/ / Dünyanın 120 dövlətinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi və işğalçını öz adı ilə çağırması Ermənistanda isterikaya səbəb olub
Dünyanın 120 dövlətinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi və işğalçını öz adı ilə çağırması Ermənistanda isterikaya səbəb olub
31.10.2019 [09:45]
Yaxud Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünün Yekun Sənədi ilə bağlı Ermənistan XİN-in bəyanatı işğalçı ölkənin xarici siyasətinin acizliyinin növbəti göstəricisidir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının apardığı ardıcıl və məqsədyönlü xarici siyasəti ölkəmizin ədalətli mövqeyinin beynəlxalq müstəvidə qəbul olunmasına şərait yaradıb. Bu günlərdə isə məhz həmin siyasətin nəticəsində əldə edilən diplomatik uğurlara daha biri əlavə olunub. Belə ki, oktyabrın 25-26-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə qəbul olunan Yekun Sənədə ilk dəfə olaraq daxil edilən yeni bənddə bu quruma üzv olan dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıb və təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək.
Bunun digər əhəmiyyəti isə onunla bağlıdır ki, son vaxtlar xarici siyasətdə uğursuzluqlar seriyasını davam etdirən Ermənistanın manevr imkanları getdikcə tükənir. Nəticədə də işğalçı ölkə isterika vəziyyətinə düşür. Bu isterikanı Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Sənədi ilə bağlı Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatın mətnindən də hiss etmək mümkündür. Belə ki, uzun illərdir törətdiyi cinayətlərə görə dünya birliyi tərəfindən adekvat reaksiya ilə qarşılaşmayan və cəzasızlıq mühitinə öyrəşmiş işğalçı Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün sözügedən beynəlxalq qurumun üzvlərini ittiham etməkdən belə çəkinməyib.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Ermənistan XİN-in bəyanatının gülünc və absurd olduğunu dilə gətirib: “Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Yekun Sənədi ilə bağlı Ermənistan XİN-in 28 oktyabr 2019-cu il tarixli bəyanatı son dövrlər dalbadal uğursuzluğa düçar olan erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir. Son uğursuzluqlardan sonra təcrid vəziyyətinə düşən Ermənistanın Qoşulmama Hərəkatına üzv dövlətləri məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham etməsi, qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi Ermənistanın təlaş içərisində olmasının təzahürüdür”.
Milli Məclisin deputatı bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistandır: “Dünyanın 120 dövlətinin işğalçını öz adı ilə çağırması, yəni Yekun Sənəddə əks olunmuş müddəalar təcavüzkar və işğalçı Ermənistanın beynəlxalq təcridinin artmasını bir daha nümayiş etdirib. Bakıda keçirilən Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə Qoşulmama Hərəkatına üzv dövlətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizin mövqeyinin haqlı və ədalətli olduğunu sübut edir”.
S.Fətəliyeva əlavə edib ki, işğalçı dövlətdən fərqli olaraq ölkəmizin beynəlxalq nüfuzu hər gün artır. Eyni zamanda, Azərbaycan Respublikası beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə qlobal və regional səylərə, dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verməkdə davam edir. Bu isə işğalçı ölkədə narahatlıq yaradır: “Yəni Azərbaycanın əldə etdiyi hər bir diplomatik uğur, həmçinin Bakıda mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə edilməsi Ermənistanda narahatlıq və isterika yaradır”.
Siyasi ekspert Elçin Mirzəbəyli isə işğalçı dövlətin xarici siyasət idarəsinin bəyanatını bütün diplomatik normalardan kənara çıxan addım olaraq dəyərləndirib: “Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Yekun Sənədinə Ermənistan XİN-in aqressiv və heç bir diplomatik normaya sığmayan reaksiyası rəsmi Yerevanın baş verənlərdən nə qədər sarsıldığını, narahatlıq keçirdiyini, çıxılmaz duruma düşdüyünü nümayiş etdirir. Şübhəsiz ki, bu narahatlığın ciddi əsasları var. Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləməsi, ilk növbədə, Ermənistan ətrafında beynəlxalq təcrid çəmbərinin daha da daralması, işğalçı ölkənin Helsinki Yekun Aktının prinsipləri arasında manipulyasiya etmək imkanlarının xeyli məhdudlaşması kimi qəbul olunmalıdır”.
Ermənistan XİN-in məlum bəyanatını uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisi adlandıran E.Mirzəbəyli qeyd edib ki, Ermənistanın Qoşulmama Hərəkatına üzv dövlətlərin ünvanına səsləndirdiyi ittihamlarda nəzərəçarpan qəzəb, qeyri-etik və qeyri-diplomatik ifadələr də bu aciz durumdan qaynaqlanır: “Ermənistan XİN-in bəyanatında yer alan qəzəbli mülahizələr isə işğalçı ölkənin aldığı ardıcıl zərbələrə uğursuz cavab cəhdindən başqa bir şey deyil. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Yekun Sənədi isə işğalçı ölkənin onsuz da acınacaqlı olan durumunu daha da gərginləşdirib”.
Ermənistanın düşdüyü durumun işğalçılıq siyasətindən qaynaqlandığını vurğulayan ekspertin sözlərinə görə, bu ölkənin təmsil olunmadığı İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq əməkdaşlıq platformalarında, hətta Ermənistanın üzv olduğu, yaxud müşahidəçi statusu ilə iştirak etdiyi hərəkat və təşkilatlarda işğalçının mövqeyi kəskin şəkildə pislənilir: “Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Qazaxıstan və Belarus tərəfindən küncə sıxışdırılması, baş nazir Nikol Paşinyanın MDB dövlət başçılarının son Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında aciz duruma düşməsi və son olaraq Ermənistanın müşahidəçi statusu ilə təmsil olunduğu Qoşulmama Hərəkatından aldığı zərbə rəsmi Yerevanın dünyanın əksər dövlətləri tərəfindən dəstəklənmədiyini bir daha göstərdi”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52

