Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ən intensiv dönəm kimi yadda qaldı
07.01.2010 [01:19]
2009-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə atılan addımların və aparılan danışıqların xeyli intensivləşməsi ilə yadda qaldı. Təsadüfi deyil ki, Dağlıq Qarabağ münaqişəsi ötən il beynəlxalq gündəmin əsas və ən aktual müzakirə predmetlərindən birinə çevrildi. BMT başda olmaqla dünya miqyasında ən yüksək nüfuza və təsiretmə imkanına malik olan beynəlxalq təşkilatların toplantılarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyinin vurğulanması deyilənləri sübut edən başlıca faktlardandır. Digər tərəfdən, ötən il beynəlxalq münasibətlər sisteminin tamhüquqlu və müstəqil dövlətlərinin əksəriyyəti bir daha tərəddüd etmədən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və dəstəklədiklərini bəyan etdilər...
Təbii ki, bütün bu müsbət tendensiya və proseslərin əsasında duran başlıca amil Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasi-strateji kursdur. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi çoxtərəfli və balanslı xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi Azərbaycanı beynəlxalq arenada nüfuzlu və etibarlı strateji tərəfdaşlardan birinə çevirib. Diplomatik cəbhədə uğurlu və dönməz addımların atılması məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə də önəmli irəliləyişlərin əldə edilməsinə səbəb olub. Və bu gün Azərbaycan işğal edilmiş torpaqlarının azad olunması istiqamətində olduqca prinsipial və praqmatik mövqe sərgiləyir. Beynəlxalq təşkilatlar da daxil olmaqla dünya ictimaiyyəti Azərbaycanın bu cür mövqeyini kifayət qədər yüksək səviyyədə qiymətləndirir, ölkəmizi regional və qlobal miqyasda sabitliyin təmin olunmasında mühüm rol oynayan başlıca aktorlardan biri hesab edir. Bu da təsadüfi deyil.
çünki Azərbaycanın xarici siyasət kursunda əsas tutduğu prinsip və normalar beynəlxalq təhlükəsizliyin təmin olunması işinə mühüm töhfələr verir. Belə ki, bu gün ölkəmizin sülh, sabitlik və inkişafa əsaslanan siyasi strategiyası Cənubi Qafqazı dünyanın ən önəmli və tərəqqi edən bölgələrindən birinə çevirib. Və bu prosesdə Azərbaycan lokomotiv önəmi kəsb edən strateji bir aktordur.
Eləcə də, dünyanın ən nüfuzlu analitik mərkəzləri və ekspertləri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinin qaçılmaz və zəruri bir proses olduğunu qeyd edirlər. çünki belə düşünülür ki, Azərbaycan kimi strateji əhəmiyyət kəsb edən bir tərəfdaşın beynəlxalq arenada daha genişmiqyaslı əməkdaşlıqlara cəlb edilməsi və perspektiv inkişaf vəd edən qlobal xarakterli layihələrin reallaşdırılması üçün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması fundamental bir prinsipdir. Yekun qənaət isə ondan ibarətdir ki, Azərbaycan diplomatiyasının uzaqgörən addımlarının fonunda olduqca məhsuldar keçən 2009-cu il münaqişənin həlli yönündə nikbin proqnozlar verməyə imkan və cəsarət verir.
Politoloq Elşad Mirbəşir də məsələyə bu cür münasibət bildirib: “2009-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində kifayət qədər məhsuldar bir mərhələ hesab oluna bilər. Düzdür, problemin beynəlxalq hüquq normalarına əsasən həlli yönündə istənilən və qanunauyğun nəticəni əldə edə bilmədik. Amma bununla belə, bu istiqamətdə edilən səylər olduqca intensivləşdi və Azərbaycan öz mövqeyini daha da möhkəmləndirdi”.
Politoloq qeyd edib ki, münaqişənin həlli baxımından ATƏT-in Minsk qrupunun fəallığının artmasını da xüsusilə vurğulamaq lazımdır: “Təbii ki, bu proses problemin aradan qaldırılması yönündə çox mühüm əhəmiyyət kəsb edir. Bu proses ona dəlalət edir ki, beynəlxalq miqyasda mühüm tənzimləmə mexanizminə malik olan aktorlar - ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əsaslı addımlar atmağa çalışırlar”.
E.Mirbəşirin fikrincə, bütün bu proseslərin təkanverici faktoru Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursudur: “2009-cu il ərzində prezidentlər arasında keçirilmiş 6 görüş, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində baş tutmuş toplantılarda Dağlıq Qarabağ münaqişəsinin müzakirə mərkəzində dayanması bu sahədə əldə edilən uğurların ən mühüm göstəricilərindəndir. Digər tərəfdən, ötən ilin ortalarında baş tutmuş “Böyük səkkizlər”in yığıncağında və dekabrda reallaşmış Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşündə də münaqişənin həllinin vacibliyi amilinin vurğulanmasını da nəzərdən qaçırmamaq lazımdır”.
Politoloq onu da vurğulayıb ki, son illərdə atılan yüksək səviyyəli addımlar nəticəsində ölkəmizin hərbi gücü daha da artıb: “Azərbaycan hərbi iqtisadi inkişafın fonunda olduqca güclənib və bu proses davam etməkdədir. Bu isə deməyə əsas verir ki, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü təmin etməyə hazır və qadirdir”.
Bütün bu proseslərlə yanaşı olaraq, Ermənistanın tutduğu işğalçı mövqeyin tədricən fiaskoya uğradığını bildirən politoloq qeyd edib ki, Azərbaycandan fərqli olaraq, təcavüzkar Ermənistan özünün işğalçı əməlləri nəticəsində ən əhəmiyyətli və mənfəətli layihələrdən təcrid olunub: “Bu cür işğalçı mövqeyini davam etdirəcəyi təqdirdə Ermənistanın reallaşdırılması nəzərdə tutulan layihələrdə iştirak etməsi ehtimalı sıfıra bərabərdir”.
Sonda isə E.Mirbəşir 2009-cu ildə yaşanan bütün bu proses və problemləri əsas götürərək belə bir proqnoz verib: “Sadalanlardan belə bir nəticəyə gəlmək olar ki, 2010-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə mühüm nəticələrin qeydə alınacağı və Azərbaycanın bu baxımdan fundamental uğurlar əldə edəcəyi bir il olacaq”.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

