Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır

Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır

29.09.2020 [10:06]

Azərbaycan Respublikasına qarşı 30 ildir ki, müharibə aparılır. Beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Biz istəyirik ki, Ermənistan işğalçı mövqeyinə son qoysun. Bu, böyük Vətən müharibəsidir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan edilib. Biz beynəlxalq hüquqdan istifadə edirik, amma Ermənistan silahlı qüvvələrində bunun əksini görürük. Biz belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”.

Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqelərinin qəbuledilməz olduğunu deyən Prezidentin köməkçisi qeyd edib ki, Amerika Dövlətləri Təşkilatının rəhbəri qurumdakı dövlətlərin mövqeyini nəzərə almadan qərəzli bəyanat verib. Frankofoniya Təşkilatının Baş katibinin mövqeyini də qəbul etmirik. Biz üzv dövlətlərə müraciət edirik ki, qurumların rəhbərləri üzv dövlətlərin mövqelərini nəzərə alsınlar”.

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30