2019-cu ildə ölkəmizdə 80 min hektara yaxın ərazidə mühüm meliorativ tədbirlər həyata keçirilib
17.01.2020 [09:11]
Prezident İlham Əliyev: Meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm
Respublikamızda son 16 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında uğurla həyata keçirilən müasir infrastruktur quruculuğu siyasəti digər istiqamətlər kimi, meliorasiya və su təsərrüfatını da əhatə edib. Bəhs olunan dövrdə regionlarda əkilib-becərilən torpaqların su təminatının yaxşılaşdırılması, dövriyyəyə yeni torpaqların cəlb edilməsi, şoranlaşmanın qarşısının alınması, su itkilərinin minimuma endirilməsi istiqamətində görülən işlərin əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, 2004-cü ildən etibarən ölkəmizdə 4 yeni su anbarı tikilərək istismara verilib, 10 min kilometrə qədər yeni suvarma, kollektor-drenaj şəbəkələri tikilib və yaxud bərpa edilib, ümumilikdə 462 min hektar sahədə torpaqların su təminatı və 292 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 194 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlarda istifadəyə verilən yeni hidrotexniki qurğuların əksəriyyətinin açılışında şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Dövlət başçımız İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimindəki çıxışında bu sahədə son illərdə ölkəmizdə görülən işlərdən məmnunluğunu bildirib. “Meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan su layihələrinin icrası 2019-cu ildə də intensiv şəkildə davam etdirilib
Respublikamızda su təhlükəsizliyinin möhkəmləndirilməsinə əsaslı vəsait qoyuluşunun ilbəil artırılması və maddi-texniki bazanın davamlı şəkildə möhkəmləndirilməsi təqdirəlayiq haldır. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan su layihələrinin icrası 2019-cu ildə də intensiv şəkildə davam etdirilib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin bildirdiyinə görə, 2019-cu ilin kəskin quraq və isti keçməsinə baxmayaraq, bütün imkanlar səfərbər edilərək irriqasiya və meliorasiya sistemlərinin normal istismarı təmin edilib, mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, suvarmada növbəliliyin tətbiq olunması və görülmüş digər tədbirlər nəticəsində regionların suvarma suyu ilə təminatı daha da yaxşılaşıb, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 400 min hektar sahədə orta hesabla üç dəfə suvarılıb. O cümlədən ötən ildə 100 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün suvarma və kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğu, nasos aqreqatları, subartezian quyuları təmir edilib və yeniləri tikilib. Nəticədə pambıq əkib-becərən fermerlər suvarma suyu sarıdan korluq çəkməyiblər.
ASC rəsmisi bildirib ki, Mingəçevir su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar dövlət başçısının tapşırığına əsasən, 2018-ci ildən etibarən Yuxarı Şirvan kanalının baş qurğusunun sugətirici kanalının dərinləşdirilməsi işlərinə başlanılıb və görülmüş işlərin nəticəsi olaraq anbarda suyun səviyyəsinin azalmasına baxmayaraq, 2019-cu ildə kanala tələb olunan miqdarda suyun götürülməsi təmin edilib. Əgər bu işlər vaxtında yerinə yetirilməsəydi, Şirvan bölgəsi rayonlarının 130 min hektar torpaq sahəsinin su təminatında və əhalinin kommunal-məişət su təchizatında ciddi çətinliklər olardı. Suyun gətirilməsi üçün hazırda 50 ədəd maşın və torpaqqazan texnika cəlb olunmaqla işlər davam etdirilir. Görülmüş tədbirlər nəticəsində 2019-cu ildə pambıq sahələri ümumilikdə 3,1 dəfə suvarma suyu ilə təmin edilib.
Verilən məlumatda bildirilir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən, eyni zamanda, Sabirabad, İmişli, Biləsuvar və Saatlı rayonlarında yaradılmış iri təsərrüfatlara məxsus yeni suvarılan torpaqların suvarma suyu ilə təmin olunması və meliorativ tədbirlərin aparılması işləri davam etdirilib, Salyan rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün işçi layihə hazırlanıb.
Bundan başqa, Şəmkirçay su anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 2-ci növbəsinin son hissəsinin tikintisi işlərinin başa çatdırılması ilə Goranboy rayonunun daha 12 min hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Keçən əsrin 80-ci illərində tikintisi yarımçıq qalmış Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının Kür çayı üzərində yerləşən nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması işləri davam etdirilib. Suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün 2018-ci ildə Araz çayının beton üzlük çəkilmiş Yeni qol kanalından suvarma sahələrinə suyun paylanması məqsədilə 115 kilometr paylayıcı kanalların tikintisi 2019-cu ildə başa çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrində meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanmasına başlanılıb.
