Azərbaycan xarici işlər naziri Türkiyədə səfərdədir
26.12.2009 [09:51]
Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, ikitərəfli və heyətlərarası danışıqlarda qardaş ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin perspektivləri müzakirə olunub. Yeni ilin ilk aylarında Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının iclasının Bakıda keçirilməsi qərara alınıb. Bundan başqa, yaxın vaxtlarda dövlət naziri Zəfər çağlayanın başçılıq etdiyi nümayəndə heyəti də iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
Türkiyəli nazir bildirib ki, müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və ATƏT-in Misk qrupunun bu istiqamətdə fəaliyyətinin detalları ətrafında geniş fikir mübadiləsi aparılıb. Türkiyə bu məsələdə son zamanlar atılmış addımları tam dəstəkləyir və Azərbaycan torpaqlarının işğaldan azad olunmasının Ermənistan-Azərbaycan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında mühüm rol oynayacağına inanır. İndi bölgədə sülhə daha yaxınıq və bu fürsət əldən buraxılmamalıdır. Ermənistanla imzalanmış protokolların ratifikasiyasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkün olduğuna dair mövqe Ankaranın rəsmi mövqeyidir.
Əhməd Davudoğlu danışıqlar zamanı beynəlxalq məsələlərin, habelə enerji sahəsində əməkdaşlığın da müzakirə olunduğunu əlavə etmişdir. Avrasiya məkanında Türkiyə və Azərbaycan strateji baxımından vahid mövqedən çıxış edəcəklər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. İkitərəfli iqtisadi komissiyanın Bakıda keçiriləcək iclasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunacaq. Nümayəndə heyətimizdə ARDNŞ-in vitse-prezidenti də təmsil olunub. Bizim təbii qaz məsələsində danışıqlarımız davam edir. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrində olduğu kimi, gələcəkdə də karbohidrogen ehtiyatlarının nəqli məsələsində uğurlu əməkdaşlığımıza inanırıq. Əlbəttə, danışıqlar zamanı əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Rəsmi Bakı inanır ki, stabilliyə və regionun iqtisadi inkişafına ən böyük maneə Azərbaycanın işğal olunmuş torpaqları və məcburi köçkünlərdir. Əgər torpaqların 20 faizi işğal altındadırsa, heç bir sülhdən və təhlükəsizlikdən söhbət gedə bilməz. Biz regionda güclü ölkə kimi Türkiyənin dünya ictimaiyyətini bu barədə məlumatlandırmasını istəyirik. öz növbəmizdə isə, biz bu məsələləri tezliklə həll edəcəyimizə inanırıq.
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə beynəlxalq məsələləri, dünyada və Avropada gedən prosesləri də müzakirə etdiklərini söyləyib. O, vurğulayıb ki, Türkiyə və Azərbaycanın bu məsələlərdə mövqeyi üst-üstə düşür. Nazir onu da əlavə etmişdir ki, iki ölkə arasında viza rejiminin ləğv olunmasına dair saziş bəzi hüquqi məsələlərin həll olunmaması səbəbindən imzalanmayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

