Qondarma “erməni soyqırımı” iddialarının tarixi və hüquqi əsasları yoxdur
23.04.2020 [10:45]
Yaxud əsl soyqırımını ermənilər törədiblər
İnkaredilməz həqiqətdir ki, ermənilər ayrı-ayrı dövrlərdə xalqımıza qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar siyasət yürüdüblər. Ermənilərin illərdir ki, əllərində bayraq etməyə çalışdıqları qondarma "soyqırımı" iddiası isə dünyada “məzlum xalq” obrazı yaratmaq məqsədilə dövriyyəyə buraxılıb, heç bir tarixi və hüquqi əsası yoxdur. “Soyqırımı” iddiasının yalan olması, təcavüzkar erməni millətçilərinin mifik arzularının gerçəkləşdirilməsinə xidmət göstərməsi ermənilərin özləri tərəfindən də etiraf edilib.
Reallıq isə budur ki, əsl soyqırımı məhz ermənilər tərəfindən törədilib. Ermənilərin istər XX əsrin əvvəlində, istərsə də sonunda həyata keçirdikləri soyqırımı aktları faktlarla sübuta yetirilib. Qeyd olunmalıdır ki, ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi yer tutur. Tarixdən bəlli olduğu kimi, 1918-ci il martın 30-da və 31-də soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan ermənilər tərəfindən qətlə yetirilib. Bundan başqa, 1918-ci ilin mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən yerlə yeksan edilib, 8 minə yaxın insan qətlə yetirilib. Quba qəzasında isə 122 kənd yandırılıb, 30 minə yaxın insan qətlə yetirilib.
Xocalı soyqırımı isə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsidir. Xatırlatmaq lazımdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə azərbaycanlılara qarşı etnik soyqırımı həyata keçirib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ümumiyyətlə, Xocalı faciəsi həm bəşəriyyət əleyhinə cinayət, həm də soyqırımı faktıdır. Çünki insanlar etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülüb, işgəncələrə məruz qalıblar. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını məhz soyqırımıdır.
Bunlarla yanaşı, təcavüzkar Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Bu məqamda xüsusi olaraq vurğulamaq gərəkdir ki, qondarma “soyqırımı” iddiaları ilə dünya ictimaiyyətini manipulyasiyaya məruz qoymaya çalışan Ermənistanın, erməni lobbisinin və bütövlükdə dünya erməniliyinin “qara piar” kampaniyası ölkəmizin apardığı uğurlu xarici siyasət nəticəsində iflasa uğradılır. Yeri gəlmişkən, bu kontekstdə bir sıra məqamlara xüsusi nəzər yetirmək məqsədəmüvafiq olar. Məlum olduğu kimi, ötən ilin oktyabrında Soçidə təşkil olunan "Valday" Beynəlxalq Diskussiya Klubunda Preziden İlham Əliyevin çıxışı yüksək maraq və diqqətlə qarşılandı, öz növbəsində bir sıra mühüm ismarıclarla yadda qaldı. Həmin tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi",- deyə bildirdi. Bu ilin fevralında isə Almaniyanın Münxen şəhərində keçirilən 56-cı Münxen Təhlükəsizlik Konfransın çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə isə dövlətimizin başçısı diplomatiya dərsi verməklə yanaşı, tarixi həqiqətləri bir daha qətiyyətlə diqqətə çatdırdı. Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarını, onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. Prezident İlham Əliyev qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Dövlətimizin başçısının Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi tarixi faktlar və hüquqi əsaslara söykənən fikirləri qarşısında Ermənistan baş nazirinin tutarlı heç bir arqument səsləndirə bilməməsi isə bütün dünya ictimaiyyəti tərəfindən ifadə olundu. Hətta erməni mediası Paşinyanın konfransdakı uğursuz çıxışını lağ və tənqid obyektinə çevirdi.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Azərbaycan həqiqətləri dolğun surətdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Ən əsası, beynəlxalq müstəvidə dövlətlər, regional və beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünə, haqlı - ədalətli mövqeyinə tam dəstək ifadə olunur. Təkcə bir faktı qeyd edək ki, bu gün Xocalı soyqırımının dünyada tanıdılması, bu şəhərin sakinlərinə qarşı törədilən erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində öz əksini tapıb, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. Beləliklə, erməni yalanları faktlar əsasında ifşa olunur, uzunmüddətli qarayaxma kampaniyası fiaskoya uğrayır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

