/ / BMT Baş Assambleyasının prezidenti Azərbaycanın koronavirusa dair xüsusi sessiya keçirilməsi təşəbbüsünü alqışlayır
BMT Baş Assambleyasının prezidenti Azərbaycanın koronavirusa dair xüsusi sessiya keçirilməsi təşəbbüsünü alqışlayır
02.09.2020 [09:07]
BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib.
Avqustun 31-də Ticani Məhəmməd-Bande həmin sessiyanın təşkilinə həsr olunmuş xüsusi görüşdə deyib: “Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir”.
Məhəmməd-Bande vurğulayıb: “Biz Azərbaycana minnətdarıq ki, o, Qoşulmama Hərəkatının sədri olaraq bu mühüm xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə çıxış edib”.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının rəhbəri yuxarıdakı fikri dəqiqləşdirərək sessiyanın təşkilatçılarının həmin tədbirin yekunlarına əsasən qəbul ediləcək sənədin layihəsini artıq təqdim etdiklərini bildirib. O, daha sonra deyib: “İnanırıq ki, xüsusi sessiya dünya liderlərinin pandemiyaya reaksiyası ilə bağlı hərəkətlərin nəticələrinə daha çox diqqət yetirmələrini təmin edəcək”.
Məhəmməd-Bande sonda vurğulayıb: “Bu sessiya koronavirus infeksiyasının yayılmasına, həmçinin onun insanların həyatına təsirinə reaksiya göstərən qlobal platforma kimi Baş Assambleyanın rolunu daha da möhkəmlədəcək”.
BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə dair xüsusi sessiyası rəsmən iyulun 10-da başlanıb, lakin ölkələrin onlayn iş rejimində bu sessiyanın keçirilməsi aspektləri barədə razılığa gəlmələri üçün müəyyən qədər vaxt lazım olub.
Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl əmin olduğunu bildirib ki, xüsusi sessiya “pandemiyaya qarşı mübarizədə dövlətlərin həmrəyliyinin möhkəmlənməsinə töhfə verəcək, bu qlobal təhdidə cavab axtarışı üzrə beynəlxalq əməkdaşlığı gücləndirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50

