Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

01.10.2026 [11:09]

Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, sərgidə zirehli texnikadan pilotsuz sistemlərə, müxtəlif avadanlıqlardan müdafiə sənayesinin yeni texnoloji imkanlarına qədər geniş çeşidli məhsullar təqdim olunur.

“ADEX 2026” ilə paralel keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində təhlükəsizlik və mühafizə sistemləri, xilasetmə vasitələri və fövqəladə halların idarəolunması sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir.

“ADEX 2026” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir.

Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

Sərgilər oktyabrın 2-dək davam edəcək.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31