"Fərdi məlumatlar haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq
28.01.2010 [11:13]
Dünən Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda “Fərdi məlumatlar haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov layihə haqqında məlumat verib.
Qeyd edək ki, qanun layihəsi fərdi məlumatların toplanması, işlənməsi, mühafizəsi ilə bağlı münasibətləri tənzimləyir. Layihəyə əsasən, ölkədə milli informasiya məkanının fərdi məlumatlar seqmenti formalaşdırılacaq. Sənəd fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri də tənzimləyəcək. Fərdi məlumatların toplanması ilə müvafiq dövlət orqanları, hüquqi şəxslər və fiziki şəxslər məşğul ola biləcək. Hər bir vətəndaşın fərdi identifikasiya nömrəsi olacaq. Bu, hər bir vətəndaşa müəyyən edilmiş qaydada verilən və onun barəsində müvafiq məlumatları müəyyən etməyə imkan verən vahid və təkrarolunmaz kod olacaq. Vətəndaşların fərdi məlumatları açıq və konfidensial olaraq iki hissəyə bölünəcək. Fərdi məlumatlar toplandığı andan mühafizə olunacaq. Konfidensial məlumatlar mülkiyyətçi, operator və bu məlumatlara müraciət hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Şəxsin adı, soyadı, atasının adı daimi açıq fərdi məlumatlardır. Açıq fərdi məlumatlar kateqoriyasına adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə daxil edilmiş məlumatlar da aiddir.
Milli Məclis Aparatının əməkdaşı Salman Sadıqov bildirdi ki, birinci oxunuş müzakirələri zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflər ekspertlər tərəfindən öyrənilib. Həmin təkliflərə əsasən, qanun layihəsində dil, üslub və texniki xarakterli dəyişikliklər edilib. Layihədə fərdi məlumatların mühafizəsi proseduru dəqiqləşdirilir. Eyni zamanda, fərdi məlumatların verilməsi ilə bağlı prosedur da konkretləşdirilib.
Müzakirələrdə çıxış edən millət vəkili İlyas İsmayılov qanun layihəsində insan hüquq və azadlıqlarının qorunması baxımından çatışmazlıqların olmadığını bildirdi. Onun sözlərinə görə, qanunun müddəaları bu xarakterli azadlıqları tam təmin edir. Amma layihədə dəqiqləşdiriləsi məqamlar var. Millət vəkili dedi ki, vətəndaşlar haqqında fərdi məlumatları toplayan və saxlayan operator həmin məlumatların mülkiyyətçisi ola bilməz. Operator həmin məlumatların idarəedicisi kimi xarakterizə olunmalıdır. Müzakirəyə təqdim olunan layihədə isə operator mülkiyyətçi kimi göstərilir.
Millət vəkili Rəfael Cəbrayılov layihənin milli qanunvericiliyin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, vətəndaşlar haqqında toplanan fərdi məlumatlar mütləq ciddi şəkildə qorunmalıdır. Millət vəkili dedi ki, layihədə vətəndaşlar haqqında qanunla müəyyənləşdirilən məlumatların toplandığı qeyd olunur. Amma qanunla hansı məlumatların toplanmalı olduğu əks olunmur. O qeyd etdi ki, qanun layihəsində vətəndaşlar haqqında fərdi məlumatların toplanılması zamanı könüllülük və məcburilik prinsiplərinin uzlaşdırılması nəzərdə tutulur. Amma bu prinsiplər bir-birlərinə zidd olduğundan onların uzlaşdırılması çox çətin olacaq. “Təklif edirəm ki, vətəndaşlar haqqında fərdi məlumatların məcburi qaydada toplanması məhkəmə qərarı ilə həyata keçirilsin” -deyə millət vəkili vurğuladı. O, fiziki şəxslərə də vətəndaşlar haqqında fərdi məlumatların toplanması hüququnun verilməsinin əleyhinə çıxdı. Onun fikrincə, bu məlumatlarla bağlı məsuliyyəti müvafiq dövlət orqanları və müstəsna hallarda spesfik hüquqi şəxslər bölüşə bilərlər. Millət vəkili dedi ki, əgər bu hüquq fiziki şəxslərə verilirsə, bunun üçün mütləq lisenziya nəzərdə tutulmalıdır.
Millət vəkili Fazil Mustafa da həmkarının fikirləri ilə şərik olduğunu dedi. Onun fikrincə, vətəndaşlar haqqında fərdi məlumatların fiziki şəxslər tərəfindən də toplanmasına icazə verilməsi gələcəkdə problemlər yaradacaq.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə bildirdi ki, burada fərdi məlumatları toplayan fiziki şəxs dedikdə vəkillər nəzərdə tutulur: “Ola bilər ki, vətəndaş hər hansı bir məhkəmə prosesində özü ilə bağlı fərdi məlumatlardan istifadə hüququnu vəkilinə versin. Biz onu bu hüquqdan məhrum edə bilmərik”.
Müzakirələri yekunlaşdıran qanunu hazırlayan işçi qrupunun üzvü S.Sadıqov millət vəkilləri tərəfindən səsləndirilən təkliflərin bir daha araşdırılacağını bildirdi.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

