/ / Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi
10.04.2020 [17:02]
Ayrı-ayrı-dövlətlər, nüfuzlu beynəlxalq qurumlar bir daha ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə tam dəstək verdilər
Beynəlxalq hüquq normaları və prinsiplərini kobud surətdə pozan işğalçı Ermənistanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində növbəti “seçki” şousu da iflasa uğradı. Belə ki, beynəlxalq ictimaiyyət tərəfindən qondarma “seçkilər”in qeyri-qanuni elan olunması və rədd edilməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək göstərilməsini bir daha nümayiş etdirdi. Daha dəqiq desək, qondarma "seçkilər"i pisləyən dövlətlərin və beynəlxalq təşkilatların mövqeyinin açıq bəyanat formasında ifadə edilməsi ölkəmizin haqlı mövqeyinin müdafiə edilməsinin daha bir nümunəsi oldu.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyevin sözlərinə görə, növbəti dəfə separatçı qurumu, qondarma rejimi legitimləşdirmək cəhdlərinə beynəlxalq səviyyədə layiqli cavab verildi: “Beynəlxalq ictimaiyyət tərəfindən qondarma “seçkilər”in qeyri-qanuni elan olunması və rədd edilməsi ilə Ermənistanın işğalçı və təcavüzkar mövqeyinin qəbuledilməz olduğu bir daha ifadə edildi. Bildiyimiz kimi, işğalçı dövlət ilhaq siyasətini legitimləşdirmək üçün əvvəlki illərdə də bu cür qeyri-qanuni cəhdlərə baş vurub və beynəlxalq ictimaiyyətin qınağına tuş gəlib. Üstəlik, bu dəfə Ermənistanın işğal olunmuş Azərbaycan ərazisində “seçki” şousuna rəsmi şəkildə dünyanın 30-a yaxın dövləti, eyni zamanda, 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı, 10-dan çox beynəlxalq təşkilat tərəfindən mənfi münasibət bildirilib”.
Rauf Əliyev bildirib ki, sözügedən bəyanatlara imza atan dövlətlərin və təşkilatların siyahısına diqqət yetirəndə məlum olur ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından NATO-ya qədər bütün dünya ictimaiyyətinin rəyi yekdildir: “Dünyanın 120 dövlətini birləşdirən, BMT-dən sonra ikinci ən böyük siyasi təsisat hesab olunan Qoşulmama Hərəkatının yaydığı kommünikeni xüsusi olaraq qeyd etmək lazımdır. Ona görə ki, qurumun bəyanatında ərazilərin güc tətbiq etmək yolu ilə zəbt olunmasının yolverilməz olduğu və Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağı qeyd edilib”.
Milli Məclisin deputatı Şahin İsmayılov isə qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin davam etdiyi bir vaxtda işğalçı tərəfin qeyri-konstruktiv addımları yolverilməz və iflasa məhkumdur: “Buna görə də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilib. Belə ki, bəyanatlarda yer alan mühüm məqamlardan biri də Ermənistanın işğalçılıq siyasətinin nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinin yerinə yetirilməsi əsasında həllinə dəstəyin ifadə olunmasıdır”.
Şahin İsmayılovun sözlərinə görə, həmin bəyanatlarla bir çox dövlət və beynəlxalq qurum tərəfindən qondarma “seçkilər”ə kəskin reaksiya verilməsi dünya ictimaiyyətinin bir daha Ermənistanın işğalçılıq siyasətinə qarşı olduğunu göstərdi: “Beləliklə, “seçkilər”ə münasibətlə bir daha rəsmi Yerevana “qırmızı kart” göstərən dünya ictimaiyyəti Ermənistana işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərdi. Bununla da “Qarabağ Azərbaycandır” faktına dünya ictimaiyyətinin obyektiv münasibətinin şahidi olduq. Ona görə də Ermənistan qeyri-konstruktiv mövqedən əl çəkib səmimi ciddi şəkildə sülh danışıqlarında iştirak etməli, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Dünya ictimaiyyəti də təsdiq etdi ki, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün və suverenliyinin tam bərpa olunması ilə həll oluna bilər”.
Deputat bir məqamı xüsusi olaraq qeyd edib ki, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı, əksər ölkələrdə nəinki seçki, hər hansı toplantının keçirilmədiyi bir dövrdə Ermənistanın işğal olunmuş ərazilərdə “seçki” təşkil etməsi də dünya ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb: “Müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş bəyanatlarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda işğalçı Ermənistanın “seçki” şousu həm də məsuliyyətsiz addım kimi dəyərləndirilib”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

