4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa
01.10.2026 [14:58]
Azərbaycanın müasir tarixi və dövlətçilik salnaməsində işğaldan azad olunmuş torpaqların hər birinin özünəməxsus yeri vardır. Qarabağın cənubunda yerləşən Cəbrayıl rayonu bu baxımdan həm strateji mövqeyi, həm də zəngin təbii sərvətləri, tarixi-mədəni irsi ilə seçilir. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 il müddətində ağır dağıntılara məruz qalmış, rayonun şəhər və kəndləri, tarixi abidələri, sosial infrastruktur obyektləri məqsədli şəkildə məhv edilmişdir. Lakin 2020-ci il Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəssində Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad olunaraq, tarixi ədalət bərpa edilmişdir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il 4 oktyabr “Cəbrayıl şəhəri günü” kimi qeyd olunur.
1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal edilərkən burada bir şəhər, 4 qəsəbə və 92 kənd mövcud idi. İşğal nəticəsində rayona 13,9 milyard ABŞ dolları həcmində iqtisadi ziyan dəymiş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmişdi. 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət evi, muzeylər və kitabxanalar tamamilə dağıdılmış, 52 min nəfərlik əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. I Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər şəhid, 191 nəfər əlil olmuş, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ermənistanın mədəni vandalizmi nəticəsində “Divlər sarayı” mağarası, Qız qalası, Xudafərin körpüləri, Sultan Məcid hamamı, dairəvi türbələr və digər qədim abidələr ya məhv edilmiş, ya da ağır ziyan görmüşdür. Cəbrayılın tarixi-mədəni irsinə qarşı törədilən bu barbarlıq beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı cinayət kimi qiymətləndirilməlidir.
2020-ci ilin sentyabr-oktyabr aylarında Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıqla apardığı əməliyyatlar nəticəsində 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi azad edilmişdir. Bu qələbə cəbhənin digər istiqamətlərində uğurlu hərbi əməliyyatlara zəmin yaratmış, nəticədə Zəngilan, Qubadlı və Laçın rayonlarının bir hissəsi də işğaldan azad olunmuşdur. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə həm rəmzi, həm də siyasi baxımdan əvəzolunmaz hadisə olmuşdur.
Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmiş, 22 mindən çox hərbçi bu orden və medalla təltif olunmuşdur. Bu addım həm döyüşçülərin qəhrəmanlığının qiymətləndirilməsi, həm də tarixi Qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cəbrayılın işğaldan azad olunması ilə yeni inkişaf mərhələsi başlamışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ərazidə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, sənaye parklarının, logistika mərkəzlərinin, istehsal müəssisələrinin inşası rayonun iqtisadi potensialını genişləndirir. Elektrik təchizatının bərpası, müasir avtomobil yollarının çəkilməsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd dəhlizinin tikintisi Cəbrayılı regionun strateji mərkəzlərindən birinə çevirir. 2023-cü ildə təsdiqlənmiş “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən, şəhərdə 15 mindən çox əhalinin məskunlaşacağı nəzərdə tutulur. Yeni yaşayış binaları, məktəblər, bağçalar, tibb müəssisələri, sosial və mədəni obyektlər müasir standartlara uyğun şəkildə inşa olunur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərində də bərpa işlərinə başlanmış, ilk köç karvanları 2024-cü ildə Cəbrayıla qayıtmışdır.
İşğaldan sonra ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə Cəbrayıla səfərləri bölgənin bərpasına verilən xüsusi önəmin göstəricisidir. Burada yeni sənaye müəssisələrinin, məktəblərin, xəstəxanaların, sosial obyektlərin təməlqoyma mərasimləri keçirilmiş, ilk yaşayış kompleksləri və inzibati binalar istifadəyə verilmişdir. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Cəbrayılda beynəlxalq əməkdaşlıq layihələri həyata keçirilmiş, bu isə Azərbaycan-Türkiyə qardaşlığının real təzahürünə çevrilmişdir.
4 oktyabr – Cəbrayıl şəhəri günü yalnız bir qələbə tarixini deyil, həm də xalqımızın dönməz iradəsini, milli birliyini və yenidənqurma əzmini ifadə edir. Bu gün Cəbrayıl işğaldan azad edilmiş torpaqlarımız arasında həm strateji əhəmiyyəti, həm də müasir inkişaf imkanları ilə seçilir. Əhalinin doğma yurduna qayıdışı, infrastruktur layihələrinin icrası və iqtisadi yüksəlişin təmin edilməsi Cəbrayılın gələcəyini parlaq şəkildə formalaşdırır. Tarixi Qələbənin davamı olaraq, Cəbrayıl şəhərinin bərpası və inkişafı Azərbaycanın gücünü, iradəsini və dövlətçilik ənənələrinin möhkəmliyini əks etdirir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

