/ / Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05.04.2020 [15:17]
Dünya təcrübəsi də göstərir ki, infeksiyanın sürətlə yayılması, pik həddə doğru hərəkət etməsi hər bir ölkə və region üçün xarakterikdir, həmçinin bir çox obyektiv, subyektiv amillərlə bağlıdır
Məlum olduğu kimi, bu gün bəşəriyyət yeni növ koronavirus - COVİD-19 pandemiyası ilə üz-üzə qalıb. Bu infeksiya dünya miqyasında sürətlə yayılır, mövcud reallıqlar dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Belə bir mürəkkəb şəraitdə ÜST-nin tövsiyələrində məhdudlaşdırıcı tədbirlərin zəruriliyi diqqətə çatdırılır, sərt tədbirlərin görülməsi vacib hesab edilir. Reallıq isə budur ki, yeni növ koronavirus infeksiyası ilə bağlı dünyada mürəkkəb vəziyyət hökm sürür, hər gün on minlərlə insan bu virusa yoluxur, minlərlə insan həyatının itirir.
Dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda fərqli mənzərə müşahidə olunur. Bir çox dövlətlərdə yoluxma və ölüm halları sürətlə artır. Ona görə də dünya miqyasında xüsusi məhdudiyyətlər və qadağalar tətbiq olunur, sosial izolyasiya tədbirləri gücləndirilir. Xəstəliyin müalicəsinin olmadığına, hətta dünyanın inkişaf etmiş ölkələrinin belə virusun qarşısını ala bilmədiklərinə görə hazırda strateji əhəmiyyətə malik məsələ səmərəli qabaqlayıcı tədbirlərin görülməsidir.
Koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirilən tədbirlərin əhatə dairəsi genişləndirilib
Azərbaycanda Prezident İlham Əliyevin müvafiq göstərişləri və tapşırığı əsasında bütün mümkün önləyici və mübarizə xarakterli tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti sözügedən təhdidlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunması, bu kontekstdə xüsusi qaydaların elan olunması, həmçinin onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə bəhs olunan infeksiyaya yoluxma sayının məhz son günlər artmasının bir sıra səbəbləri var
Qeyd edək ki, görülən tədbirlərə rəğmən, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları artır. Aprelin 4-ə olan məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb.
Ölkəmizdə infeksiyaya yoluxmanın sayının məhz son günlər artmasını ekspertlər bir sıra səbəblərlə izah edirlər. Belə ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Amma sonrakı dövrdə isə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı.
Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkəyə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Bundan əlavə, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar da aldı ki, bu da müayinələrin aparılmasını daha da sürətləndirdi.
Bu da məlumdur ki, koronavirusun inkubasiya dövrü bir neçə həftə davam edir və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Belə bir şəraitdə isə xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir.
Təəssüf doğuran digər bir hal odur ki, ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdısa, hazırda ölkə daxilində də insanların bir birini yoluxdurması halları qeydə alınır.
Regionda və dünyadakı vəziyyət nəyi ifadə edir?
Qeyd edək ki, mövcud vəziyyət həm region, həm də dünya ölkələri üçün xarakterikdir. Belə ki, ÜST-ün aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydı alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. ABŞ-da isə vəziyyət daha da acınacaqlıdır. Birləşmiş Ştatlarda xəstəliyin yayılma və ölüm halları gec başlasa da, hazırda bu ölkə, demək olar ki, koronavirus pandemiyasının girovuna çevrilib.
Bütövlükdə, dünyanın təcrübəsi göstərir ki, virusun sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Bu hal hər bir ölkə və region üçün spesifikdir.
Sonda bir daha vurğulayaq ki, Azərbaycan dövləti əhalinin sağlamlığını daim diqqətdə saxlayır və ölkə ərazisində koronovirusun geniş yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir. Məhz belə bir şəraitdə bütün vətəndaşlar hökumətin müəyyən etdiyi qaydalara ciddi şəkildə əməl etməlidirlər. Bu, sözügedən təhdidlə mübarizə üçün mühüm strateji əhəmiyyətə malikdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