Bütövlükdə, 2019-cu ildə respublikada 80 min hektara yaxın sahədə mühüm meliorativ tədbirlər həyata keçirilib ki, onun 28 min hektarı yeni suvarılacaq, 30 min hektarı su təminatı və 22 min hektarı meliorativ vəziyyəti yaxşılaşdırılan torpaqlardır və bunun da 49 min hektarı pambıqçılıq rayonlarının payına düşür. Prezident İlham Əliyev 2019-cu il 19 dekabr tarixində pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədəki nitqində ötən il həyata keçirilən meliorativ tədbirlərin yaxşı nəticələr verdiyinə xüsusi diqqət çəkib. “100 min hektarda suvarma tədbirləri görülmüşdür. Hamımız yaxşı bilirik ki, bu il çox quraqlıq il olmuşdur və tarixdə bu dərəcədə quraqlıq heç birimizin yadında deyil. Ancaq buna baxmayaraq, pambıq tarlalarında su təminatı təşkil edilmişdir. Əlbəttə ki, əgər dövlət investisiyalar qoymasaydı, kanallar çəkməsəydi, meliorasiya və su idarəsinə vəsait ayırmasaydı, indi pambıq ya əkilməzdi, ya da əkilib tarlalarda qalacaqdı və yanacaqdı”, - deyə dövlətimizin başçısı bildirib.
2020-ci ildə ölkə üzrə 400 subartezian quyusunun qazılması nəzərdə tutulub
Artıq ölkəmizdə hər il dövlət vəsaiti hesabına subartezian quyularının qazılması ənənə halını alıb. Bu hidrotexniki qurğular respublikanın regionlarında həm əhalinin, həm də əkin sahələrinin su təminatının yaxşılaşmasında mühüm rol oynayır. Son 16 ildə ölkə üzrə 2200-dən artıq subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin 12 fevral 2019-cu il tarixində imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 21,0 (iyirmi bir) milyon manatı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Bəhs olunan Sərəncamın icrası yüksək səviyyədə təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib ki, ötən il respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 345 ədəd subartezian quyusu qazılıb ki, bu da 8362 hektar torpaq sahəsinin su ilə təmin edilməsinə imkan yaradıb. Ötən il qazılan quyuların 160 ədədi pambıqçılıq rayonlarının payına düşür.
Ölkə ərazisində subartezian quyularının qazılması 2020-ci ildə də davam etdiriləcək. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçımız cari ildə respublikamızda qazılacaq subartezian quyularının sayının 400-ə çatdırılacağını deyib. Bu xüsusda fikirlərini bildirən Prezident İlham Əliyev “Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik”, - deyə vurğulayıb.
Yeri gəlmişkən, dövlət başçısı 7 yanvar 2020-ci il tarixində “Ağcabədi rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Ağcabədi rayonunun əhalisi 83682 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 2,1 milyon (iki milyon bir yüz min) manatı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsindən verilən məlumatda bildirilir ki, rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən 2261 kilometr kanal, 2489 ədəd hidrotexniki qurğu, 51 ədəd elektrik nasos stansiyası, 6 ədəd SNP markalı nasoslarla suvarma suyu ilə təmin olunur. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. O cümlədən Hindarx nasos stansiyasının boruları, Salmanbəyli-9, Rəncbərlər, Şəfəq-1, Kəbirli-2, Kürqırağı, Muğanlı, Sarıcalı, Savxoz-1, Hüsülü nasos stansiyalarının nasos, mühərrik, siyirtmə və sair hissələri təmir olunub və ya yenisi ilə əvəz edilib. Rəncbərlər nasos stansiyasının ikinci təzyiqli boru xəttinin 2 min metr hissəsi yenisi ilə əvəzlənib. 2020-ci ildə Hüsülü-4 və Muğanlı nasos stansiyalarının boru xətlərinin dəyişdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 36 min 291 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkiləri orta hesabla 4-4,5 dəfə suvarılıb. Sahələrin 13 min hektarı nasoslarla, 23 min 291 hektarı öz axımı ilə, 26 min 709 hektarı isə artezianlar vasitəsilə suvarma suyu ilə təmin edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28

