/ / Amerikanın “Medium” saytında Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə məqalə dərc edilib
Amerikanın “Medium” saytında Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə məqalə dərc edilib
08.07.2020 [09:36]
Amerikanın “Medium” saytında Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin “Ermənistan: mədəni soyqırımı, tanımadan imtina və riyakarlıq” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda Ermənistanın Azərbaycana qarşı təcavüzündən, erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ regionunun işğal edilməsindən və bu bölgədə etnik təmizləmələr aparılmasından bəhs edilir.
N.Ağayev yazır ki, müharibələr həmişə fəlakətlər gətirir, lakin əgər müharibə hərbi cinayətlərlə, o cümlədən dinc sakinlərə hücumlar, yaşayış məntəqələrinin qəsdən dağıdılması və ya “mədəni soyqırımı” törədilməsi ilə müşayiət olunursa, belə müharibə gələcək nəsillər üçün fəlakət xarakteri daşıyır. İŞİD-in Suriya və İraqda törətdiyi əməllər buna əyani sübutdur.
Müəllif qeyd edir ki, Qafqazda da hadisələr belə ssenari üzrə inkişaf edir, bunun əks-sədasını ABŞ-da da hiss etmək olar. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı, nəticədə Azərbaycanın Qarabağ regionu işğala və etnik təmizləməyə məruz qaldı. Qarabağdan və Ermənistandan 1 milyona yaxın Azərbaycan vətəndaşı qovuldu. BMT Təhlükəsizlik Şurası bu işğalı dəfələrlə pisləyib, Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən çıxarılmasını tələb edib, Ermənistan isə bu çağırışlara məhəl qoymadan suveren Azərbaycanın ərazilərinin təqribən 20 faizini hələ də işğal altında saxlayır. 30 ilə yaxındır ki, Azərbaycandan olan məcburi köçkünlər öz doğma evlərinə, yurdlarına qayıtmaq imkanından məhrumdurlar.
Hazırda beynəlxalq ictimaiyyət Ermənistanın hərəkətlərinin haqsız olmasını etiraf etməyə başlayıb, lakin ABŞ-dakı erməni icmaları heç bir təqsiri olmayan yüz minlərlə dinc sakinə qarşı Ermənistanın cinayətlərinə haqq qazandırmağa, erməni qoşunlarının işğal edilmiş rayonlardan çıxarılması barədə beynəlxalq birliyin çağırışlarını və təzyiqini dəf etməyə çalışırlar. Ermənilərin hərbi cinayətlərinin gizlədilməsi üçün bu cür cəhdlər ABŞ Konqresində də, ayrı-ayrı ştatların müxtəlif qanunvericilik orqanlarında da müşahidə olunur. Bəzi qanunvericilər ermənipərəst qanun layihələri və qətnamələr təqdim edirlər. Erməni lobbisi Konqresin bəzi üzvləri üçün əyləncə xarakterli səfərlər təşkil edir, belə konqresmenlər Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər edir, Ermənistanı tərifləyir, ermənilər tərəfindən törədilmiş hərbi işğalı və etnik təmizləmələri tamamilə dəstəklədiklərini bildirirlər. Bu dəhşətli addım ABŞ-ın çoxillik xarici siyasətinə ziddir və Azərbaycandan olan 1 milyon məcburi köçkünün düşdüyü ağır vəziyyətə etinasızlıqdır.
N.Ağayev yazır ki, “mədəni soyqırımı” faktlarını saymaqla qurtarmaz. Azərbaycan mədəniyyətinin məhv olunmasına dəlalət edən əyani faktlar var. Məsələn, Azərbaycanın Şuşa şəhəri demək olar ki, viran edilib, bu şəhərdəki məşhur Mamay məscidi erməni kilsəsinə çevrilib, məscidin binasındakı lövhə silinib və erməni xaçı ilə əvəz edilib. Azərbaycanın qədim Ağdam şəhərində işğaldan əvvəl 50.000 azərbaycanlı yaşayırdı. Erməni qoşunları bu şəhəri yerlə-yeksan ediblər, indi oranı “Qafqazın Xirosiması” və ya “Kabus şəhər” adlandırırlar.
Ermənistanda və işğal edilmiş Qarabağ regionunda Azərbaycanın mədəni irsi olan 4500 tarix, din və mədəniyyət abidəsi talanıb, dağıdılıb və murdarlanıb. Azərbaycanlı diplomat qeyd edir ki, bu “mədəni soyqırımı”nın əsasən 1994-cü ildə atəşkəs haqqında saziş bağlanandan sonra törədilməsi ən dəhşətli faktdır.
1990-cı ildə Yerevanda yaşayan etnik azərbaycanlılara qarşı talanlar zamanı azərbaycanlıların “Dəmirbulaq” məscidi buldozerlə sökülüb. “The New Yorker” qəzetinin müxbiri Robert Kallen və erməni tarixçi Corc Bornoutyan həmin məscidin dağıdılmasının şahidləri olublar. Erməni jurnalistin çəkdiyi bir videoda Ermənistanın Vayots Dzor rayonunda azərbaycanlıların dəfn edildiyi qəbiristanın dağıdılması təsvir olunub. Videodan görünür ki, qəbirlər dağıdılıb və murdarlanıb. Bundan əlavə, Ermənistan on minlərlə ermənini qeyri-qanuni şəkildə Azərbaycanın işğal edilmiş ərazilərinə, əvvəllər azərbaycanlılara məxsus olmuş evlərə köçürüb. Bu fakt Avropa İnsan Haqları Məhkəməsinin qərarında da təsdiq edilib.
Azərbaycanın Baş konsulu məqaləsinin sonunda yazır ki, kütləvi qətllər törədilməsinin, minillik tarixin məhv edilməsinin inkar olunması bu əməllərin törədilməsindən daha betərdir.
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

