Əli Əhmədov: Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir
11.11.2020 [10:19]
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində Şuşanın azad edilməsi ilə bağlı fikirlərini paylaşıb.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə Əli Əhmədov qeyd edib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim şəhərimiz Şuşanın işğaldan azad edildiyini xəbər verdi. Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il yarım gözlədi. Nəhayət, 2020-ci il noyabr ayının 8-də, Dövlət Bayrağı Günü ərəfəsində illərlə gözlədiyimiz xəbəri Ali Baş Komandanın dilindən eşitdik. Düşünürəm ki, bu illər ərzində hər azərbaycanlının ən çox eşitmək istədiyi sözlər “Şuşa azad edildi” kəlmələri olub. İndi xalqımız Prezidentin dilindən bu kəlmələri eşidərək tarixi xoşbəxtlik anlarını yaşayır. Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir. Şuşasız Azərbaycan ruhsuz bədəni xatırladırdı. İndi bu bədənə ruhu qaytarıldı.
Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır və əbədi dalğalanacaq!
Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir. Şuşanın azadlığa qovuşması zati-aliləri İlham Əliyevin tarixi qələbəsidir.
Şuşanın işğalda olduğu 28 il ərzində, qədim şəhərimizin itirildiyi may ayının 8-də heç kim şadlıq etməzdi, təntənəli tədbirlər təşkil edilməzdi, toylar keçirilməzdi. Şuşanın işğalının Azərbaycan xalqı üçün nə qədər böyük itki olduğunu bundan daha təsirli şəkildə heç nə ifadə edə bilməz. Buna görə də Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa tam haqqı çatır. Yəqin ki, elə bu cür də olacaq.
Şuşanın azad olmasının sevincini yaşadığımız bu gündə “Çox sağ olun cənab Ali Baş Komandan” demək istəyirəm. Siz bütün Azərbaycan xalqına göz aydınlığı verdiniz. Sizin də gözünüz aydın. Siz şərəfli bir tarix yaratdınız. Bu tarixin ən gözəl səhifəsində qızıl hərflərlə Sizin adınız yazılıb.
Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, qəhrəman xalqdır. Ən böyük qəhrəman isə İlham Əliyevdir.
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Qarabağı azad edən Azərbaycan Qəhrəmanı İlham Əliyev!”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

