Adil Əliyev: Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil
04.11.2020 [09:46]
Əks-hücum əməliyyatlarının başlanmasından qısa müddət - cəmi bir ay keçməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu çox böyük qətiyyətlə irəliləyərək uzun illərdir düşmən tapdağında qalan bir sıra ərazilərimizi işğaldan azad edib və bu istiqamətdə mübarizəsini müvəffəqiyyətlə davam etdirir.
Dövlətimiz tərəfindən uzun illərdir ordu quruculuğuna göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan Ordusu beynəlxalq təşkilatların hesabatlarında dünyanın ən güclü orduları sırasında ilk 50-liyə daxildir. Ordumuz maddi-texniki təchizatı, şəxsi heyətinin komplektləşdirilməsi baxımından malik olduğunu üstünlüklər sayəsində qısa zaman kəsiyində Ermənistan ordusuna qarşı döyüşlərdə ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğunu bir daha göstərdi.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz şanlı Ordumuz tərəfindən bir-birinin ardınca azad edilir, Qarabağa artıq yeni nəfəs gəlir. Hər bir azərbaycanlı bu gün qürurverici tarixə şahidlik edir. Belə möhtəşəm qələbələrin əldə edilməsi dövlətimizin başçısı tərəfindən uzun illər ərzində sistemli şəkildə həyata keçirilən hərbi, siyasi, iqtisadi və geosiyasi sahələrdə uğurlu idarəetmənin nəticəsidir. Biz hər gün Müdafiə Nazirliyinin paylaşdığı videogörüntüləri böyük maraqla izləyirik. Düşmənə məxsus texnikaların və şəxsi heyətin məhv edilməsi və ya qənimət kimi ələ keçirilməsi xalqımızda çox böyük ruh yüksəkliyi yaradır. Eyni zamanda, hamımızı düşünməyə vadar edir ki, məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardan çoxdur. Ermənistan isə müflis ölkədir, heç bir gəlir qaynağı yoxdur, xarici borcu büdcəsindən azı 5 dəfə çoxdur. Belə ki, onun büdcəsi 2 milyard dollardan az, xarici borcu isə 8 milyard dollardan çoxdur. Habelə COVID-19 xəstəliyinin Ermənistan ərazisində çox sürətlə yayılması, iqtisadiyyata qarşısıalınmaz zərbə vurub. Belə olan halda, bu qədər qiymətli silah Ermənistanda haradandır?
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev qeyd edib ki, son hərbi əməliyyatlar zamanı üç dəfə humanitar atəşkəs elan olunub. Ermənistan hər dəfə bu atəşkəsi kobud şəkildə pozub. İlk dəfə humanitar atəşkəsdən sonra Gəncə şəhərinin raket zərbələri ilə vurulması zamanı 10 dinc sakin həlak oldu. Növbəti dəfə yenidən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 12 dinc sakin həlak oldu. Sonuncu dəfə isə Bərdə rayonuna raket hücumu Ermənistanın əsl niyyətini bütün dünyaya göstərdi. Ermənistan tərəfi atəşkəsi hər dəfə pozmaqla bu istiqamətdə vasitəçi olan ölkələrə hörmətsizlik edir. Həmin münasibəti Ermənistan bu vaxta qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməklə də nümayiş etdirib. Eyni zamanda, məlum qətnamələri qəbul edən, münaqişə ilə bağlı, o cümlədən atəşin dayandırılması istiqamətində təşəbbüslər irəli sürən dövlətlər bu məsələyə laqeyd yanaşırlar. Hər addımda beynəlxalq hüququn tələblərini kobud şəkildə pozan, müharibə qanunlarını tanımayan bir ölkəni durdurmaq üçün heç bir səy göstərmirlər. Dəfələrlə deyilib ki, Ermənistan baş nazirinin göstərişi ilə Livandan, Suriyadan ailələr gətirilib və qeyri-qanuni olaraq Qarabağa yerləşdirilir. Lakin buna qarşı da heç bir tədbir görülmür. Əksinə, baş nazir bu cəzasızlıq mühitindən sui-istifadə edərək Şuşada inauqurasiya mərasimi keçirib. Bundan başqa, qondarma “Dağlıq Qarabağın parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi və digər təxribatlar törədir.
Milli Məclis Sədrinin müavini diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra etmədiyinə görə Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etmək hüququ var idi, bu sanksiyaların səmərəliliyini İraq nümunəsində görmüşdük. Lakin nədənsə Ermənistanın bu təcavüzkar davranışının qarşısını almağa heç kəs cəhd etmir. Belə olan halda isə işğalçı dövlətin cəzalandırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək missiyası rəşadətli Ordumuzun üzərinə düşdü.
O da həqiqətdir ki, Ermənistanın təcavüzkar əməlləri təkcə region yox, eyni zamanda, bütün dünya üçün təhdiddir. Regionda baş verən bütün münaqişələrin səbəbkarı Ermənistandır. Ermənistanın hazırkı siyasi rəhbərliyi öz xələfləri kimi cinayətkardır və işğalçılıq siyasəti yürütməkdə davam edir. Mülki əhalini hədəfə alaraq beynəlxalq hüququn tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyasının normalarını kobud şəkildə pozur.
Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması, Gəncə və Bərdə şəhərlərində, eləcə də digər rayon və şəhərlərimizdə mülki vətəndaşlarımıza raket zərbələri endirməsi, nəticədə içərisində uşaqlar və qadınlar olmaqla, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Lakin insan hüquqları sahəsində ixtisaslaşmış təşkilatlar hazırda mülki vətəndaşlarımızın ölümünə heç bir reaksiya vermir. “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirməsini sanki görməzdən gəlir, bu təşkilatların hansısa maraqlara xidmət göstərdiyini artıq heç kəs inkar etmir.
Hazırda Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranıb. Bu, iqtisadi, nəqliyyat, geosiyasi sahələrdə, habelə regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək, təxribatlar törədərək buna mane olmağa çalışır.
“Bu gün Azərbaycan xalqı ilə yanaşı, bütün sülhsevər dünya ictimaiyyəti ədalətin bərqərar olunacağını - Ermənistan təcavüzünə tezliklə son qoyulacağı, Azərbaycanın tarixi torpaqlarının azad ediləcəyi, ərazi bütövlüyümüzün bərpa ediləcəyi günü gözləyir. Azərbaycan həmişə müxtəlif xalqların, millətlərin və dinlərin nümayəndələrinin birgə yaşadığı, multikultural dəyərlərin yüksək qiymətləndirildiyi tolerant ölkə kimi tanınıb. Multikulturalizm siyasəti Azərbaycanda dövlət siyasəti səviyyəsində aparılır. Bu da onu deməyə əsas verir ki, gələcəkdə Qarabağda xalqımızla yanaşı başqa millətlərin nümayəndələrinin də yaşaması üçün heç bir məhdudiyyət olmayacaq. Məlumdur ki, erməni xalqı Azərbaycan torpaqlarına Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra köçürülməyə başlayıb, həmin ərazidə yaşamaları isə son 200 ili əhatə edir. Onlar yenidən xalqımızla mehriban şəraitdə yaşamaq istəsələr, bunun üçün bütün şərait yaradılacaq.
Artıq işğaldan azad edilmiş ərazilərdə xüsusi idarəetmənin formalaşdırılması, vətəndaşlarımızın öz tarixi torpaqlarına geri qayıtması, Dağlıq Qarabağı bərpa edərək onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək dövlətimizin müqəddəs amalıdır”, - deyə Adil Əliyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

