Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Xarici İşlər naziri Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

28.08.2020 [09:14]

Avqustun 27-də Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqosun etimadnaməsini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Yunanıstan arasında mövcud əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov səfir Nikolaos Piperiqosu təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Öz növbəsində Nikolaos Piperiqos ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, Yunanıstan Xarici İşlər nazirinin təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 414 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30