Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilib
24.10.2019 [09:48]
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində oktyabrın 23-də Bakıda nazirlərin hazırlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov XVIII Bakı Sammitinin Qoşulmama Hərəkatının daha bir uğur hekayəsi olacağına inam yaratdığını bildirib.
Nazir qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir. Tarixboyu Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb. Soyuq müharibənin sonu Hərəkatımızın beynəlxalq münasibətlər sistemindəki rolunu azaltmayıb, əksinə, artan çağırışlar fonunda əhəmiyyətini artırıb. Bu gün qarşımızda duran əsas vəzifə yarandığı dövrdə olduğu kimi hələ də aktuallığını saxlayan Hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə Hərəkatın rolunu aktivləşdirməkdən ibarət olmalıdır.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, çünki o, 2011-ci ilin may ayında Hərəkatın tamhüquqlu üzvü oldu. Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik. Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın üzvü deyil. Eyni zamanda, biz sürətlə inkişaf edən ölkəyik, davamlı inkişafa, demokratikləşməyə, insan hüquqlarına və sosial ədalətə hörməti artırmağa xüsusi əhəmiyyət veririk.
“Sədrliyimiz dövründə ən çox diqqət edəcəyimiz prioritet sahələrdən biri də gənclərin səlahiyyətlərinin artırılmasıdır. Uğurlu gənclər siyasəti cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Qoşulmama Hərəkatının Zirvə Toplantısı və Nazirlər Görüşü nəticəsində qəbul olunacaq sənədlər gənclərin dövlət idarəçiliyində iştirakının artırılması, onların sosial, təhsil və məşğulluq problemlərinin həlli, habelə Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı kimi gənclər siyasətinin müxtəlif aspektlərini əhatə edəcək. Bu sənədlərdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əməli tədbir olaraq Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatının Gənclər Sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Gənclər Zirvəsi Qoşulmama Hərəkatına üzv dövlətlərdən 40 görkəmli gənci bir araya gətirəcək. İki gün davam edəcək müzakirələrin nəticəsi olaraq, onlar Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının XVIII Zirvə Görüşünə tövsiyələr verəcəklər. Əminik ki, Gənclər Zirvəsi nəticəsində qurulacaq, qeyri-hökumət təşəbbüsü olan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının bütün fəaliyyətinə gənclərin dəyərli dəstəyini verəcək”, - deyə E.Məmmədyarov qeyd edib.
Nazir bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat daxilində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi son dərəcə vacibdir. Bundan əlavə, enerji təhlükəsizliyi, ətraf mühit, səhiyyə, əmək kimi sahələrdə əməkdaşlığın təşviqi və bu məqsədlə Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının BMT çərçivəsində təşviqi böyük əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional iqtisadi layihələrdə və təşəbbüslərdə fəal iştirak edir və hazırda Cənub-Qərb nəqliyyat dəhlizi layihəsi üzərində işləyir. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun bu üç dəhliz boyunca coğrafi yerləşməsi Hərəkat üzvləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına kömək edə bilər.
Vurğulanıb ki, Azərbaycan dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bu sahədə zəngin və ən yaxşı təcrübəsi ilə Azərbaycan Hərəkatımızın prioritet istiqamətlərindən olan mədəni müxtəlifliyin qorunması və təşviqi istiqamətində səylərini davam etdirməkdə qərarlıdır.
Çıxışında nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib: “Təəssüf ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi hədə olmaqda davam edir və ölkəmizin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır. Ermənistanla münaqişə Azərbaycan ərazisinin beşdəbirinin işğalı ilə nəticələndi və bir milyondan çox insan məcburi köçkün və qaçqına çevrildi. Münaqişənin ilk günündən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərməklə yalnız Azərbaycan ərazisi daxilində aparılıb. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünə davamlı dəstəyinə görə ən dərin təşəkkürümü bildirmək istəyirəm”.
Elmar Məmmədyarov deyib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Bandunq Prinsiplərinin 65 illiyi (2020) və Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcək. Hər iki ildönümü Qoşulmama Hərəkatına üzv dövlətlərin bu günə qədər əldə edilən uğurları nəzərdən keçirmələrinə yaxşı təkan verəcək. Öz növbəmizdə biz Hərəkatın təməl prinsiplərinin inkişafına töhfə vermək üçün əlimizdən gələni əsirgəməməyi öhdəmizə götürürük.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31

