Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25.01.2020 [11:28]
Yanvarın 24-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib.
Baş Nazir Əli Əsədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırılıb ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar.
İcbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını deyən Baş Nazir qeyd edib ki, dövlətimizin başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük verir. Bu məsələdə də maarifləndirmə mühüm amildir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov “Azərbaycan sığorta bazarı: strateji baxış” adlı təqdimatla çıxış edib. Sığortanın 3 əsas sosial-iqtisadi rolunun olduğunu deyən E.Rüstəmov bildirib ki, buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunması daxildir. Azərbaycanda müxtəlif fəaliyyət növlərinə dair sığorta haqqında qanunların, normativ-hüquqi aktların qəbul olunduğunu deyən Mərkəzi Bankın sədri bu sektorda qarşıda duran vəzifələri vurğulayıb və təkliflərlə çıxış edib.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov qurum tərəfindən sığorta bazarında görülən işlər barədə məlumat verib. Qeyd edib ki, əhalinin maarifləndirilməsi üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb. İcraçı direktor maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirib və bu istiqamətdə də tədbirlərin görüləcəyini deyib. Avtomobil və əmlak sığortalarından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin gündəmdə olduğunu vurğulayıb.
Aqrar sığortanın ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan Kənd Təsərrüfatı naziri İnam Kərimov isə qeyd edib ki, ötən il Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar aqrar sığortanı da əhatə edib. Ölkədə aqrar sahənin davamlılığının təmin edilməsi üçün yeni aqrar sığorta mexanizminin tətbiqi zərurəti yaranmış və uğurlu kənd təsərrüfatı sığorta mexanizmləri olan ölkələrin təcrübəsi araşdırılmışdır. Ən uğurlu modelin tətbiqi üçün qanunvericilik layihəsi hazırlanıb, ötən il “Aqrar sığorta haqqında” Qanun qəbul edilib, Aqrar Sığorta Fondu təsis olunub. Yeni sistemə əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək. Nazir ilk aqrar sığorta məhsulunun 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar sığortanın tətbiqi” adlı təqdimatı nümayiş olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, əmlakın sığortası dövlət əmlakına da şamil edilməlidir və burada böyük ehtiyatlar var. O, həmçinin qeyd edib ki, vətəndaşın və sığorta şirkətlərinin qarşılıqlı inamını artırmaq, bu işdə vətəndaşları daha çox maraqlandırmaq üçün yollar axtarılmalıdır.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, son 10 ildə dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov isə vurğulayıb ki, qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac var.
Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib ki, qanunvericilik sahəsində zəruri olan bütün proseslərdə yaxından iştirak etməyə hazırdırlar.
“ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev, FHN-in müavini Rafael Mirzəyev və digərləri çıxış edərək, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Baş Nazir Əli Əsədov müşavirəyə yekun vuraraq, Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirib. Qeyd edib ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların da icrası daim diqqətdə saxlanılmalı və bu istiqamətdə işlər sürətləndirilməlidir.
Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verən Baş Nazir Əli Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan sonra yenidən müzakirə ediləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

