Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misirli jurnalist: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

Misirli jurnalist: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

10.02.2020 [11:27]

Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən misirli jurnalist Məhəmməd Salama AZƏRTAC-a müsahibəsində seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Məhəmməd Salama bildirib ki, məntəqələrdə seçicilər rahat gəlib səs verə biliblər. Onlar məntəqələrdə yoxlanılıb ki, əvvəl səs verib-vermədikləri məlum olsun. Bundan başqa, məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar onu göstərir ki, seçkilər tam şəffaf keçirilir: “Seçkilərdə bundan əvvəlki və hazırkı müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycan xalqı tam demokratik yolla öz namizədlərini seçmək hüququna malikdir”.
Misirli jurnalist deyib: “Seçki məntəqələrində apardığım müşahidələrdə diqqətimi daha çox iki məqam cəlb etdi. Birincisi, gənclərin daha çox seçki məntəqələrinə gəlib səs vermələri. İkincisi də seçki məntəqələrinin sədrləri və üzvləri arasında qadınların üstünlük təşkil etməsi və onların fəallığı”.
Məhəmməd Salama məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədiyini, seçicilərə hər cür şərait yaradıldığını vurğulayıb.

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30