/ / Müasir dövrdə türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi vacibdir
Müasir dövrdə türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi vacibdir
17.09.2020 [09:53]
Ekspertlərin fikrincə, Azərbaycan-Türkiyə qardaşlığı digər türkdilli dövlətlər üçün də nümunə olmalıdır
Hazırda beynəlxalq aləmin aparıcı aktorlarına çevrilən iqtisadi, siyasi, mədəni birliklər, təşkilatlar bir-birinə irqi, dini, qohumluq əlaqəsi olan dövlətlərin daha sıx əməkdaşlıq platforması yaratmasında əhəmiyyətli rol oynayır. Bu mənada, 2009-cu ildə Naxçıvan şəhərində yaradılmış Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TDƏŞ) da türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyasında mühüm amilə çevrilib. Bununla belə, müasir dövrün çağırışları, siyasi proseslərin inkişafı və iqtisadi əlaqələrin möhkəmlənməsinin zərurəti bu əməkdaşlığın daha da genişləndiriməsini tələb edir. Yeri gəlmişkən, Türkiyənin məşhur “Türkiyə” qəzetində dərc olunmuş Məryəm Aybikə Sinanın “Türk Dünyası Nazirliyi” sərlövhəli məqaləsi də türkdilli dövlətlər arasındakı əlaqələrin daha da intensivləşdirilməsinə həsr olunub. Türk birliyinin tarixi zərurətdən irəli gəldiyini vurğulayan müəllif qeyd edir ki, müasir dövrdə ölkələr irq, din və qohumluq əlaqələrinə əsaslanaraq bir araya gəlir, birlikdə hərəkət edir, bütün sahələrdə həmrəylik nümayiş etdirərək ortaq maraqlarını genişləndirməyə çalışırlar. Vurğulanır ki, məhz bu səbəbdən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsi önəmlidir. Müəllif onu da vurğulayır ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün Türk Dünyası Nazirliyinin yaradılması zərurəti meydana çıxıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, türkdilli ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün istər regional, istərsə də qlobal miqyasda davamlı addımlar atılmalıdır. Azərbaycanın hazırda TDƏŞ-ə uğurla sədrlik etdiyini vurğulayan millət vəkili deyib ki, ölkəmiz hər zaman türkdilli ölkələrin inteqrasiyasında, əməkdaşlığın inkişaf etdirilməsində təşəbbüskarlığı ilə seçilir: “Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyəti bu mənada xüsusi vurğulanmalıdır. Bütün dünya bu gün Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərini nümunə sayır. Bununla belə, digər türkdilli ölkələrin də bu prosesdə aktiv rol alması üçün səsləndirilən təklifi dəyərləndirmək olar. Belə bir strukturun formalaşması türkdilli dövlətlərin arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişafına mühüm töhfələr verər”.
Milli Məclisin deputatı Məşhur Məmmədov da Azərbaycanın türkdilli ölkələr arasında münasibətlərin güclənməsində maraqlı olduğunu vurğulayıb. Millət vəkili onu da qeyd edib ki, vacib məqamlardan biri də türkdilli dövlətlərin beynəlxalq müstəvidə bir-birlərini hər zaman fəal surətdə dəstəkləməsidir: “Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Fikrimcə, Azərbaycan-Türkiyə qardaşlığı digər türkdilli dövlətlər üçün də nümunə olmalı və əlaqələrin daha da genişləndirilməsi, starteji əhəmiyyətə çatması üçün addımlar atılmalıdır. Bunun üçün olduqca münbit bir şərait mövcuddur. Ümidvaram ki, yaxın gələcəkdə türkdilli dövlətlərin daha yüksək inteqrasiysının şahidi olacağıq və türkdilli dövlətlərin əməkdaşlıq platforması strateji formatda inkişaf edəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

