Xuliqanlıq əməlinə görə həbs olunmuş şəxslərin müdafiəsi müəyyən maraqlara xidmət edir
07.01.2010 [01:18]
Məsələyə münasibət bildirən Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc bir qədər tarixə nəzər salıb. O, xatırladıb ki, vaxtilə sovet hakimiyyəti qurulanda bolşeviklərlə yanaşı, menşeviklər, eserlər, ağ qvardiyaçılar vardı və onlar təzyiqlər, təqiblər nəticəsində ölkəni tərk etdilər. Sonradan onlar xarici qüvvələr tərəfindən sovetlərə qarşı istifadə olundular. “Bu məsələnin müəyyən qədər həmin hadisələrə oxşarlığı var. çünki ölkəmizin daxilində müəyyən qruplar var ki, xarici qüvvələrin maraqlarına xidmət edir. Biz bu məsələyə yanaşdıqda, heç də əsas kimi beynəlxalq aləmin göstərdiyi həssaslığı rəhbər tutmamalıyıq. Burada dayanan məqsədlər tamam ayrıdır. Belə halları Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatların çevrəsində olan müxtəlif qüvvələr yaradırlar. Həmin şəxslər müxtəlif fondlar formasında bizim ölkəyə qarşı mübarizəyə yönəldiliblər. Hətta həmin əlaqələrdən istifadə etmələrini də gizlətmirlər. Faktlar sübut edir ki, bütün bunlar təşkilatlandırılan, şəbəkələndirilən bir fəaliyyət olaraq meydana çıxır” - deyə Z.Oruc vurğulayıb. Onun sözlərinə görə, əgər iki şəxsin məhkəmə işində yanlışlıqlar olubsa, qüsurlara yol verilibsə bu məsələni daxili qaydada araşdırmaq olardı. Amma bunu bütövlükdə ölkənin hüquq-müdafiə sisteminin hüquqi vəziyyəti kimi qələmə vermək, insan hüquqlarının diaqnozu elementi kimi ümumiləşdirmək və bununla da beynəlxalq aləmdə Azərbaycan üzərinə damğa vurmaq və aşağılamaq cəhdləri sübut edir ki, bu planlaşdırılan bir siyasi fəaliyyətdir. Millət vəkili qeyd edib ki, belə faktlar mütləq olaraq hüquqi deyil və insan hüquqları ilə bağlı məsələ kimi təmin oluna bilməz: “çünki Azərbaycan xalqının unikal bir meyarı var. Həmin beynəlxalq təşkilatlar Qarabağ məsələsinə, 1 milyon qaçqının vəziyyətinə öncə münasibətini göstərməlidir. Sonra digər problemləri vurğulasalar bəlkə obyektiv görünə bilərlər. Ona görə də, hesab edirəm ki, iki şəxsin həbsinin siyasiləşdirilməsi zamanında müxtəlif ölkələrə yönəlmiş dəsti-xəttin davamıdır. Bu günlərdə belə fikirlər səslənir ki, bəzi QHT-lər “qara siyahılar” yaradacaqlar. Mənim fikrimcə, beynəlxalq təşkilatlarda o qüvvələr ki, Dağlıq Qarabağla birbaşa əlaqələr yaratmaq istəyirlər, onların “qara siyahısını” tutmaq lazımdır. Amma daxili mübarizə üçün tutulan “qara siyahılar” beynəlxalq təşkilatlara göndəriləndə ən müxtəlif xarakterli tədbirlərdə ermənilər tərəfindən ölkəmizə qarşı istifadə olunur. Həmin xarici qüvvələrin niyyəti heç də Azərbaycanın hüquqi məkana qovuşması, demokratiya məsələsi deyil. Onlar görür ki, düşmən tərəf bundan necə yararlanır. Belə ki, ermənilər bu faktlardan istifadə edərək Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pis olduğunu və buna görə də, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya bilməyəcəklərini iddia edirlər. Bu baxımdan hesab edirəm ki, iki gəncin həbsinin siyasiləşdirilməsi ümumazərbaycan davasına mane olan mövqedir və hər bir halda antimilli hərəkatdır”.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov da hesab edir ki, bütün məsələlər hüquq çərçivəsində həll edilməlidir. Onun sözlərinə görə, əgər iki gənc məhkəmənin hökmündən narazıdırsa lazımi hüquqi normalardan istifadə edə bilərlər: “Onlar blogger olduğuna görə yox, xuliqanlıq etdikləri üçün həbs ediliblər. Məhkəmə bu əsasda qərar verib və məsələyə də bu prizmadan yanaşmaq lazımdır. ölkəmiz bir çox beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Amma təəssüf ki, onlar tərəfindən hələ də ikili yanaşma mövcuddur”.
F.Muradov qeyd edib ki, beynəlxalq təşkilatlar bu məsələdə obyektiv olmalıdır. “Əgər onlar ədalətlidirsə, nə üçün beynəlxalq aləmdə öz torpağından didərgin düşmüş insanlara, o cümlədən, 200 min qaçqın gəncin vəziyyətinə münasibət bildirmirlər” - deyə sual edən millət vəkili hesab edir ki, bu cür hallarla Azərbaycan dövlətinə təzyiq etmək mümkün deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

