102 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi böyük tarixi əhəmiyyət daşıyır
15.09.2020 [09:09]
Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur
Əlverişli coğrafi mövqedə yerləşən, eləcə də karbohidrogen ehtiyatları ilə zəngin olan Bakı tarixən istilaçıların, müxtəlif imperialist güc mərkəzlərinin iqtisadi və siyasi maraqlarının kəsişdiyi bir məkan olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunan vaxtda da Bakı yad əllərdə - erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Elə bu səbəbdən də AXC respublikamıza idarəçiliyi Gəncədən həyata keçirmək məcburiyyətində qalmışdı. Çox təhlükəli proseslər izlənilirdi. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi. Digər imperialis güc mərkəzləri də Bakıda özlərinin çirkin niyyətlərini reallaşdırmaqdan ötrü əlverişli məqam gözləyirdilər. Bütün bu kimi amillər doğma şəhərimizin mümkün qədər tez bir zamanda erməni-bolşevik işğalından azad edilməsini həyati zərurətə çevirmişdi.
Gəncədə Xalq Cümhuriyyəti hökuməti və Qafqaz İslam Ordusu üçün gözlənilən təhlükənin qarşısı alındı
Bəhs olunan dövrdə Gəncədə də vəziyyət ağır idi. Erməni-bolşevik qruplaşması Bakı kimi Gəncəni də tamamilə öz nəzarəti altına keçirmək istəyirdi.
Belə çətin dönəmdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Açıq demək lazımdır ki, bu ordu birləşməsi olmasaydı, AXC Gəncədə öz fəaliyyətini təşkil edə bilməyəcəkdi. Qeyd edək ki, Nuru paşanın komandan təyin olunduğu Qafqaz İslam Ordusu beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alaylarının bazasında yaradılmışdı. Türk qoşun hissələrinin Gəncəyə gəlməsi erməni-bolşevik qruplaşmasının böyük hiddətinə səbəb olmuşdu. Onlar iki istiqamətdən - Şamaxı yolu və dəmir yolu xətti ilə Bakıdan Qərbə doğru irəliləyərək Gəncəyə can atırdılar. S.Şaumyanın rəhbərlik etdiyi qüvvələrin məqsədi Gəncədə AXC-nin fəaliyyətinə imkan verməmək, milli hökuməti elə beşikdəcə boğmaq idi. Buna görə də yerli əhali tərəfindən dəstəklənən Qafqaz İslam Ordusu qəti hərəkətə keçərək Şərqə doğru istiqamət götürdü. İyunun 10-da Gəncədə ermənilərin tərksilah edilməsinə başlanıldı. Ermənilərin tamamilə tərksilah edilməsi üç gün ərzində başa çatdırıldı. Bununla da Gəncədə AXC hökuməti və Qafqaz İslam Ordusu üçün gözlənilən təhlükənin qarşısı alındı.
Qafqaz İslam Ordusu bir neçə saatlıq döyüşlərdən sonra Bakıda düşməni təslim olmağa məcbur etdi
AXC-nin fəaliyyəti Şaumyan başda olmaqla Bakı xalq komissarları sovetinin rəhbərliyini ciddi narahat edirdi. Bakı xalq komissarları soveti tərəfindən AXC-nin və Qafqaz İslam Ordusunun fəaliyyətinə son qoymaq üçün xüsusi plan hazırlanmışdı. Elə bu məqsədlə də 1918-ci il iyunun 4-də 20 minlik Bakı soveti qüvvələri hərbi və dəniz işləri üzrə komissar Korqanovun əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qafqaz İslam Ordusu düşmən qüvvələrini Qaraməryəm ətrafında qarşıladı.
Düşmən qüvvələri ilk dəfə məğlubiyyətin acısını Göyçayda iyunun 27-də yaşadılar. Qafqaz İslam Ordusu düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurdu. Göyçayda aparılan uğurlu əməliyyatlardan sonra Qafqaz İslam Ordusu müdafiə taktikasını hücumla əvəzlədi və düşmən tərəf zəbt etdiyi ərazilərdən geriyə sıxışdırıldı. Ağsu, Kürdəmir düşməndən təmizləndi. İyulun 20-də Şamaxı Qafqaz İslam Ordusunun nəzarətinə keçdi.
Bakıya doğru hərəkət edən türk-Azərbaycan əsgərləri iyulun 29-da və 30-da artıq Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatmışdılar. Milli qüvvələrdə böyük ruh yüksəkliyi var idi. Qafqaz İslam Ordusu qarşı tərəfə döyüşsüz təslim olmaqla bağlı müraciət etdi. Bakı sovetinin rəhbərliyinə bildirildi ki, şəhər döyüşsüz təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələrinə şərait yaradılacaq. Erməni-bolşevik qüvvələri belə bir humanist təklifə müsbət cavab vermədilər. Onlar bütün silahlı qüvvələrin döyüşlərə göndərilməsi ilə bağlı qərar qəbul etdilər. Qafqaz İslam Ordusu hissələri Bakı uğrunda döyüşlərdə düşmənin müqavimətini qırdı. S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət - “Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət daşnaksutyun partiyasının əlində idi.
Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı.
Bakı uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. “Sentrokaspi” rəhbərliyi məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Beləliklə, 102 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi böyük tarixi əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycan- Türkiyə qardaşlığının daha bir bariz nümunəsi kimi tarixə düşüb.
Azərbaycan və Türkiyənin dostluğu əbədiyyətə qədər davam edəcək
Bu məqamda qeyd etmək yerinə düşər ki, əsirlərin sınağından çıxan Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi sayıla bilər. Bu münasibətlərin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə cari il avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edərkən ölkələrimiz arasındakı əlaqələri bütün dünya dövlətləri üçün örnək kimi səciyyələndirib. “Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün Azərbaycanla Türkiyə arasında siyasi dialoq ən yüksək səviyyədədir desək, əsl həqiqəti ifadə etmiş olaraq. Xatırladaq ki, Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
Azərbaycan və Türkiyə arasındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ölkələrimiz iqtisadi sahədə əməkdaşlığın miqyasını da getdikcə genişləndirirlər. İki ölkə arasında investisiya qoyuluşunun ilbəil artması qarşılıqlı inamı əks etdirir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub.
Azərbaycanla Türkiyə arasında çoxvektorlu münasibətlərin mühüm bir istiqamətini hərbi-texniki sahədə əməkdaşlıq təşkil edir ki, bu da strateji önəm daşıyır. Məlum olduğu kimi, Türkiyənin hərbi potensialı kifayət qədər böyükdür. İşğalçı Ermənistanın təcəvüzkarlıq siyasətinə məruz qalan və müharibə şəraitində yaşayan Azərbaycan isə qardaş ölkənin güclü hərbi potensialından ardıcıl şəkildə bəhrələnir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

