/ / XİN: Azərbaycanda yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir
XİN: Azərbaycanda yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir
17.10.2020 [08:16]
Təxminən otuz on ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Bu müddət ərzində Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulmuş məsuliyyətinə məhəl qoymayaraq, azərbaycanlı uşaqları beynəlxalq sənədlərdə təsbit olunmuş əsas hüquqlardan, habelə Uşaq Hüquqları Konvensiyasında təsbit edildiyi kimi, BMT Nizamnaməsində elan edilmiş ideallar, xüsusilə də barış, ləyaqət, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilmək hüququndan məhrum edib. Ermənistan Mülki şəxslərin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və I Əlavə Protokolla uşaqlar üçün təmin edilməli olan müdafiəni, xüsusilə yaşamaq hüququ, fiziki cəza, işgəncə və kollektiv cəzanın qadağan edilməsi, eləcə də bu sənədlərdə müəyyənləşdirilmiş müharibənin aparılması qaydaları, o cümlədən mülki şəxslər və döyüşçülər arasında fərq qoymağın zəruriliyi və mülki şəxslərə qarşı hücumların qadağan edilməsi kimi qaydaları daim pozub. Bundan əlavə, Ermənistan I Əlavə Protokolda yer alan “uşaqlar xüsusi hörmət obyekti olmalı və hər cür nalayiq hücumlardan qorunmalıdırlar” kimi müəyyənləşdirilmiş xüsusi qoruma prinsipindən irəli gələn öhdəliyinə açıq şəkildə məhəl qoymayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycanda uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumatında qeyd olunub.
Bildirilib ki, Ermənistan əhalini qorxutmaq və qaçmağa məcbur etmək üçün soyqırımı aktından istifadə edib. Təkcə 1992-ci ildə Xocalı qətliamında 63-ü uşaq olmaqla 613 mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb və bir çoxu şikəst edilib. IV Cenevrə Konvensiyasının 49-cu maddəsinə zidd olaraq üçdəbiri uşaq olan 1 milyon azərbaycanlı evlərindən zorla qovulub. Təxminən 15 il ərzində məcburi köçkün uşaqların böyük bir hissəsi Azərbaycan Respublikası hökumətinin böyük səyləri və ayırdığı büdcə vəsaitləri sayəsində sonradan ləğv edilmiş çadır şəhərciklərində və qatar vaqonlarından ibarət kəndlərdə yaşamaq məcburiyyətində qalıb. Azərbaycandakı məcburi köçkün uşaqlar, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri də daxil olmaqla, müvafiq sənədlərin müddəalarına baxmayaraq, təhlükəsiz şəkildə və ləyaqətlə öz torpaqlarına könüllü qayıtmaq hüququndan yararlana bilmirlər.
Dördüncü Cenevrə Konvensiyasının uşaqlara qayğı və təhsillə bağlı bütün qurumların fəaliyyətinin işğalçı dövlət tərəfindən təmin edilməsini nəzərdə tutan 50-ci maddəsinin əksinə olaraq, Ermənistanın Azərbaycana qarşı davamlı silahlı təcavüzü ölkəmizdə uşaqlar üçün infrastruktura ciddi ziyan vurub. Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin “dəstəkçilərindən” biri kimi təqdim edən Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə cavabdehdir. Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlı məktəblilər və tələbələr doğma yurdlarından didərgin salınıblar. On minlərlə azərbaycanlı uşaq təhsil hüquqlarını davamlı köçkünlükdən qaynaqlanan ciddi problemlərlə üzləşərək həyata keçirir. Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan çoxlu sayda uşaq daim Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri hədəfə alan atəş təhlükəsi altında dərslərinə qatılır.
Dördüncü Cenevrə Konvensiyasının girov götürülməsini açıq şəkildə qadağan edən 34-cü maddəsinə və Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə zidd olaraq, 224 uşaq Ermənistan tərəfindən girov götürülmüş və sonradan sərbəst buraxılmış, 29 uşaq hələ də erməni girovluğunda sayılır, 71 uşaq itkin düşüb.
Atəşkəs rejimi dövründə də Ermənistan uşaqları hədəf olaraq istifadə etmək kimi çirkin fəaliyyətlərdən çəkinməyib. Bu müddət ərzində 35-dən çox azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.
Sentyabrın 27-dən Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı yeni təcavüzə əl atıb. Nəticədə 3-ü uşaq olmaqla, 47 azərbaycanlı mülki şəxs öldürülüb, 15-dən çox uşaq yaralanıb, 38 məktəb də daxil olmaqla mülki obyektlər dağıdılıb. Sentyabrın 27-də Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin beş üzvü, o cümlədən iki məktəbli, 13 yaşlı Şəhriyar Qurbanov və 14 yaşlı Fidan Qurbanova Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurub və azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulub.
Oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla, 34 nəfər yaralanıb, 3 uşaq hər iki valideynini itirib.
Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistanın mülki şəxsləri, o cümlədən uşaqları və mülki infrastrukturu hədəfə alması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və bu dövlətin irqçi və ksenofob siyasətinin bariz nümayişidir. Uşaqları öldürmək və yaralamaq, eləcə də məktəb və xəstəxanaları atəşə tutmaqla Ermənistan BMT Təhlükəsizlik Şurasının 1261 saylı (1999) qətnaməsinə əsasən münaqişələr zamanı uşaqlara qarşı ağır cinayətləri törətməkdə davam edir.
Uşaqlar gələcəyi təmsil edir. Bu gün beynəlxalq birlik bütöv bir nəslin on illərdir davam edən əzablarına məhəl qoymayaraq, haqq və qanunun aliliyini təmin etməməklə münaqişələrin davam etməsinə toxum səpir və gələcək nəsli qorumaq və onları təhlükəsiz mühitlə təmin etmək üçün ümumbəşəri mənəvi borcunu yerinə yetirməməklə dünyanın gələcəyini təhlükə altına alır. Bu baxımdan, beynəlxalq ictimaiyyəti, xüsusilə müvafiq beynəlxalq təşkilatları Ermənistanın Azərbaycan Respublikasında uşaqları və təhsil müəssisələrini qəsdən hədəfə almasına qarşı açıq şəkildə reaksiya verməyə və otuz ildir davam edən cəzasızlıq mühitini dayandırmaq üçün təsirli tədbirlər görməyə çağırırıq. Biz, həmçinin Ermənistanın Azərbaycanda uşaqlara qarşı ciddi qanun pozuntuları törətməsinə töhfə verən hərəkətlərdən, yəni bu ölkəyə siyasi, maliyyə və xüsusilə də hərbi dəstək verilməsindən çəkinməyə çağırırıq.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

