Azərbaycanda şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu və ya immunitet sənədi tələb olunacaq
22 İyun 10:46
Azərbaycanlı deputat: Mingəçevir su anbarını bombalamağa, yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağıran erməni nümayəndənin çıxışı ikrah hissi doğurur
22 İyun 10:31
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib
22 İyun 10:21
İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə verilir
22 İyun 10:00
Nigar Arpadarai: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
22 İyun 09:57
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb
22 İyun 09:47
Turizm cənnəti – Antalya
22 İyun 09:06
Bütün cəhdlərə baxmayaraq, revanşistlər iflasa uğradılar
22 İyun 09:03
Gündüz Bayramov: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
22 İyun 09:01
Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
22 İyun 09:00
Sabir Hacıyev: Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi
22 İyun 08:59
Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır
22 İyun 08:58
Qabil Hüseynli: Azərbaycan-Türkiyə müttəfiqliyi regionun gələcək inkişafı üçün geniş imkanlar yaradır
22 İyun 08:53
Abutalıb Səmədov: Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır
22 İyun 08:51
Radikal müxalifət xalqa və dövlətə xəyanət yolu tutub
22 İyun 08:49
Ermənistanda seçki baş tutsa da, siyasi qarşıdurma səngimir
22 İyun 08:48
“Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”
22 İyun 08:43
Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir
21 İyun 21:39
Rəcəb Tayyib Ərdoğan: Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram
21 İyun 21:36
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün səmərəli müzakirələr məkanı oldu
21 İyun 21:32
ÜST dünyada COVID-19-la bağlı vəziyyəti qiymətləndirib
21 İyun 21:27
Rafael Hüseynov Avropa Şurasını sağlam inkişaf yoluna çıxmaq üçün ikili standartlardan qurtulmağa çağırıb
21 İyun 21:25
Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır
21 İyun 20:08
Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb
21 İyun 20:06
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb
21 İyun 20:04
Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq
21 İyun 20:01
“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib
21 İyun 19:59
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir
21 İyun 19:57
Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb
21 İyun 19:52
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə dair fotoalbom nəşr edilib
21 İyun 19:50
Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
21 İyun 19:49
MEDİA ilə “Aljazeera” Media İnstitutu arasında ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
21 İyun 19:47
Anar Məmmədov: Ermənilər tərəfindən basdırılmış minalar yüz minlərlə insanın doğma torpaqlarına qaytarılmasına ciddi maneə yaradır
21 İyun 18:14
Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib
21 İyun 17:32
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib
21 İyun 17:31
Sinoptiklərdən xəbərdarlıq: Paytaxda havanın temperaturu 42°-yə yüksələcək
21 İyun 17:21
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib
21 İyun 17:19
Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
21 İyun 17:16
İqtisadiyyat naziri: İcbari tibbi sığorta sisteminin tətbiqi sosial-iqtisadi inkişaf üçün yeni mərhələdir
21 İyun 17:15
Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək
21 İyun 16:57
ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb
21 İyun 16:45
YAP Nəsimi rayon təşkilatının hesabat konfransı keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +25