/ / Ölkəmizdə kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurların əsasında düzgün siyasət və dövlət dəstəyi dayanır
Ölkəmizdə kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurların əsasında düzgün siyasət və dövlət dəstəyi dayanır
21.12.2019 [09:50]
Prezident İlham Əliyev: Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik
Yeni iqtisadi şəraitdə Azərbaycan dövləti ölkədə qeyri-neft iqtisadiyyatının mühüm qolu olan kənd təsərrüfatının yeni yanaşmalar, innovasiyaların tətbiqi yolu ilə inkişafına güclü siyasi iradə göstərir. 2019-cu ildə ölkənin aqrar sektorunda 7 faizdən çox artım müşahidə edilib. Son illərdə respublikamızda pambıqçılıq, üzümçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq kimi geniş potensiala və yaxşı ənənələrə malik sahələr intensiv şəkildə inkişaf edir.
Ölkəmizdə kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurların əsasında düzgün siyasət və dövlət dəstəyi dayanır. Yeri gəlmişkən, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədəki nitqində dövlət başçısı bu amilə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. “Sağlam iqtisadi mühit, investisiya mühiti, dövlət dəstəyi, şirkətlərin dövlət qurumları ilə sıx təmasda olması, yerli icra orqanlarının, mərkəzi icra orqanlarının vahid yanaşması, bax, bu uğurumuzu şərtləndirir”, - deyə dövlət başçısı qeyd edib.
Ulu Öndər Heydər Əliyevin keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə kənd təsərrüfatının bütün sahələri uğurla inkişaf edib
İki müxtəlif ictimai-siyasi formasiyada - həm keçmiş sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev respublikamızın iqtisadi dayaqlarının möhkəmlənməsinə və bu əsasda insanların rifah halının yüksəlməsinə böyük töhfələr verib. Məlumdur ki, Ulu Öndər keçmiş İttifaqdakı böyük nüfuzundan istifadə edərək bir sıra irimiqyaslı sənaye layihələrinin məhz Azərbaycanda reallaşdırılmasına nail olub. Eyni sözləri uzaqgörən siyasətçi olan Heydər Əliyevin respublikamızda aqrar sektorun inkişafı üçün gördüyü işlər barədə də demək mümkündür. Ulu Öndər keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə kənd təsərrüfatının bütün sahələri uğurla inkişaf edib.
Statistik göstəricilər Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə kənd təsərrüfatında necə bir yüksəliş dalğası yaratmağa nail olduğunu əyani şəkildə təsdiqləyir. Məhz Onun böyük səyləri sayəsində respublikamızda aqrar sektora yeni - elmi və innovativ yanaşmanın əsası qoyuldu, texnika ilə təchizat gücləndirildi, bölgələrdə bir sıra böyük emal müəssisələri yaradıldı. Dəyişikliklərin, aqrar sektora yeni yanaşmanın uğurlu nəticələrini isə çox gözləmək lazım gəlmədi. Qısa müddətdə Azərbaycan bir sıra pozisiyalar üzrə məhsul istehsalında keçmiş müttəfiq respublikaları arasında yüksək pilləyə yüksəldi. Götürək elə üzümçülüyü. Heydər Əliyevin keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə bu sahədə istehsal 2 milyon tona çatmışdı. Azərbaycan İttifaq məkanında ən çox üzüm istehsal edən respublika idi. Sonrakı yerləri bölüşən respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdilər. Ulu Öndərin böyük səyləri sayəsində üzüm istehsalının rekord səviyyəyə yüksəlməsi həm respublikamıza, həm də bu qiymətli məhsulu əkib-becərən insanlara böyük fayda, gəlir gətirirdi.
Ulu Öndər keçmiş sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə həmçinin pambıqçılığı yüksək sürətlə inkişaf etdirməyə nail oldu. Məlumat üçün bildirək ki, 1969-cu ildə Heydər Əliyev respublikanın rəhbərliyinə gələndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdi və cəmi 300 min tona yaxın məhsul tədarük edilmişdi, məhsuldarlıq isə orta hesabla 15 sentner səviyyəsində idi. Ulu Öndərin diqqət və qayğısı sayəsində həyata keçirilən tədbirlər nəticəsində qısa müddətdə bu sahədə də dönüş yarandı. Beləliklə, ötən əsrin 80-ci illərinin əvvəllərində respublikamızda pambıq sahələrində məhsuldarlıq 30 sentnerə, hətta ondan da üstün səviyyəyə çatdı. Respublikada hər il sabit qaydada təqribən 800 min ton pambıq tədarük olunurdu. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona yüksəldi. Prezident İlham Əliyev Ulu Öndərin səyləri sayəsində Azərbaycanda aqrar sektorun inkişafının ən yüksək səviyyəyə çatdığını xatırladaraq vurğulayıb: “Məhz Onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Əgər statistikaya nəzər salsaq, görərik ki, Onun dövründə baramaçılıq, üzümçülük, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik pik həddə çatmışdır. Beləliklə, kəndlərdə yaşayan insanlar öz maddi durumunu yaxşılaşdırmış, evlər tikmiş, maşınlar, məişət texnikası almışlar. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır”.
Təəssüf doğuran haldır ki, Ulu Öndərin aqrar sektorda əsasını qoyduğu inkişaf meyilləri sonrakı mərhələdə qorunub saxlanılmadı. Bəhs olunan müşavirədə Azərbaycanın dövlət başçısı vurğulayıb ki, Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük, demək olar ki, tamamilə sıradan çıxarıldı. “Deyə bilərəm ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermiş hadisə idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkəmizdə 2019-cu ildə pambıq yığımı üzrə rekord göstərici əldə olunub
Ümummilli Lider Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra aqrar sektorda başlayan geriləmə müstəqilliyimizin ilk illərində - 1992-ci ildə hakimiyyəti qeyri-qanuni yolla ələ alan AXC-“Müsavat” iqtidarının hakimiyyəti dövründə daha da dərinləşdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü.
Ulu Öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizdə aqrar sektorda ciddi islahatlara başlanıldı, torpaqlar özəlləşdirildi. Əlbəttə, o dövrdə aqrar sektorun inkişafı baxımından ölkədə böyük çətinliklər yaşanırdı - texnika, yanacaq, gübrələr çatışmırdı, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi. Yalnız sonrakı mərhələdə getdikcə möhkəmlənən, iqtisadi və maliyyə imkanlarını genişləndirən Azərbaycan dövlətinin dəstəyi sayəsində aqrar sektorda ənənələrin bərpasına, inkişaf meyillərinin yaranmasına nail olundu.
Son 16 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində aqrar sektorda davamlı inkişafa rəvac verən genişmiqyaslı islahatlar aparılıb, fermerlərə dəstək tədbirləri gücləndirilib. Eyni zamanda, respublikamızda kənd təsərrüfatının bir sıra ənənəvi sahələrinin inkişafının prioritetliyi təmin edilir ki, bunların içərisində pambıqçılıq xüsusi yer tutur. Məlum olduğu kimi, pambıqçılıq aqrar sektorun çox gəlirli və əmək tutumu yüksək olan bir sahəsidir. Təəssüf doğuran haldır ki, müstəqilliyimizin ilk çağlarında digər istiqamətlər kimi, pambıqçılıq da əslində tamam diqqətdən kənərda qalmışdı. Prezident İlham Əliyev pambıqçılıq sahəsində yaranmış acınacaqlı mənzərəni göz önündə canlandıraraq “Azərbaycanda pambıqçılıq məhvə doğru gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş vüsət alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımi səviyyədə sərmayə qoymadılar, pambıqtəmizləmə zavodlarını səmərəli işlədə bilmədilər və deyə bilərəm ki, bu məsələyə bütövlükdə çox biganə yanaşdılar. Beləliklə, pambıqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gəlirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itirirdik. Bir rəqəmi deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambığın tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü”, - deyə vurğulayıb.
Artıq respublikamızda pambıqçılığın tənəzzül dövrünün arxada qaldığını söyləmək mümkündür. Respublikamızda 2016-cı ildən başlayaraq Prezident İlham Əliyevin tapşırıqları əsasında bu gəlirli sahənin inkişafını təmin etmək üçün çox ciddi tədbirlər görülüb və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. Ümumiyyətlə respublikamızda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyinin əhatə dairəsi kifayət qədər genişdir. Ölkəmizdə pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər verilir. Pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işləri aparılıb. Eyni zamanda, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodu inşa edilib. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanıb. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırılıb. Fermerlərə pestisidlər güzəştlə verilir. Hər hektara görə güzəştlər 10 manatdan 50 manata qaldırılıb. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manatadək artırılıb. Bütün bu addımlar dövlətin pambıqçılığın inkişafına göstərdiyi diqqətin təzahürüdür. Bəhs olunan Dövlət Proqramı əsasında ölkəmizdə pambıqçılıq dörd il ərzində dirçəlib və bu sahədə ən yüksək nəticələr qazanılıb. 2019-cu ildə ölkəmizdə pambıq yığımı üzrə rekord göstərici əldə olunub, sahələrdən 294 min ton pambıq tədarük olunub və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Əldə olunan uğurlardan məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik”.
Onu da vurğulamaq yerinə düşər ki, pambığın satışı ilə bağlı heç bir problem yoxdur. Bu qiymətli məhsul birjalarda satılır və onun müştərisi, necə deyərlər, həmişə başının üstündədir. Təkcə 2019-cu ilin 9 ayı ərzində respublikamızdan 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24

