2019-cu ildə Azərbaycan xarici siyasət sahəsində də böyük uğurlar əldə edib
26.12.2019 [09:58]
Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri daha da möhkəmlənib, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Bu gün Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsi kimi, yola salmağa hazırlaşdığımız 2019-cu il də ölkəmiz üçün xarici siyasət sahəsində uğurlu olub. Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edib, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənib, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verən Prezident İlham Əliyev bu məqamlara toxunaraq “O ki qaldı xarici siyasətlə bağlı olan məsələlərə, hesab edirəm ki, bu sahədə də böyük uğurlar əldə edilib. Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib”, - deyə vurğulayıb.
Bunlarla yanaşı, 2019-cu ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparıb, Prezident İlham Əliyev mühüm beynəlxalq tribunalardan istifadə edərək həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı bəhs olunan müsahibə zamanı deyib: “Ona görə bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayıbdır”.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, 2019-cu il ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olub, bütün sahələrdə ciddi nailiyyətlər qazanılıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin qüdrətinin daha da artmasını təmin edib. Cari ildə xarici siyasət sahəsində də çox mühüm uğurlar əldə olunub. Bu il həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ikitərəfli formatda Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib ki, bu, çox mühüm göstəricidir. Bu fakt həm Azərbaycanın xarici siyasət kursunun səmərəliliyini, həm də ölkəmizin yüksək beynəlxalq nüfuzunu göstərir”.
Millət vəkili deyib ki, Azərbaycanın 2019-cu ildə də mühüm beynəlxalq tədbirlərə, mötəbər görüşlərə ev sahibliyi etməsi müstəsna əhəmiyyətə malikdir: “Bilirsiniz ki, sabitlik adası olan ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Eyni zamanda, Azərbaycan praqmatik, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan xarici siyasət həyata keçirir, dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz cari ildə də çevik, düşünülmüş xarici siyasətini uğurla davam etdirib. Ona görə də Azərbaycana rəğbət daim artır, prestijli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar qərarlar qəbul olunur”.
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyini davam etdirdiyini deyən S.Qafarova “Ermənistan münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe sərgiləyir, danışıqlar prosesini pozmağa çalışır. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir və Ermənistanın işğalçı mahiyyətini aşkar surətdə əks etdirir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur, ola da bilməz”, - deyə əlavə edib.
Milli Məclisin deputatı Rauf Əliyev isə bildirib ki, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, bütün sahələrdə həyata keçirilən islahat xarakterli tədbirlər səmərəli nəticələr verir: “Azərbaycanın möhtəşəm uğurlar qazanmasını şərtləndirən strateji amil Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan, məqsədyönlü və prinsipial siyasətin həyata keçirilməsidir. Yüksək inkişaf tempi cari ildə də davam edib, ölkəmizdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi müvəffəqiyyətlə həyata keçirilib. Bununla yanaşı, vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində kompleks xarakterli tədbirlər davam etdirilib, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub”.
Millət vəkili Azərbaycanın Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrildiyini, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındığını bildirib. Onun sözlərinə görə, 2019-cu ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasətin real nəticəsi olaraq Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib: “Bu il ölkəmizdə çox əhəmiyyətli beynəlxalq tədbirlər keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü, Qoşulmama Hərəkatının Zirvə Görüşü və digər mühüm tədbirlər bu kontekstdə xüsusi qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın beynəlxalq inteqrasiya prosesində milli maraqlara müvafiq olaraq uğurla iştirak etdiyini, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf dinamikasına malik olduğunu göstərir”.
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial mövqe sərgiləyir, bizim mövqeyimiz qəti - konkret və birmənalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, işğal faktına son qoyulmalıdır. Ermənistanın isə təxribat xarakterli addımlar atmaqla danışıqlar prosesini pozmağa çalışması yolverilməzdir. Bu ölkənin işğalçı siyasəti regional təhlükəsizliyə ciddi təhdidlər yaradır. Bütün hallarda Azərbaycan işğalçı Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək”, - deyə millət vəkili diqqətə çatdırıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31

