Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsveçrə Kantonlar Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

İsveçrə Kantonlar Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

09.10.2019 [09:34]

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye oktyabrın 8-də Azərbaycan Respublıkasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.
Jan-Rene Furniye səfərin məqsədinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı ilə bağlı müzakirələrin aparılması olduğunu deyib. O qeyd edib ki, İsveçrə ilə Azərbaycan arasında çoxillik tarixə malik əlaqələr qarşılıqlı inama və hörmətə əsaslanır. Əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq üçün çalışırıq. Regionun inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək üçün göstərdiyi səyləri qiymətləndiririk. Azərbaycan və İsveçrə prezidentləri hər il Davosda görüşürlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin, xüsusilə də parlamentlərarası münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətlidir. Bu səfər zamanı keçiriləcək görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılacaq.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30