/ / Hikmət Babaoğlu: Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza müraciəti məzmun etibarilə sadəcə müraciət deyil, həm də bir çağırışdır
Hikmət Babaoğlu: Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza müraciəti məzmun etibarilə sadəcə müraciət deyil, həm də bir çağırışdır
22.07.2020 [09:28]
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti məzmun etibarilə sadəcə müraciət deyil, həm də bir çağırışdır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Birinci vitse-prezidentimiz bir neçə strateji məsələyə eyni vaxtda toxunmaqla milli maraqlarımızın qorunması baxımından onların hamısının birlikdə vahid tamın komponentləri olduğunu ifadə edib. Bunlardan birincisi Milli Ordumuzun gücü və düşmən təxribatına layiqli cavab verməsi ilə bağlıdır ki, bu məsələ milli maraqlarımızın təmin olunması kontekstində də elə birinci yerdə durur”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, hazırda biz savaşdan danışan zaman hər nə qədər bu savaşın digər komponentləri haqqında müxtəlif fikirlər irəli sürsək də, yəqin bildiyimiz əsas məsələ şübhəsiz ki, Ordunun gücünün həlledici faktor olmasıdır. İkinci əsas məsələ odur ki, Mehriban xanım Əliyeva güclü Ordumuzun xalq tərəfindən dəstəklənməsi, ölkəmizdə, vətəndaşlarımızda yüksək vətənpərvərlik hisslərinin olması və ərazi bütövlüyümüzün bərpa olunması işində xalqımızın Ali Baş Komandanımızı dəstəkləməsi məsələsidir ki, bu, milli gücün və milli resurslarımızın milli maraqlarımız ətrafında səfərbər edilməsi baxımından olduqca vacibdir. Çünki bunların biri olmasa, düşmənə qarşı savaşda arzu edilən məqsədə nail olmaq da çətin olur. Bu prosesdə şəhidlərimizin olması və hamımızın birlikdə şəhidlərimizin qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək əzmi nümayiş etdirə bilməyimiz milli həmrəyliyimizin və mütəşəkkilliyimizin bariz göstəricisidir ki, müharibə vəziyyətində olan ölkəmiz üçün bu da olduqca ciddi ictimai-ideoloji faktordur.
Millət vəkilinin sözlərinə görə, müraciətdə üçüncü məsələ müasir müharibələrin əsas komponentlərindən biri olan informasiya savaşı ilə əlaqədardır ki, müraciətin çağırış hissəsi də elə buradadır. Özlüyündə bu məsələ də olduqca əhəmiyyətlidir.
“Çünki yumşaq güc kimi səciyyələndirilən informasiya gücü milli intellektual faktor kimi milli maraqların qorunmasına cəlb edilmədikdə bu zaman əldə edilən hərbi - siyasi uğurlar belə daxili dağıdıcı faktorlarla tamamilə itirilə bilər. Ona görə də, bu istiqamətdə milli fəaliyyətimizi gücləndirilməli, hər bir ictimai fəal fərd, hər bir sosial şəbəkə iştirakçısı özünü ön cəbhədə vətəni müdafiə edən əsgər kimi hiss etməlidir. Əslində, hazırda milli informasiya platformalarımızda vəziyyət elə arzuladığımız kimidir. Ancaq təəssüf ki, bəzi istisnalar da var. Hörmətli Mehriban xanım Əliyeva da elə bu məsələyə diqqəti çəkərək haqlı olaraq bildirir ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə vermək, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq salmaq bu məsuliyyətli tarixi mərhələdə milli marqlarımız baxımından nə izahedilən, nə də başa düşülən deyil! Düşünürəm ki, bu məsələ hər birimizi narahat etməli, sosial şəbəkələrdə belə təxribatçılara qarş kütləvi sinxron etiraz formaları tətbiq edilməlidir. Nəticə etibarilə, söhbət milli davamıza kölgə salanlardan gedir və onlara qarşı inzibati qaydada mübarziə aparmaq mexanizmləri effektiv olmadığı üçün virtual ictimai qınaq mexanizmindən istifadə etməliyik. Bu, əslində bizim vətəndaş məsuliyyətimiz kimi qəbul edilməlidir. Çünki hədəfimiz torpaqlarımızı işğaldan azad etməkdir. Elə məqsədimiz də Ordumuzun, Ali Baş Komandanımızın arxasında milli həmrəylik nümayiş etdirərək birgə dayanmaqla bu məqsədə çatmağımızı təmin etməkdir” - deyə, deputat vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20

