Tariximizin canlı şahidləri danışdı
31.03.2010 [10:44]
Dünən Hökumət Evinin Kino Zalında 1918-ci ilin martında azərbaycanlıların məruz qaldıqları soyqırımına həsr edilmiş “Soyqırım” adlı sənədli filmin təqdimatı keçirilib. Filmin baş məsləhətçisi millət vəkili Qənirə Paşayeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, ermənilərin bu vaxta qədər apardıqları siyasətin-uydurma “soyqırımı” faktının qarşısına yalnız öz həqiqətlərimizlə çıxmalıyıq: “Bu həqiqətlər nədən ibarətdir? Həyatda olan, hələ yaşayan və 1918-ci il soyqırımının şahidləri olan insanların söylədikləri. Biz bu insanları axtarıb tapmalı, onların ifadələrini ekranlara gətirməliyik. Dünya ictimaiyyəti bizim tarixi faktlarımızla, arxivlərdən axtarıb tapdığımız rəqəmlərlə bəlkə maraqlanmaz. Amma taleləri məhv olmuş, ailəsini, yerini-yurdunu itirmiş bu adamlarla maraqlanmaya bilməzlər. Bu insanlar doğmalarını itiriblər, dəhşətlər yaşayıblar və bütün bu əzablara ona görə məruz qalıblar ki, onlar azərbaycanlıdırlar”.
Həmin insanların həyatlarının ekranlaşdırılmasının vacibliyini söyləyən millət vəkili bu işdə ona müraciət edən hər kəsə dəstək verməyə hazır olduğunu da vurğulayıb.
Millət vəkili, tarixçi professor Yaqub Mahmudov da öz çıxışında son bir əsrdə millətimizin başına gətirilən faciələrin şahidi olmuş insanların dünyaya təqdim edilməsi, tanıdılması istiqamətində fəaliyyət göstərilməsinin zərurətə çevrildiyini deyib. Onun fikrincə, biz yalnız bu yolla dünya ictimaiyyətini öz yalanları ilə çaş-baş qoyan erməni fitnəsini alt-üst edə bilərik.
Qeyd edək ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən ekranlaşdırılan əsərdə 1918-ci il martın 31-də Qubada erməni daşnaklarının törətdiyi soyqırımı zamanı valideynlərini, doğmalarını, yaxınlarını itirmiş və həmin dəhşətli hadisələrin canlı şahidi olmuş insanların taleyindən bəhs edilir. Ermənilərin törətdiyi həmin soyqırımı zamanı əziyyətlərin, işgəncələrin şahidi olan, lakin təsadüfən sağ qalan soydaşlarımız doğmalarının məzarlarını belə tapa bilmirlər. Bu insanların uzun illər ərzində çəkdikləri ağrılar filmdə öz əksini tapır. 2007-ci ildə Quba şəhərində aşkara çıxan kütləvi məzarlıq erməni daşnaklarının dinc insanları hansı işgəncələrlə qətlə yetirdiyini, soyqırımına məruz qoyduğunu bütün dünyaya göstərməklə yanaşı, həmin hadisələrdən möcüzə nəticəsində sağ çıxa bilmiş şəxslərin üz tutduğu məkana çevrilib. Erməni daşnakları tərəfindən valideynləri, yaxınları, doğmaları qətlə yetirilən, uzun illər onların qəbirlərini axtaran, hazırda isə əzizlərini yad etmək üçün Quba məzarlığına üz tutan insanların yaşadıqları acılar və onların xatirələri də filmdə öz əksini tapıb. ömürlərinin yaşlı dövrlərini yaşayan bu insanlar filmdə dünya ictimaiyyətindən 1918-ci ilin mart-may aylarında erməni daşnakları tərəfindən onların yaxınlarına, azərbaycanlılara qarşı törədilmiş cinayətlərə, soyqırımına hüquqi qiymətin verilməsini tələb edirlər.
Filmin Azərbaycanın televiziya kanallarında nümayiş etdirilməsi ilə yanaşı, ingilis dili variantının aprel ayında ABŞ-da və Avropanın bəzi ölkələrində təqdimatının keçirilməsi də nəzərdə tutulub. Ssenari müəllifi və rejissoru Etibar Məmmədov, elmi rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı olan ekran əsərinin Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və bir çox dövlət, həmçinin, qeyri-hökumət təşkilatları, diaspor təşkilatları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması da planlaşdırılır.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

